Nazənin özünü haqlı bilib Big.az-ın əməkdaşını məhkəməyə verdi

Nazənin özünü haqlı bilib Big.az-ın əməkdaşını məhkəməyə verdiMüğənni Nazənin jurnalist Əfruzə Ağayevanı məhkəməyə verib. Əldə etdiyimiz məlumata görə, Nazənin, oğlunun nikahdankənar uşağının olması faktının ictimailəşdirilməsi ilə bağlı jurnalistə qarşı iddia qaldırıb.

Bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirən müğənni iddiasını Publika.az-a əsaslandırıb:

"Həmin qız 9 yaş oğlumdan böyükdür. Üstəlik, yüngüləxlaqlı biri olub. Əfruzə onu bakirə kimi qələmə verir. Guya bununla onlar mənim ailəmə, imicimə zərbə vururlar. Oğlum subay olub. Üstəlik, uşaq doğulana qədər bundan xəbəri olmayıb. Burada məqsəd, sadəcə, oğlumu tora keçirmək olub. Oğlum ondan uşaq doğmağını istəməyib. Həmin qızı mənimlə düşmən mövqedə olan müğənni və onun mətbuat katibi ortaya salıb. Bir də ki, ortada bir günah varsa, bunun üçün məhkəmə var. Niyə məndən narazı olanlar ancaq Əfruzəyə açıqlama verir? Lap tutaq ki, ona müraciət edirlər... Bəs həmin məsələlərlə bağlı mənim mövqeyimi niyə öyrənmir? Gülürəm belə şeylərə. Əfruzə hər dəfə birtərəfli qaydada məni şərləyir. Fikrimi öyrənmədən məqalələr yayımlayır. Mən də ondan məhkəmədə soruşacam ki, bəs mənim fikrimi niyə öyrənmirsən? Nə vaxt mənə zəng ediblər, mən onlara açıqlama verməkdən imtina etmişəm? Olmaz belə! Məndən qurtarıblar, indi də keçiblər balama. Buna göz yummaram. Başqa bir məsələ. Xəbərlərində qızın təvəllüdünü niyə qaralayırlar? Adını niyə gizlədirlər? Camaatın onu qınayacağından qorxurlar? Sadəcə, uşağımın ailəsini dağıtmaq istəyirlər. Bu, mümkün deyil. Bunu demək istəməzdim, ancaq məni buna məcbur edirlər. Uşaq doğulandan sonra bir neçə kişinin DNK analizi keçirildi. Axırda atası mənim oğlum çıxdı. Hüquqi yol nədirsə, biz də onu etdik. Uşağa soyadımızı verdik. Hər ay da 103 manat aliment kəsilib. Gedin maraqlanın ki, ora 1 manat borcum var, ya yox? Varsa, gəlin mənə nə istəyirsiz deyin. Həmin qızın adı Pirazova Tamilla Piraz qızıdır. Özü də 1976-cı il təvəllüddür. Mənim oğlum isə 1984-cü il dekbarın 28-i anadan olub".

Publika.az məsələ ilə bağlı müğənni Nazəninin məhkəməyə verdiyi jurnalist Əfruzə Ağayeva ilə də əlaqə saxlayıb. O, Nazənin ilə məhkəmədə görüşməyə qorxmadığını və gördüyü işdə qüsur olmadığını bildirib. Bir jurnalist kimi araşdırma apardığını bildirib:

"Mən jurnalistəm. Vəzifəm yazmaqdı. Əgər Təranə xanımla münasibətim yaxşıdırsa, bu, o demək deyil ki, o, məni nəyəsə vadar edib. KİV haqqında qanuna əsaslanaraq, mənə gələn məlumatı yazmışam. Qərəzsiz və şərhsiz. Qarşı tərəfin rəyini dərc etməyə hazır olduğumuzu qeyd etmişik. Və biz Nazənin xanımla əlaqə saxladıq ki, o açıqlama versin. Nazənin xanım mənim ünvanıma səslndirdiyi fikirlərdən şoka düşdüm. Halbuki mənim o xanımla heç bir ədavətim yoxdur. Məni məhkəməyə verə bilər, hüququdur. Mən də əlimdə olan və yazdığım və bu günə kimi yazmadıqarım sübutları təqdim edərəm. Amma Nazənin xanıma heç kəs haqq verməyib ki, qızı yaşda olan gənc xanıma artıq-əksik nəsə desin. Olmaz. Məhkəmədə onunla üzləşməyə də hazıram, əlimdə olan sübutları təqdim etməyə də... Əgər mən bu məsələyə qərəzli yanaşsam heç vaxt onun fikirlərini, mahnılarını, cavablarını verməzdim. Etikadan kənar cavab verməyi hər kəs bacarır, amma Nazənin xanım unutmasın ki, jurnalisti təhqir edib, söymək, onu nədəsə günahlandırmaq Azərbaycan Jurnalistikasının etik qayda-qanunlarına zidd olan prosesdir. Və mən bir Azərbaycan xanımına o cür danışığı yaraşdırmadım. Sadəcə bir söz deyirəm ki, kim necə tərbiyə görübsə, necə əhatəsi olubsa elə də rəftar edir. Təranə xanımla aralarında olan ədavəti məhkəmədə həll edirlər. Özləri bilər. Məni silah eləmək lazım deyil. Mən qələmimə hörmət edirəm və heç vaxt icazə vermərəm ki, Nazənin xanım kimi ifaçılar məni təhqir etsinlər və ya mənim üstümə şər atsınlar.Əgər o məhkəməyə verəcəksə, mən də onu məhkəməyə verəcəyəm. Biz müğənniyik məgər bizi də artıq məhkəməyə verirlər? Versin, cavabını da alacaq. Biz mediyayıq. Bütün jurnalist həmkarlarımı da bir olmağa səsləyirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5286   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1097
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 771
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1103
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1488
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1522
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1038
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 350
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1024
.

Nəzakət Teymurovanın qızı AİLƏ QURUR? – FOTO

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması mövzusuna münasibət bildirib. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. "Qızım Nigarın 24 yaşı var. O hazırda ali məktəbin magistratura pilləsində təhsil alır. Niga

30.04.2024 1087