"Mənim dilimdə qüsur tutanın başqa yerində qüsur var" - Elçin Əlibəyli

"Mənim dilimdə qüsur tutanın başqa yerində qüsur var" - Elçin ƏlibəyliMilli Televiziya və Radio Şurası nitqində qüsur olan aparıcıların adlarını açıqlayıb. BiG.AZ xəbər verir ki, "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi əsasında 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçıları proqramlarının monitorinqlərinin nəticələri əsasında telekanallarda çalışan bəzi aparıcıların nitqində pozuntular qeydə alınıb.

Həmin aparıcılar sırasına televiziya aparıcısı, alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru (2005), Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəylinin də adı daxil edilib.

Bu barədə Elçin Əlibəyli BiG.AZ-a danışıb:

"Monitorinqin nəticəsinə görə, belə məlum olub ki, mənim nitqimdə qüsur var. Təəssüf 36 ildir ki, mən bunu bilmirdim. Dilçilik İnstitutu neçə illərdir ki, bir lüğəti ərsəyə gətirə bilmir, amma mənim nitqimdə səhv tutur. Çox təəssüf edirəm ki, bu işin başında duran Qulu Məhərrəmli məni özündən daha yaxşı tanıyır və müdafiəmdə rəsmi opponentim olub. O, nitqimdə qüsurlar haqqında heç vaxt mənə heç nə deməyib, hesab edirəm ki, deye də bilmezdi. Qulu Məhərrəmlinin tərtib etdiyi televiziya və radio terminləri lüğətində səhvlərlə bağlı söhbətimiz də olub. Çox təəssüf edirəm, Qulu müəllim 20 ildir məni tanımırmış...

Bilirsiniz, verilişimdə qonaqlar qeyri-etik sözlər işlədə bilər, verilişin mövzusu şiddətli, qalmaqallı ola bilər, hətta öz görünüşüm belə efirə yaraşmaya bilər. Belə iradları qəbul edərəm. Amma nitqim qüsurlu olsaydı, mən bu qədər film, reklam səsləndirməzdim və ən əsası Azərbaycanda nitq mədəniyyətini öyrədə biləcək insanlardan biriyəm. Mənim ən böyük müəllimim atamdır. Hansı ki, atam Təhmasibin tələbəsi olub.

Dilçilik İnstitunda "c" hərfini "ç" kimi tələffüz edənlər, Azərbaycan dilinin mahiyyətindən xəbərdar olmayanlar, bir-birindən köçürüb disertasiya yazanlar məndə qüsur tuturlar?! Mənim dilimdə qüsur tutanın başqa yerində qüsur var. Sübut etsinlər mən hansı səsi düzgün məxrəcdə tələffüz etməmişəm və ya hansı cümləni düzgün qurmamışam. Özləri cümlə qura bilmirlər. Orfoqrafiya lüğətində olan səhvləri mən çıxıb, efirdən demişəm. O zaman onlardan biri qarşıma çıxa bilmədi. İndi məndə qüsur tuturlar? Mənim nitqimdə qüsur tutan dilçilər gəlsinlər, veriliş aparsınlar.

Mənim qüsurum olsa, qəbul edərəm. Tənqidlərə açıq adamam. Televiziya nəzəriyyəsi haqqında üc kitabın müəllifiyəm. Gəlsin onlardan biri mənim kitabımı oxusunlar, izah etsinlər ki, mən nə yazmışam. "-mışdır", "-mişdir"dən disertasiya yazıb, alim olmurlar".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2989   Tarix: 11 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il

00:08 151
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 499
.

Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı

ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy

11.12.2025 578
.

Məşhur filmin yeni bölümü çəkiləcək

"Sony Pictures" şirkəti "Men in Black" ("Qara geyimli adamlar") franşizasının beşinci filminin çəkiləcəyini açıqlayıb. "Deadline" nəşrinə istinadən xəbər verir ki, film artıq hazırlıq mərhələsindədir. Yeni bölüm üçün ssenarini Kris Bremner yazacaq. İşini bitirdikdə

07.12.2025 277
.

Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc və yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi oğlu Loğmanın övladının şəklinə "Ailəmizin günəşi. Qafaq Qafarzadə, dünyamıza xoş gəlmisən" şərhini yazıb. Qeyd edək ki, Loğman Əntiqə adlı xanımla ailəlidir. Nadir

13.12.2025 385
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 736
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 380
.

Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı

ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction

13.12.2025 188
.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 269
.

TOP MP3