Əvəz Ələkbərova yeni vəzifə verildi

Əvəz Ələkbərova yeni vəzifə verildiSabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib. Sabiq nazir yeni vəzifəsi ilə bağlı modern.az saytının suallarını cavablandırıb.

- Əvəz müəllim, yeni vəzifədə işə başladığınız doğrudurmu?

- Bəli doğrudur. Təhsil bizim gələcəyimizdir. Bu sahənin inkişafı perspektivimiz üçün yaxşı təminat deməkdir. Pratika, təhsil və elmin birgə nəticələri daha böyük effekt verir. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik sistemi yaranır.

Bu işlərdə biliyimi, bacarığımı tələbələrə çatdıra bilərəmsə bu, çox gözəl olar. Həm də müəllim sözü xalqımız tərəfindən həmişə böyük iftixarla qiymətləndirilib.

- Bilmək olarmı, yeni işiniz nədən ibarətdir?

- Əlbəttə. Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı var: "Rəhbərlik etmək, yəni adamları öyrətmək və təcrübələndirmək üçün gərək mənəvi haqqın olsun".

Azərbaycan Dövlət İqtisad Universiteti mənim məzun olduğum ali məktəb ocağıdır. Həm də adını çəkdiyim universitetlə, görkəmli alimlərlə daim əlaqələr qurmuşam. Həmçinin, 2008-ci ildə iqtisad elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişəm. 40-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifiyəm.

Yeni işimin nədən ibarət olmasına gəlincə, deyə bilərəm ki, Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsini icra edəcəm. Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olundum. 3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb.

Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var.

- Yeni işlərinizdə sizə uğurlar arzulayırıq. Bəs yeni işinizlə bağlı hansı ümidləriniz var?

- Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak etmək...

Bir sözlə, universitetdə olduqca uğurlu, gözəl işlər gedir. Həmçinin, çalışacağam ki, rektorluğa yaxından kömək etməklə, təhsil islahatlarının həyata keçirilməsində töhfəmizi əsirgəməyək.

Ölkəmizdə cənab prezident İlham Əliyevin rəhbərliyi altında böyük islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik sistemi yaranır. Bu islahatlardan kənarda qalmaq və iştirakçı olmamaq mümkün deyil.

Qeyd edək ki, Əvəz Ələkbərov 1991-ci ilin dekabrından 1992-ci ilin oktyabrına kimi Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləyib. Oktyabr1992-ci ildən iyul 1999-cu ilə kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb. İlk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir.

1999-cu ilin iyulundan 2006-cı ilin aprelinə kimi Azərbaycan Respublikasının maliyyə naziri olub. Respublikada iqtisadi siyasətin formalaşmasında, budcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında böyük səylər göstərib. O, çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olub.

Azərbaycan-ABŞ dövlətlərarası iqtisadi komissiyanın həmsədri, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı və Asiya İnkişaf Bankının Azərbaycan üzrə müdiri olub. Azərbaycan və ABŞ iqtisadi əlaqələrinin qurulmasında işgüzar xidmətlər göstərib.

May 2000-ci ildən 2013-cü ilin iyununa qədər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvüdür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1300   Tarix: 04 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 123
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

18:20 88
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 111
.

Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind

17:40 95
.

Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"

Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy

17:10 101
.

Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması ilə bağlı gələn həftə ABŞ və Avropadan olan müttəfiqlərlə bir sıra görüşlərin keçiriləcəyini deyib. "Report" xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında yazıb. "Hazırda ABŞ və avropalı müttəfiqlərlə görüşlərə hazırlı

12:30 118
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

19:10 57
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 115
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

17:50 159
.

TOP MP3