Üzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARI

Üzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÇapıq - tibbi nöqteyi nəzərdən dəri bütövlüyünün pozulması nəticəsində dəri sağaldıqdan sonra əmələ gələn birləşdirici toxumadır və dəri bərpasının son mərhələsi hesab olunur. Bəs çapıqla mübarizə və müalicə üsulları necədir?

Həkim-kosmetoloq Günay Mikayılova Aile.lent.az-a bildirib ki, çapıqlar üç növə bölünür - normotrafik, atrofik və hipertrofik. Sonuncunun kelloid çapıqlar deyilən əlavə növü də var. Normotrafik ən yüngül çapıq növüdür: "Digər çapıq növlərini müalicə edəndə məqsədimiz odur ki, çapığı normotrafik hala gətirib çıxaraq. Yəni çapığın səviyyəsi ətraf toxumalarla bir olsun. Atrofik dəri səthindən aşağı olan çapıq növüdür. Bu cür çapıqları elə səviyyəyə gətirib çıxarmalıyıq ki, çapığın dibi yuxarı qalxsın və ətraf toxuma ilə bərabər olsun. Hipertrofik isə daha qabarıq çapıq növüdür. Bu cür çapıqları müalicə edəndə çapığın daha qabarıq, yəni artıq hissəsini götürürük və çapığı yenə ətraf toxumalarla bir səviyyəyə gətirib çıxarırıq".

Həkim-kosmetoloq deyir ki, çapığın müalicəsində müxtəlif vasitələrdən istifadə edilir. Bunlardan ən populyarları mezoterapiya və lazer cilalanmasıdır: "Atrofik çapıqların müalicəsində mezoterapiya və təbii dolğulardan istifadə edilir. Bu üsullarla çapıqların kökünün qaldırılmasına nail oluruq. Bundan başqa, mikronidilinq proseduru və fraksional lazerdən istifadə etmək olar. Hipertrofik çapıqların müalicəsində də mezoterapiya, fraksional lazer və lazer cilalanmasından istifadə edilir. Bu üsullarla hipertrofik çapığı normotrafik çapıq halına gətirib çıxardırıq. Əlbəttə ki, atrofik çapıqların müalicəsində mezoterapiyada istifadə edilən dərmanlar, hipertrofik çapıqların müalicəsində istifadə olunmur".

G. Mikayılova çapıqların ən qorxulu növünün kelloid çapıqlar olduğunu vurğuladı. Onun sözlərinə görə, kelloid çapıqlar xoşxassəli şiş də hesab olunur. Kelloid çapıqlar digər çapıqlardan fərqlənir, böyüməyə meylli olur, rəngi qırmızı, göyümtüllüyü ilə fərqlənir: "Hər zaman hiss edirsən ki, bu çapıq öz ayrı həyatını yaşayır. Onunla mübarizə aparmaq çox çətindir. Əgər hətta cərrahi yolla bu çapığı götürsək də, onun yerində yenidən bir çapıq toxuması, hətta yenidən kelloid çapıq toxuması yarana bilər. Bu çapıq növləri ilə çox ehtiyatlı olmaq lazımdır. Bu cür çapıqları necə gəldi, harda gəldi müalicə etdirmək olmaz. Kelloid çapıqlar daha çox kelloidə meylli olan insanlarda müşahidə edilir. Ona görə də biz cilalanma proseduruna gələn pasientlərdən bədəninin hər hansı hissəsində və ya nahiyəsində çapıq olub-olmaması ilə maraqlanırıq. Bədəndə olan hər hansı çapığın özünü aparmasından asılı olaraq digər çapıqların müalicəsi haqqında proqnoz vermək olar. Çünki etdiyimiz müdaxilənin nəticəsi bundan asılıdır. Hətta mezoterapiya proseduru etməzdən əvvəl də pasientin çapıq və ya çapıqları haqqında da maraqlanırıq. Kelloid çapığı olan insana hər hansı tibbi müdaxilə zamanı ehtiyatlı olmaq vacibdir. Çünki adi mezoterapiya proseduru zamanı iynənin yerində kelloid çapıq əmələ gələ bilər".

Qəzalar, bədbəxt hadisələr zamanı yaranan çapıqların müalicəsində əsasən fraksional lazer və cilalanmadan istifadə edilir. Əgər travmadan sonra kelloid çapıq yaranıbsa, xüsusi mezoterapik dərmanlardan istifadə edilir. G. Mikayılova bu cür müalicələrin mütləq xəstəxana şəraitində və xüsusi nəzarət altında aparılmasını bildirir.

Həkim-kosmetoloq çapığın insanda heç zaman getməyən bir iz olduğunu da təəssüflə etiraf edir: "Biz heç vaxt pasientə deyə bilmərik ki, çapığı tam aparacağıq. Çünki bu, düzgün deyil və yalan olar. Çapıq varsa, hər zaman qalacaq. Sadəcə, optik olaraq həmin çapıqları itirmək mümkündür. Yəni kənardan baxanda çapıq görünməyəcək. Amma həmin toxumanı müayinəyə versək, çapıq toxumasını görəcəyik".

Səpkilərdən sonra qalan çapıqlar, ləklər, atrafik və ya gipertrafik çapıqların aparılması üçün ən effektiv üsul isə lazer cilalanmasıdır: "Yanıqlarla da lazer cilalanması vasitəsilə mübarizə aparmaq mümkündür. Lakin yanıq tam sağalmalıdır. Əgər yanıqdan sonra iz və ləkə qalırsa, fərqli üsullar həyata keçirilir. Yanıq zamanı spesifik, düzgün yardım almaq lazımdır ki, yanığın yerində çapıq və ya ləkə qalmasın".

Üzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARIÜzdəki çapıqlardan necə qurtulmalı? - MÜALİCƏ ÜSULLARI


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 5280   Tarix: 12 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çörəkdən tam imtina etməyin zərərləri

Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur. "Qafqazinfo" xəbər verir ki, əla növ buğda və tam buğda ununda

04.12.2025 574
.

Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək

Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb. xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi

30.11.2025 358
.

Kompüter qarşısında uzun müddət oturmağın zərərləri

Son illərdə ofis işçiləri və tələbələr arasında kompüter qarşısında uzun saatlar keçirmək adi hala çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sağlamlığa ciddi təsir göstərə bilər. xəbər verir ki, həkimlər bildirir ki, uzun müddət oturmaq bel və boyun ağrıları, duruş pozğunluğu, gö

30.11.2025 334
.

Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir

Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternati

10.12.2025 512
.

Çipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı

Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər

08.12.2025 602
.

Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)

Gözlər üçün faydalı qida maddələri - sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri - yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür. Qaynarinfo xəbər verir ki, "Very Well Health" görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğun

12.12.2025 513
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11.12.2025 381
.

Çox addam ciddiyə almır - Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil. xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər. Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib. Onun sözlərinə görə kəpəyin ən geni

30.11.2025 551
.

Gərginsinizsə bu vitamininiz çatışmır

Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti

07.12.2025 383
.

TOP MP3