Vermişel məmulatları alarkən nələri bilmək lazımdır?
Makaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var. Təəssüflər olsun ki, əksər hallarda istehlakçılar bu məmulatları alarkən onun hansı əlamətlərinə diqqət edilməsi barədə məlumatsız olur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz vermişel məmulatları alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, keyfiyyətsiz vermişel insan orqanizmi üçün olduqca təhlükəlidir.
Vermişel sapvari uzun, deşiyi boş, yaxud tor formalı sadə bir qidadır. Vermişel qısa və nisbətən uzun formada olur. Qısa formalının uzunluğu 15 sm-ə qədər, uzununki isə 20 sm-dən az olmamalıdır. Vermişelin torvari, sadə, həvəskar və s. çeşidləri vardır.
Vermişelin tərkibi əsasən un və sudan ibarətdir. Bununla bərabər yumurta, yaxud yumurta məhlulu da müəyyən həcmdə tərkibinə qatıla bilər. Bəzi hallarda istehsalçılar tərəvəz məhlullarından tomat və ya kökün məhlullarından da əlavə kimi istifadə edirlər. Edilən əlavələr hesabına vermişelin rəngi dəyişə bilər. Bu məhsul acı dad verməməli, rəngi bir tonlu olmalıdır. Suda qaynadılan zaman vermişel bir-birinə yapışmamalı, formasını itirməməlidir. Rütubəti 11-13%, turşuluğu 4ºC-dən artıq olmamalıdır.
Vermişeli qablaşdırılmış və çəki halında buraxırlar. Çəkisi 1 kiloqramdan artıq olmayan vermişel çeşidlərini paçkalara, yaxud kartondan olan bəzək vurulmuş qutulara, kağız, sellofan paketlərə yerləşdirirlər. Hər bir qutu, yaxud sellofandan olan paketlərə yerləşdirilən vermişel bir növdə olmalıdır.
Markalanarkən məhsulun üzərində əmtəə nişanı, istehsalçı müəssisə, ölkə adı, məhsulun adı, onun qrupu, dərəcəsi, xalis çəkisi, bişirilmə və hazırlanma qaydaları haqda məlumat öz əksini tapmalıdır. Eyni zamanda vermişelin buğdanın bərk sortlarından hazırlandığı qeyd olunmalıdır.
Vermişel 30ºC-yə qədər olan temperaturda, 70 faizdən artıq olmayan nisbi rütubətdə saxlanılmalıdır. İstehsal günündən etibarən vermişelin saxlama müddəti əlavəsiz olanlarda 1 il, südlü, kəsmikli, yumurtalılarda 5 ay, tomatlılarda isə 3 aydır.
Buğdanın ən bərk növlərindən hazırlanan vermişel ən dadlı, keyfiyyətli və daha xeyirli hesab olunur. Keyfiyyətli vermişelin qidalanma üçün hazırlanması zamanı onun 12 dəqiqə qaynadılması kifayətdir.
Vermişel alarkən onu diqqətlə nəzərdən keçirin. Onun üzərində tünd ləkələr, un tozu olmamalı, görünüşü qızılı olmalıdır. Əgər vermişeldə parçalanma varsa deməli istehsal prosesində onun qurudulma rejiminə düzgün əməl edilməyib. Bu məhsulun keyfiyyətinə xələl gətirən amillərdəndir. Vermişel qablaşdırılan paçkalar cırılmamış olmalıdır. Belə olduğu halda məhsulu almaqdan çəkinin. Ticarət şəbəkəsində bu məhsulun saxlanma şəraitinə, yığılma qaydasına, markalanmasına diqqət edin.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2572 Tarix: 07 iyul 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068