"Sevgililər günü" ilə bağlı QEYRİ-ADİ ADƏTLƏR

"Sevgililər günü" ilə bağlı QEYRİ-ADİ ADƏTLƏRCütlüklərin səbirsizliklə gözlədiyi, əksər tənhaların isə ürək qızdırmadığı "Sevgililər günü"nə cəmi bir gün qalır. Bu tarix beynəlxalq bayram kimi qeyd olunsa da, bu gün o, dünyanın fərqli ölkələrində fərqli formalarda qeyd olunur.

Milli.Az publika.az-a istinadən bildirir ki, Hindistanda ürək işarəsi həyat deməkdir. Həmin gün Hindistanda bir adama ürək vermək, ona həyatını həsr etmək mənasını verir.
Braziliyalılar "Sevgililər günü"nü 12 iyunda qeyd edir. Onlarda bu gün "Dia dos Namaorados" (Tərcümədə "Aşiqlər günü"- red.) adlanır. Braziliyada həmin gün qızlar bəyəndikləri kişilərin adlarını kağızlara yazıb bükürlər. Sonra kağızları qarışdırıb içindən birini seçirlər. Onlar kağızda yazılan adamın gələcəkdə ərləri olacağına inanırlar.

Qvatemalada 14 Fevral yalnız məhəbbət günü kimi deyil, məhəbbət, dostluq, ailə günü kimi qeyd olunur. Gənclər sevgililəri ilə vaxt keçirir, yaşlılar küçədə milli geyimlərdə gəzirlər.
Filippində hər il 14 Fevralda kütləvi şəkildə nikah mərasimləri keçirilir. Yüzlərlə gənc toyunu məhz bu günə salır. Beləcə, kişilər evləndikləri günü heç vaxt unutmur.

Çində "Sevgililər günü" ay təqviminə görə, 7-ci ayın 7-ci günündə qeyd olunur. Bu gün "Qi Xi Jie", yəni, "Yeddilərin gecəsi" adlanır. Əfsanəyə görə, Niulanq adlı bir çoban Tsin adlı bir pəriyə aşiq olur. Ancaq cənnət ilahəsi ikisinin evlənməsinə icazə vermir və pəri ölür. İnanca görə, onlar ildə yalnız bir dəfə bir körpünün üzərində görüşüb danışa bilirlər. Həmin tarixdə cütlüklər və subaylar məbədlərə gedib dua edirlər.

Yaponiyada isə 14 fevralda qadınlar əlləri ilə hazırladığı şokoladı sevdiklərinə verir və kişilərin rəyini öyrənirlər. Əgər kişilər şokoladı bəyənsə, bir ay sonra onlar da sevgililərinə şokolad hazırlayır. Bu bir aylıq müddət "Ağ gün" adlanır.

İngiltərədə də "Sevgililər günü" çox maraqlı qeyd olunur. Belə ki, bu bayram ərəfəsində İngiltərədə qadınlar iynə ilə yataqlarının kənarına dörd yarpaq tikir və yumurta yeyirlər. Beləliklə, gələcək ərlərini yuxularında görəcəklərinə inanırlar. Bu yalnız bir inanc olsa da, qadınlar illərdir ki, bu ritualı əyləncə xətrinə yerinə yetirir.

14 fevral Bolqarıstanda həm də şərab günüdür. Sevgililər də o günü şərab içərək qeyd edir.

Argentinalılar "Sevgililər günü"nü qeyri-adi şəkildə qeyd edir. Belə ki, onlarda iyul ayında şirniyyat həftəsi təşkil edilir. Bu həftə ərzində hər bir şirniyyata bir öpüşlə cavab verirlər. Bu mərasim, əslində, şirniyyat satışını artırmaq üçün keçirilir. Lakin ehtiraslı Argentina xalqı bu mərasimi çox sevir.

14 fevral tarixi son illərdə çox populyar olmasına baxmayaraq, Çexiyada ənənəvi "Sevgililər günü" mayın 1-i qeyd olunur. Həmin gün cütlüklər Petrin parkda görüşüb orada şair Karel Hinek Maxanın heykəlini ziyarət edir. Deyilənlərə görə, həmin gün albalı ağacının altında öpüşmək cütlüyə şans gətirir.

Estoniyada 14 fevral dostluq günü kimi qeyd olunur. Həmin gün romantik cütlüklər yox, sadiq dostlar bir-birini təbrik edir.
Bu tarix Finlandiyada da dostluq günü kimi daha çox məşhurdur.

14 fevralda Fransa aşiqlərin yaşadığı cənnətə çevrilir... Evlər, küçələr güllərlə bəzədilir, ağaclardan isə sevgi etirafları asılır. Qeyd edək ki, bu tarixdə sevdiyi qadına evlilik təklif etmək Fransada da geniş yayılmış adətdir.

2007-ci ildən etibarən kakao istehsalçısı kimi tanınan Qana turizmi artırmaq üçün 14 fevralı Milli Şokolad günü kimi qeyd edir. Bu tarixdə şəhərin küçələrində satıcılar şokolad sərgiləri təşkil edir.

14 fevral Rumıniyada quşların nişanlandığı gün kimi tanınır. Onlarda "Sevgililər günü" və baharın gəlişi eyni vaxtda qeyd olunur. Qızlar və kişilər meşəyə çiçək toplamağa gedir, bəziləri isə üzünü qarla yuyur. İnanclara görə, üzünü qarla yumaq sağlamlıq və xoşbəxtlik gətirir.

Cənubi Afrikada gənc qadınlar qollarına sevdiyi kişinin adını döymə etdirir.

Cənubi koreyalılar ancaq fevralın deyil, bütün ayların 14-ünü bayram kimi qeyd edir. May gül, iyun öpüş, dekabrın 14-ü isə qucaqlaşma günüdür.

İspanlar üçün ilin ən romantik günü 9 oktyabr "Müqəddəs Dionis" günüdür. Bu gün bir sıra məşhur festival və tədbirlər təşkil olunur, kişilər məhəbbətlərinin əlaməti olaraq tərəf-müqabilinə Mokadora verir.

Sevgililər günü Azərbaycanda 14 fevral tarixi ilə yanaşı, 30 iyunda da qeyd olunur. Bu tarix 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun vəfatından sarsılaraq intihar edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Uşaqlıq dostları olan İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4547   Tarix: 14 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329