Bu gün Sevgililər Günüdür

Bu gün Sevgililər GünüdürBu gün - 14 fevral xristian aləmində "Müqəddəs Valentin" günü kimi qələmə verilən sevgililər günüdür.

Məlum olduğu kimi, Sevgililər Gününün tarixi Qədim Roma İmperiyasına gedib çıxır. İmperator 2-ci Klaudius ordusunda döyüşəcək əsgər tapa bilməməsinin səbəbini romalı kişilərin ailələrinə çox bağlı olmasında görürdü. Buna görə də hakimi olduğu imperiyada evliliyi qadağan etmişdi. Valentin adlı bir keşiş isə qadağalara baxmaraq, gəncləri gizlin şəkildə evləndirirdi. Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. 270-ci ilin 14 fevralında dəfn edildi. Bundan sonra 14 fevral Sevgililər Günü kimi qeyd edilməyə başladı və zamanla bütün dünyaya yayıldı.

Lakin bu günlə və Valentinlə bağlı digər şaiyələrə əsaslanaraq eləcə də Sevgililər Günü qərb sivilizasiyasının məhsulu olduğundan, bəzi İslam və şərq ölkələrində bir qədər çətin qəbul edilir.

Azərbaycanda da Sevgililər Gününün tərəfdarları və əleyhdarları az deyil. Bu günün əleyhdarları da ənənəvi olaraq xristian bayramının müsəlman ölkəsində qeyd edilməsinə qarşıdırlar. Bu günün tərəfdarı olanlar isə ümumbəşəri dəyərlər prizmasından çıxış edərək "Sevgililər Gününün" tək xristianların deyil, ümumilikdə insanlığın bayramı olduğunu deyirlər.

Bəzi cavanlara isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır? deyə Sevgililər Gününün gəlişinə sevinirlər.

"Sevgililər Gününün" dini və ideoloji tərəfi ilə yanaşı, psixoloji problemləri də mövcuddur. Həmin gündə müxtəlif səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala bilməyən və yaxud bayramın mahiyyətini qəbul etməyən insanlar həm fərdi, həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stres və depressiya yaşamalarına səbəb olur. Qlobal medianın kütləvi təbliğatının təsiri altında düşənlər belə insanları xəsis və sevgisiz insan kimi qiymətləndirirlər. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd olunduğunu gördükdə nisgilli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olur.

Qeyd edək ki, bu gün gül və suvenir biznesi ilə məşğul olanlar üçün də əsl bayramdır. Belə ki, 14 fevral günü milyonlarla gül və suvenirlər satılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2227   Tarix: 14 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 408
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

17:21 158
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 319
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

20:15 126
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

22:15 1
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 123
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1314
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 1121
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

17:27 374