Abituriyent olmaq maraqlıdır: ciddi mövzuya yeni yanaşma

Abituriyent olmaq maraqlıdır: ciddi mövzuya yeni yanaşmaBakıda innovativ konsepsiyaya malik, effektiv Qərb metodikasına əsaslanan yeni hazırlıq
kurslarının açılması gözlənilir.
Qəbul imtahanlarından söz düşəndə hər bir abituriyent bunun çox uzun və əzablı proses
olduğunu düşünür. Amma hər birimiz gələcəyimizi qurmaq üçün bu mərhələni keçməyə
məcburuq. Öz təcrübəmizdən də bilirik ki, imtahana hazırlıq prosesi həyatımızın xoş anları kimi yaddaşımızda qalmır. Saysız-hesabsız məlumat axını, sonsuz əzbərləmələr, kifayət qədər standart tədris strategiyası və bütün prosesin mexanikləşdirilməsi abituriyentləri yorur. Xoşbəxtlikdən bu sahə də inkişafdan geri qalmır və bizim ölkədə də konservativ tədris metodların yenilərilə əvəz olunması sadəcə vaxt məsələsidir. Bu baxımdan, imtahanlara ənənəvi hazırlıq prosesinin şablon metodlarından çoxdandır imtina etmiş Qərbi Avropa və ABŞ nümunə kimi göstərilə bilər. Bu ölkələrdə "edutainment" metodu (ingiliscə "education" və "entertaiment" sözlərindən yaranıb) geniş yayılıb, yəni təhsillə əyləncənin vəhdəti. Bu yanaşma məşğələlərdə daha yaradıcı olmaq və interaktivliyi gücləndirmək məqsədi daşıyır. Metodika, eyni zamanda, nəticəyə hesablanmış taktiki və strateji məsələlərə də diqqət ayırır. Kursların məqsədi təkcə "fənlərin tədrisi" üzərində qurulmamalıdır. Kurslarda təlim metodikası həm də vaxtdan düzgün istifadə etməyə, faydalı iş əmsalını artırmağa xidmət etməlidir. Bundan başqa, hazırlıq müddətində və imtahan zamanı abituriyentin psixoloji hazırlığına və stresə davamlılığına xüsusi diqqət yetirilməlidir. Abituriyentlərin qəbul imtahanlarında göstərdikləri yüksək nəticələr və tədris metodikasının effektivliyi olmasaydı, mövcud metodikanın tərəfdarları onlara yad olan sistemi qəbul etməzdilər. Qeyd olunanların hər biri həmin metodikanın uğurlu tətbiqinə və bu növ kursların ölkəmizdə yaradılmasının vacibliyinə dəlalət edir.Son vaxtlar bununla bağlı sevindirici xəbərlər eşidirik. Yayılan məlumatlara görə, artıq Bakıda da effektiv metodikaya əsaslanan hazırlıq kurslarının açılması gözlənilir. Ümid edirik, bu məlumat doğrudur və bundan sonra abituryentlər üçün qəbul imtahanlarına hazırlıq prosesi əziyyətli olmayacaq. Əksinə, yeni metod abituriyentlərdə hazırlıq prosesinə xüsusi həvəs yaradacaq və onlar hər bir məşğələdən zövq alacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1405   Tarix: 19 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Yağışa görə sürət həddi azaldıldı

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. BNA-dan daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:. "Bir daha bütü

17.08.2020 461
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438