"Bu şəhərdə" İzzət Bağırovun arzusunu ürəyində qoydu...

"Bu şəhərdə" İzzət Bağırovun arzusunu ürəyində qoydu...İzzət Bağırov: "Kişilərin saç boyamasına pis baxmıram"

"13 yaşımdan meydandayam. O yaşda artıq populyar müğənni idim. Baxıb mənə deməyiblər ki, bu deyəsən oxuyandı. Axşam çıxış etmişəm, səhər hamı məni göstərib, deyib ki, bax, İzzət Bağırovdur. Artıq 26 ildir, səhnədəyəm". BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bu fikirləri APA TV-nin "Səhər zəngi" verilişinin qonağı, müğənni İzzət Bağırov deyib.

40 yaşında olduğunu xatırladan müğənni, tamaşaçıların sosial şəbəkələrdə yazdıqlarına münasibət bildirib: "Yaşımı heç zaman gizlətmirəm. Başqalarına mesaj atıram. Kişilərin yaşlarını gizlətməyini anlamıram. Bir neçə gün öncə "İnstaqram" səhifəmdə yazmışdılar ki, "sən dindarsan, saçını niyə boyayırsan?". İnsanlar verdikləri sualın fərqinə varmırlar. İslamda saç boyamaq haram deyil. Həm də mən heç zaman saçımı boyamamışam. Hələ ki, saçım ağarmayıb. Təki, saçım tökülməsin. Bu problemdir, amma çarəsi var, saç əkdirmək olar, buna pis baxmıram. Mən sənət adamıyamsa, saç əkdirəcəm. Burnunu düzəltdirənlərə də pis baxmıram. Bu hər kəsin şəxsi işidir. Bizim insanlar şəxsi həyata müdaxilə etməyi sevirlər".

"Xanımlar dostluqda daha sadiqdirlər"

İzzət Bağırov illərlə sənətdə olmasına baxmayaraq, gördüyü işlərdən az qazanc əldə etdiyini bildirib. O, bu illər ərzində 19-a yaxın albomunun çıxdığını açıqlayıb və bildirib ki, 100-ə qədər mahnısını bu albomlara daxil etməyib: "Arada fasilə verdim, 6 il albom hazırlamadım, çünki mənası yoxdur. Son albomum bu il çıxıb. 18 mahnıdan ibarətdir, adı "Ey dost"dur. 400-500 ədəd hazırlatdım, satışa çıxarmadım. Hamısının pulunu verdim ki, kim istəsə, ona hədiyyə edəcəyəm. Amma gördüm ki, satışda var. O alboma 20 min manat xərcləmişəm. Mahnıların alınması, aranjeman, studiya xərcləri və s. Amma qazancım olmadı".

Müğənni eyni zamanda repertuarında müxtəlif üslublarda mahnılar olduğunu qeyd edib:"Xalq, bəstəkar, türk mahnıları, eyni zamanda öz yazdığım mahnıları ifa etmişəm. Bəzi mahnıları fərqli aranjeman etdirmişdim, amma qabarıq yox, məsələn, diskoteka tərzində etməmişdim. Mahnıları qəribə formaya salınmasını sevmirəm". Əməkdar artist cari ildə görülən işlər barədə də məlumat verib: "Gec ailə qurmuşam, çünki başım işə qarışmışdı. Silsilə konsertlər vermişəm. 5-6 illik fasilədən sonra yenidən sentyabrın 18-də Yaşıl Teatrda konsert verdim. Əvvəllər hər il martın 8-i çıxış edərdim, amma artıq bir neçə ildir ki, Rafael və Coşqun martın 1-dən 8-ə kimi Heydər Əliyev Sarayında konsert verirlər. Buna görə də vaxtı dəyişməyə məcbur oldum. Ümumiyyətlə, bu il çox işlər görmüşəm. 5 klip çəkdirmişəm. Yeni albomum işıq üzü görüb. Həmçinin, yeni mahnılar da var".

İzzət Bağırovun sözlərinə görə, xanımlar dostluqda daha sadiqdirlər. Buna görə də dostlarının arasında əks cinsin nümayəndələri daha çoxdur: "Dostlarımın əksəriyyəti xanımlardır. Bu tamaşaçıya qəribə gəlir. Oğlanlarla dostluq edə bilmirəm. Konsertimdən öncə hamısının üstündən xətt çəkdim. Qısqanclıq etdilər. Heç biri zəng etmədi. Ən ucuz biletdən belə almadılar. Mən dəfələrlə dedim ki, heç kimə bilet verməyəcəyəm. İstəyən varsa, mənə zəng vursun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2207   Tarix: 27 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939