"Sevməyibsə, niyə 2 uşaq dünyaya gətirib?" - Lalənin əri boşanma səbəbini açıqladı - VİDEO
Əməkdar artist Lalə Məmmədova həyat yoldaşı İlham bəydən boşanması barədə danışıb. BiG.AZ xəbər verir ki, ifaçı "ATV maqazin olarla" verilişində həyat yoldaşının onu iki aylıq hamilə olan zaman tək buraxdığını və boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Lalə Məmmədovanın həyat yoldaşı İlham bəy BiG.AZ-a özəl açıqlama verib. İlham bəy nə üçün boşandığını açıqlayıb:
"Dünənki verilişdən xəbərim yoxdu, baxmamışam. Dostlarım deyib. Boşanma ərizəsini mən birinci məhkəməyə təqdim etmişəm. Çünki Lalə dəfələrlə məni təhqir edib ki, sən qocasan, sən qocasan... Anama da ağır söz deyəndən sonra mən qərar verdim ki, ayrılaq. 85 yaşlı anamla nəyi bölüşdürə bilmədi?! Mən onu sevmişəm, dəstək olmuşam, uşaqlarımı da dəlicəsinə sevirəm. Mən də istəməzdim boşanım. Onun anası mənə şərt qoydu ki, istəyirsən Lalə səninlə olsun evi, bağı keçirt onun adına... Lalə də onu təkrarladı. Mən bunlara dözə bilmədim. Bətnində iki aylıq uşaq var idi, getdim məhkəməyə... Bəlkə də düz etməmişəm. Amma məcbur olmuşam. Mən ağıllı insanam, düzdür ondan da 16 yaş böyüyəm. Amma mən ondan heç vaxt yaşımı gizlətməmişəm. Deyir ki, o məni sevməyib. Sevməyibsə, niyə iki uşaq dünyaya gətirib? Qadın da sevmədiyi kişidən uşaq dünyaya gətirər?! Niyə məni sevməmisən amma 10 ilimi almısan?! O qadın idi, gərək arada hörmət saxlayardı".
"Lalə xanım ikinci dəfə ailə həyatı qursa nə deyərsiniz?" sualına İlham bəy belə cavab verdi:
"Biz rəsmi boşanmışıq. Mən hüquqi cəhətdən heç kiməm. Ona nə xoşbəxtlik arzu edirəm, nə də ki, bədbəxtçilik... Sadəcə boşluq... Öz uşaqlarıma yazığım gəlir. O evlənsə, övladlarım başqasına "ata" deyəcək. Övladlarımla görüşmürəm. Amma onları çox istəyirəm".
"Boşanma səbəbi kimi xəyanət göstərilmişdi. Lalə xanıma xəyanət etmisinizmi" sualına cavab olaraq İlham bəy etiraf etdi:
"Mənə dəfələrcə "sən qocasan" deyildiyi üçün təngə gəldim, bəli etiraf edirəm xəyanət etmişəm. Və bunu da boynuma almışam. Amma yenə deyirəm, mən Laləni sevmişəm. Mən elə insanam ki, sevgisiz ailə həyatı qurmazdım. Gör məni nə həddə çatdırdılar ki, doğum evinə getmədim".
Bu ittihamlara cavab olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
ƏFRUZƏ AĞAYEVA
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi
"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə
17.09.2021 4785 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104