"Günəşli" yatağı ilə bağlı rəsmi açıqlama - SOCAR, FHN, Baş Prokurorluqdan

"Günəşli" yatağı ilə bağlı rəsmi açıqlama - SOCAR, FHN, Baş Prokurorluqdan"Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıblar.

BiG.AZ məlumatı olduğu kimi təqdim edir:

"Respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər.

Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və "BP" şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilmiş, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıblar. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunmuşdur. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2647   Tarix: 05 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib

ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx dəzgahlarının istehsalı ilə bağlı təhlükəli ağciyər xəstəliyinin ilk halı müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə "Fox News" məqalə dərc edib. Məqalədə bildirilir ki, bu xəstəlik mətbəx dəzgahları üçün getdikcə populyarlaşa

15:40 127
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 112
.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14:10 118
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

17:50 166
.

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib

Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki

16:40 116
.

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyab

14:20 135
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

18:20 94
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind

15:10 178
.

Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər

Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər. "Report" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib. "Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"

13:30 117
.

TOP MP3