"Dedi ki, 7 aydır onunla görüşür..." - Arvadını öldürən ər

"Dedi ki, 7 aydır onunla görüşür..." - Arvadını öldürən ərBakı Ağır Cinayətlər Məhkəməsində arvadını 16 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Vüsal Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ bildirir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.Vüsal Musayev 2015-ci il aprelin 28-də gecə saat 01 radələrində evdə olarkən arvadı Zakirə Məmmədovanın iş yoldaşı Arazla yanında telefonla danışdığı üçün mübahisəsi düşüb. Z.Məmmədova mətbəxdən bıçaq götürərək ərini hədələyib və daha onunla yaşamaq istəmədiyini deyib. Bundan sonra bıçağı dolabın üzərinə qoyub və üzünü dönüb getmək istəyərkən əri V.Musayev həmin bıçağı götürərək ona 16 zərbə vurub. Hadisə nəticəsində Zakirə Məmmədova vəfat edib.

Vüsal Musayev sərbəst ifadəsində deyib ki, arvadı ona iş yoldaşı ilə xəyanət edib və özü onları bir yerdə tutub: "Aprelin 26-da Zakirə mənə dedi ki, "Qarayev"də yaşayan bacısıgilə gedib orada qalacaq. Mən də razılaşdım, getdi. Aprelin 27-i səhər işə getmədən öncə Məhəmmədi kəndinə getdim. Bacanağım rayona getmədən əvvəl mənə pul vermişdi ki, qonşularına çatdırım. Deyəsən bacanağımın qonşuya borcu vardı, həm də mənə demişdi ki, həyətlərinə arada baxıb itə, toyuq-cücəyə yem verərəm. Zakirənin bir bacısı "Qarayev"də, o biri isə Məhəmmədi də qalır. Mən səhər pulu aparıb qonşuya verdim, bacanağımın həyətinə girdim ki, itə su verim. Gördüm evin çöl qapısı bağlandı, içəri kimsə girdi. Yaxınlaşıb yoxladım qapı bağlı idi, biraz bərk dartanda Araz qapını açdı. Biz mübahisə etdik, Zakirə çıxıb mənə dedi ki, onunla işin olmasın, nə olubsa mənlikdi. Mən də onlara dedim ki, 2 dəqiqə gözləyin tualetə girim çıxıb söhbət edərik. Mən tualetə girdim, çıxanda gördüm yoxdular, qaçmışdılar. Ordan çıxıb birbaşa evə getdim, gördüm Zakirə evə gəlib, paltarını dəyişib çıxıb. Buna görə də onun iş yerinə getdim. Zakirə Montində "Neptun" marketdə Arazla birlikdə işləyirdi.

Burda da Araz qabağıma çıxdı, mənə dedi ki, çıx get burdan. Ona dedim, sən qarışma, Zakirəyə 1 kəlmə söz deyib çıxacağam. İcazə vermədi, mən də çıxıb getdim. Evdən Zakirəyə zəng edib dedim ki, işdən çıx evə gəl. Axşam gəldi, mənim yanımda Araza zəng edib deyirdi ki, "o mənə heç nə edə bilməz, sən narahat olma". Mən də eşidirdim, Araz ona deyirdi ki, telefonu ver, ərinlə danışım.

Mən sonradan bildim ki, Zakirə başqa yerdə kirayə ev tutub, Arazla orda görüşürmüşlər. Zakirə mənə dedi ki, çıx get, Araz bura gəlsə, mənə pis olacaq. Dedi ki, onunla 7 aydı görüşür. Bundan sonra əsəbiləşdim, özümdən çıxdım. Onu necə vurduğumu da xatırlamıram".

Vüsal Musayev və Zakirə Məmmədova 8 il öncə evləniblər, birgə nikahdan 5 yaşlı oğlu var.

Vüsala Musayev arvadının "Neptun" marketdə işləyənə qədər münasibətlərinin yaxşı olduğunu deyib: "Vallah o elə qadın deyildi. Orda işləməyə başlayandan sonra elə oldu. Arvadımı Araz yoldan çıxardı".
Hakim bildirib ki, onun cinayət işində şəxsiyyət vəsiqəsindən başqa heç nə yoxdu: "Nə nikah kağızı, nə də uşağın "metirka"ası var. Telefon danışıqları üzrə çıxarış da səhv nömrədən çıxarılıb. Digər sənədləri müstəntiq niyə əlavə etməyib?"

V.Musayev deyib ki, hadisənin səhərisi günü evə gedərək bütün sənədləri müstəntiq Rəcəb adlı şəxsə verib.
Qətlə yetirilən Zakirə Məmmədovanın böyük qardaşı Sabir Məmmədov ifadə verərək deyib ki, Vüsal onun bacısını qaçırıb, sonra evləniblər: "Toyları Ağdaşda oldu, sonra Bakıya köçdülər. Hadisədən əvvəl də mübahisələri olmuşdu. Bacım deyirdi ki, Vüsal başqa yerdə qız saxlayır. Dedim yola ver, getsin. Bir dəfə də pul üstündə davaları düşmüşdü. Vüsal işləyib pulu kafelərdə xərcləyirmiş, bacım işləyib evin kirayə pulunu verirmiş. Başqa bir hadisə də qızıla görə olub. Bacım evdən qızıl zinət əşyası tapıb, bundan soruşub ki, kimindi. Vüsal da deyib başqasına almışam. Yəni son vaxtlar münasibətləri belə şeylərə görə tez-tez pozulurdu. Zakirə ilə evli olduğu müddətdə də öz xalası qızı ilə sevgili olub. Belə şeylərin axırında da bu hadisə oldu".

Zakirə Məmmədovanın bacısı Gülşən Məmmədova məhkəmədə ifadə verərək deyib ki, Vüsal tez-tez bacısını incidirmiş: "Onlar evlənənddən sonra Ağdaşda qalırdılar. Bir gün Vüsalın qardaşı balta ilə bunları qovub evdən çıxardı. Gəlib bizim evdə qaldılar. Sonra bizim ev plana düşdü, hərə bir tərəfə dağılışdı. Bacım deyirdi ki, Vüsal onu işləməyə məcbur edir. Mən də bacıma bu işi tapdım. Zakirə işdən çıxıb axşam evə gəlirdi, görürdü Vüsal evdə yoxdu. Soruşanda da deyirdi ki, mən kişiyəm, özüm bilərəm. Vüsal gəzdiyi qızların şəkillərini telefonda bacıma göstərib deyirdi ki, mən bunlarla gəzirəm. Bacım heç vaxt ona xəyanət etməyib. Heç kimlə də danışmayıb. Əgər belə bir adam olsaydı, istintaqa cəlb edilər, məhkəmə çağırılardı".

Vüsal Musayev deyib ki, həmin Arazın telefon nömrəsini müstəntiqə verib və müstəntiq onun yanında Arazla danışıb.

Digər şahidlər də dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Hakimlər kollegiyasının hökmü ilə Vüsal Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirlədirilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3692   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

01.05.2024 90
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 280
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 161
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 233
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129