10 məşhur insanın qeyri adi ölümləri - MARAQLI

10 məşhur insanın qeyri adi ölümləri - MARAQLIBəşəriyyətin, ən azından yaşadığı dövrün insanlarının həyatında müəyyən dəyişikliklər doğuran dahilər bəzən çox axmaq hərəkətləri ilə diqqət çəkilər. Bu axmaqlığın sonu isə bəzən ölümlə nəticələnə bilər.

10. İsaak Nyutonun cazibə qanunu kəşf etməsində böyük rolu olan XVI əsrin astronomu Tixo Braqe ayaqyoluna gedə bilmədiyi üçün ölüb. Belə ki, onun yaşadığı dövrdə içki məclisini yarımçıq tərk etmək ev sahibinə qarşı ən ağır təhqirlərdən sayılırdı. Mədəni və çəkingən insan olan Tixo Braqe ayaqyoluna getmək üçün ev sahibindən icazə almağa cürət etmir. Nəticədə onun sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra astronom vəfat edir.

9. XVI əsrin tanınmış filosoflarından olan Frensis Bekon isə içi təmizlənmiş toyuqları qarla doldurmaq hobbisinə görə ( o hesab edirdi ki, ətin saxlanma müddətini uzatmaq üçün duz yerinə qardan da istifadə etmək də olar) həyatını itirib. Eksperiment nəticəsində toyuqlar donmasa da, Frensis Bekonu don vurub və o, həyatını itirib.

8. XVII əsrin saray bəstəkarı Jan Batist Lülli isə yaradıcılıq enerjisinin qurbanı olub. Növbəti konsert məşqlərinin birində o, əsəbləşərək əlindəki əsa ilə ayağını deşir. Bir müddət sonra bəstəkar qan zəhərlənməsindən dünyasını dəyişir.

7. XX əsrin ən populyar sehrbazı və illüzionçusu Harri Qudini də öz axmaqlığının qurbanı olub. Qudini öz pressinin möhkəmliyini göstərmək üçün yoldan keçən təsadüfi insanlara ona yumruq zərbələri vurmağa imkan verirdi. Az sonra tanınmış sehrbaz daxili orqanlarının zədələnməsi diaqnozu ilə xəstəxanada vəfat edir.

6. Ötən əsrin 70-ci illərində səhər qaçışı ilə bağlı yazdığı "qaçış barədə hər şey" bestsellerinin müəllifi Cim Foks təklif etdiyi yeni qaçış növünü sınaqdan keçirərkən ürək tutmasından vəfat edib.

5. Fransız müğənni Klod Fransua su ilə dolu vannanın içərisində ola-ola tavandakı lampanı dəyişmək istəyərkən elektrik cərəyanının vurması nəticəsində ölüb.
4. ABŞ-da məşhur "Pinkerton" xəfiyyə agentliyi yaradan Allan Pinkerton yolu keçərkən öz dilini dişləyib. Dilində qanqrena başlayan xəfiyyə çox keçmədən keçinib.

3. ABŞ-ın 12-ci prezidenti Zakari Teylor 1850-ci il iyulun 4-də ölkənin müstəqilliyi ilə bağlı rəsmi tədbirdə iştirak edir. Həmin gün hava çox isti olduğu üçün çoxlu dondurma yeyən prezident az sonra bunun fəsadları ilə üzləşməli olur. Mədəsində kəskin ağırlar başlayan Teylor 5 gün ərzində ölür. O yalnız 16 ay ölkə başçısı postunda qalır.

2. Məşhur "Jack Daniel`s" viskisinin yaradıcısı Cek Deniel də öz səhvinin qurbanı olur. Kombinasiyasını unutduğu seyfi açmağa çalışan zaman əsəbləşən ixtiraçı seyfi təpikləyən zaman ayaq barmaqlarını qırır. Bundan bir müddət sonra o, qan zəhərlənməsindən vəfat edir.

1. Antik yunan filosofu Hrisipi isə gülüşü öldürür. Öz sərxoş uzunqulağının əncir yemək cəhdlərini izləyən filosof aramsız gülməkdən vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4750   Tarix: 28 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489