Ananın binadan atdığı 2 ci körpə də vəfat etdi

Ananın binadan atdığı 2 ci körpə də vəfat etdiAna və iki körpənin meyitləri yaxın günlərdə Rusiyadan Azərbaycana gətiriləcək.

Noyabr ayının 27-də Rusiyanın İrkutsk vilayətində anası tərəfindən 7-ci mərtəbədən atılan ikinci azyaşlı da xəstəxanada dünyasını dəyişib.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, 4 yaşlı uşaqda baş beyinin ciddi xəsarətləri olub və onun həyatını xilas etmək mümkün olmayıb.

"Uşaq bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində keçinib. Bütün bu günlər ərzində o, ağır vəziyyətdə idi və süni nəfəs aparatı ilə nəfəs alırdı. Ancaq bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı", - deyə nazirliyin nümayəndəsi bildirib.

Məsələ ilə bağlı İrkuts vilayətindəki Azərbaycan konqresinin sədri Əlirza Salayev bildirib ki, ana və övladlarının meyitləri yaxın günlərdə Azərbaycana gətiriləcək:

"Ailə başçısı bizim konqresin üzvüdür. Onların bütün qohumları Azərbaycanda yaşayır. Buna görə də meyitlərin yaxın günlərdə ölkəmizə göndərəcəyik", - deyə Ə. Salayev bildirib.

Noyabr ayının 27-də Rusiyada dəhşətli hadisə baş verib. Azərbaycanlı ailənin xanımı əvvəl iki azyaşlı övladını sonra özünü pəncərədən atıb.

Axşam işdən evə qayıdan kişi, həyat yoldaşının həyətdə qarın içində cansız cəsədini görüb. Məlum olub ki, onun 32 yaşlı həyat yoldaşı əvvəl 4 və 2 yaşlı övladlarını, sonra isə özünü binanın 8-ci mərtəbəsindən atıb. Ana yerindəcə dünyasını dəyişib. Xəstəxanaya aparılan uşaqlardan balacasının həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı uşaq isə xəstəxanada bu gün dünyasını dəyişib.

Hələlik ananın bu gözlənilməz addımın səbəbi sirr olaraq qalır. Artıq qərara alınıb ki, dəfn mərasimi Azərbaycanda keçiriləcək. Ölən qadın və əri 2011-ci ildə Azərbaycanda ailə qurub və toydan sonra İrkutska köçüblər.

Faktla bağlı artıq cinayət işi açılıb.

Vəziyyəti şərh edən psixoloq isə bildirib ki, qadının kəskin psixi problemləri olub. Ehtimal edilir ki, hadisə məhz bu səbəbdən baş verib.

Hadisədən sonra Rusiyanın uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov hadisəni nəzarətə götürüb.

"Biz bu faciənin bütün detallarını araşdırırıq. Hadisəyə nəyin səbəb olmasını müəyyən etməliyik. Bilməliyik ki, bu dəhşətli addımı atmağa nə vadar edib - psixi pozğunluq, sosial səbəblər, yoxsa başqa bir şey? Əfsuslar olsun ki, bu, ilk belə hal deyil" – deyə Astaxov bildirib.

Həmçinin oxu: Rusiya rəhbərliyi azərbaycanlı ailənin faciəsini nəzarətə götürdü


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2185   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589