Saçınızda kəpək varsa .... - TƏBİİ MASKALAR
Saçdakı kəpəklənmə problemini təbii yollarla həll etməyə nə deyirsiniz? BiG.AZ Aile.lent.az-a istinadən kəpəkdən qurtulmaq istəyənlər üçün evdə hazırlana biləcək maskalar təqdim edir.
Qatıq: Saçı hissələrə ayırın və baş dərisinə qatıq sürtün. 20 dəqiqə sonra şampunla saçlarınızı yuyun.
Aspirin: Bir neçə aspirini əzin. Əzdiyiniz aspirinləri şampunun içinə qoyun. Saçınızı şampunlayın, 2-3 dəqiqə boyunca saçınızda saxlayın. Ardından ilıq su ilə durulayın.
Alma sirkəsi: Bu, ən yaxşı və ən effektli kəpək dərmanlarından biridir. Alma sirkəsi ilə suyu eyni miqdarda qarışdırın. Başın dərisinin üzərinə bununla masaj edin. Masajı çox zərif şəkildə edin. 10-15 dəqiqə belə saxlayın və sonra ilıq su ilə saçınızı yuyun. Bu üsulu bir həftə boyunca tətbiq edin. Əgər başınızın dərisində yara varsa, etməyin.
Qabartma tozu: Saçlarınızı yuyarkən normal şampun yerinə qabartma tozu istifadə edin. Saçınızı isladın və baş dərisi və saçın üzərinə bir çay qaşığı qədər qabartma tozu sürtün. Bir dəqiqə gözləyin və sonra yaxşıca durulayın. 2 həftə boyunca bunu etməyə davam edin. Bu yolla baş dərisi təbii yağ ifrazına başlayacaq.
Banan və alma sirkəsi: Bir qabın içində tam yetişmiş bananı əzin və içinə 2 stəkan alma sirkəsi əlavə edin. Yaxşıca qarışdırın. Baş dərisinin üzərinə 10 dəqiqəyə qədər masaj edin. 30 dəqiqə sonra saçınızı ilıq su ilə durulayın. Həftədə 1 dəfə edin.
Körpə yağı: "Johnson baby" yağı ilə azca saç dərisinə masaj edin və sonra saçlarınızı dəsmalla sarıyın. Bir gecə saxlayın, səhəri gün kəpək əleyhinə şampunla yuyun.
Hind qozu yağı: Bu, kəpək müalicəsində quru saçlar üçün uyğundur. Hind qozu yağı ilə saçlarınıza masaj edin. Ən azı 1 saat belə saxlayın. Sonra şampunla saçlarınızı yuyun.
Bal: Hindqozu yağı, zeytun yağı və qatığı bal ilə qarışdırın. Başınıza çəkin və yüngülcə saçınızın uclarına qədər baş dərisinə masaj edin. Bunu hamamda etmək daha uyğun olardı. Hamamda buxarlı yerdə dayanın və 20 dəqiqə sonra saçınızı şampunla yuyun.
Limon suyu: Bütün baş dərisinə limon suyunu əlavə edin. 20-25 dəqiqə gözləyin. Qaşıntıya səbəb ola bilər, ancaq bu normaldır. Şampunla saçınızı yuyun və mümkünsə tez-tez edin.
Yumurta sarısı: İki yumurta sarısını saçınıza sürtün. Saçınızın quru olduğundan əmin olun. Sonra sellofanla saçlarınızı sarıyın və 1 saat saxlayın. 1 saatdan sonra saçlarınızı şampunla yuyun.
Zeytun yağı: Saçlarınıza zeytun yağı sürtün və 5-10 dəqiqə saxlayın. Sonra yuyun. Ümumiyyətlə, istədiyiniz vaxt yatmadan əvvəl başınıza zeytun yağı sürtə bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 5387 Tarix: 15 dekabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
COVID-19-u öldürən maska
Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi
31.08.2021 1798 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI
Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm
08.09.2021 598 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı
15.08.2021 780 Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı
02.09.2021 994 Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 "Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric
22.08.2021 1038