"6 aydır küçələrdə yatıram" - Video
Bakıda uşaq evindən çıxarılmış gənc küçələrdə gecələmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, "İçərişəhər" metrostansiyasının qarşısındakı keçiddə qalan gənc ata-anasının dünyasını dəyişdiyini, bu səbəbdən də paytaxtdakı uşaq evlərindən birində böyüdüyünü deyir.
Onun sözlərinə görə, 18 yaşında uşaq evini tərk edib: "Şüvəlandakı uşaq evində böyümüşəm. 18 yaşım tamam olduqdan sonra uşaq evindən çıxarıldım. Bir müddət orda-burda işlədim. İndi isə çöllərdə qalıram.
Yüksək vəzifələrdə çalışan qohumlarım var. Amma onların heç biri mənə kömək etmir. Altı aydır küçələrdə gecələyirəm. Əslimiz Tərtər rayonundandır. Dayım, bibim orda yaşayır.
Tək istəyim hər hansı sığınacağa yerləşməyimdir".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş