"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması

"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlamasıTürkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova prodüsser Tolikə BiG.AZ vasitəsilə cavab verib. Aktrisa Röya haqqında dediklərinə də aydınlıq gətirib:

- Müğənni Röya Ayxanın "Bəyaz şou"ya verilişin bitməsinə on dəqiqə qalmış səhnəyə çıxmasını mənfi qarşıladınız. Niyə ?

- Mən Röyanın əleyhinə pis bir şey demədim. Diqqət etmişəm ki, yaxşı niyyətlə deyilən fikirlərə nədənsə öz xalqımdan biriləri o dəqiqə cavab vermək üçün yarışırlar. Tərbiyəsizləşirlər! Röya mənim bəyəndiyim bir müğənnidir. Səsini , mahnılarını çox bəyənirəm və dinləyirəm. Mənim iradım Röyaya deyil , proqramın əsas rejissorunadır ki, niyə Azərbaycandan gələn bu cür populyar qonağı verilişin sonuna doğru çağırırsan? Mən illərlə TRT AVAZ da "Aşkın pusulası" adlı verilişi aparırdım. Türkiyədə televiziya qanunlarını bilən biriyəm. Əgər bir verilişə bir qonaq dəvət olunacaqsa, ona geniş yer verilir və veriliş başlayandan bir neçə dəqiqə sonra studiyaya çağırılır. Hələ qonaq xaricdən gəlibsə, daha tez tamaşaçılarla görüşdürülür. Türkiyədə prodüsserlər belədir. Getsinlər, Bəyazın bütün verilişlərinə baxsınlar. Heç bir xaricdən gələn qonaq verilişin axırına yaxın studiyaya çağırılmayıb. Niyə Vətənimizdən gələn, Azərbaycanın ulduzu, Rihannası kimi təqdim olunan bir qonağı studiyaya gec dəvət edirlər? Mənim iradım onlaradır. Daha əvvəl də bunu etdilər. O gələn Röya olmasaydı belə mən yenə öz iradımı bildirəcəkdim. Burada iradımı deyəndə mənə "Məlahət xanım haqlısınız. Başqa vaxt düzəliş edərik deyirlər". Mənim yaxşı niyyətlə dediyim sözləri, niyə başqa səviyyəsiz yerlərə yozurlar bilmirəm. Mən çox istərdim ki, Röya o verilişdə tək mahnı ilə deyil, bütün hit mahnılarını ifa etsin. Bundan qürurlanardım. Əgər mən Röyanın mahnılarını sevərək dinləyirəmsə, niyə onun paxıllığını çəkim ki? Bu qədər kor baxış ola bilərmi? Şəkilləri göndərdim ki, (aktrisanın mükafat aldığı fotoları yazının sonunda görə bilərsiniz-red) sizdə görəsiniz mən Röyanın paxıllığını çəkə bilərəm? Mənim yerimdə olmaq istəyən o qədər insan var ki... Mən şou verilişlərinə niyə çıxım ki? Əlbətdə seriallar və filmlərlə bağlı çıxdığım verilişlər də olub. Mənim oynadığım "Min bir gecə" serialı bütün dünyada göstərildi.

- Tolik sizin bu fikirlərinizə reaksiya verib...

- Tolik kimdir ? O da müğənnidir?

- Yox Azərbaycanlı prodüsser Tarix Əliyev. Tanımırsız ki?

- Tanımıram, düzü. Nə deyib?

- [b]Tolik bildirib ki, "Müğənnilərin arzusudur ki, Bəyaz onların heç olmasa adını çəksin, nəinki verilişinə çağırsın. Amma Röya bunu bacarır. O çıxır "Bəyaz Şou"ya və aktrisa Məlahət Abbasova gülməli açıqlama edir. Mənə çox maraqlıdır ki, neçə ildir Türkiyədə yaşayan çox hörmətli Məlahət xanım bir dəfə də olsa Bəyazın verilişinə çıxıb? Bundan sonra Məlahət xanım 10 dəqiqəlik belə olsa o verilişdə qonaq qismində əyləşsə və mən onun etdiyi tərzdə açıqlama versəm, Məlahət xanım özünü necə hiss edər? Məlahət xanım bir böyük kimi deməli idi ki, biz Röyanın uğuruna sevinməliyik, çünki Röya ora çıxmaq üçün əziyyət çəkib. Röya Moskvadan 10 nəfər rəqqas gətizdirib, bunu öz puluna edib. O, ən azı bir azərbaycanlı kimi ora çıxıb və bomba kimi partlayan mahnısını səsləndirib. Buna niyə sevinməyək axı?".[b] (Tolikin bu fikirləri lent.az-a müsahibəsindən götürülüb -red)

- Oxudum və güldüm. Türkiyədə teatr səhnəsində bu qədər mükafatlar alan, Türkiyənin ən böyük teatrında bütün yaradıcılığını, Azərbaycan əsərlərinin tanıdılmasına həsr edən və səhnələşdirilməsini həyata keçirən tək azərbaycanlı aktrisa və rejissor olaraq belə ucuz xəbərlərlə prestijimin zədələnməməsi üçün belə şou xəbərlərdə, ucuz söhbətlərdə yer almaq istəmirəm. Mən heç bir zaman şou insanı olmadım. Nə də ki, müğənni deyiləm. Tolik kimdir onu belə tanımıram, bilmirəm. Mən bir teatr xadimiyəm. Mənim ölkəmdə yaşayan heç bir sənətçi ilə problemim olmayıb, heç olmaz da... İşini ciddi görən bütün sənət insanlarına sonsuz hörmətim var. Xahiş edirəm, mənim yaxşı niyyətlə dediyim sözləri heç yerə yozmasınlar. 25 il Türkiyənin ən böyük teatrında çalışan tək azərbaycanlı sənət insanı olaraq yaşadığım çətinlikləri buradakı dostlarım hamısı bilir. Mən də istəyirəm ki, mənim ölkəmdən gələn dəyərli sənət insanları xala-xətrin qalmasın deyə, verilişə çıxarılmasınlar. Türk aktyorları, müğənniləri kimi ağır olsunlar, prestijlərini qorusunlar, bütün şərtləri onlar deyil, bizimkilər desinlər. Bakıya dəvət olunan türk müğənni və aktyorların şərtlərini, istəklərini, kaprizlərini məndən yaxşı bilən yoxdur. Türkiyəli ifaçılar Azərbaycana gələndə haradasa nazir gəlsin bizi hava limanında qarşılasın deyəcək qədər özlərini yüksək zirvəyə qoyurlar. Çünki burada belədir. Məndən demək. Yox əgər nə olursa, olsun 2 dəqiqədə olsa, o verilişə çıxsın deyirlərsə, özləri bilər. Yolları açıq olsun. Amma bu söhbətlər məni inanılmaz narahat edir. Mən şou dünyasının insanı deyiləm. İlk və son dəfə sizə açıqlama verirəm.

- Əlavəniz varmı?

- Xahiş edirəm, mükafat aldığım şəkilləri də qoyun. Bu şəkillər niyə şou verilişlərə çıxmır deyənlərə bir cavabdır. Mən keçən il Türkiyədə "İlin ən yaxşı rejissoru" seçildim. Dövlətimiz mənim xidmətlərimi yaxşı bilir. Yeni bir serialımız başa çatdı. Dekabrda göstəriləcək. Və dekabrda yeni serialımın çəkilişlərinə başlayacağam. Mən işimlə gündəmdəyəm. Şou verilişləri ilə deyil. Bəyaz Bakıya gələndə kaprizlərini mən özüm yaxşı bilirəm. Əfruzə, sizdəmi məni günahkar bilirsiniz?

-Düzü mən də Röyanı çox sevdiyim üçün sizin dediklerinizi acıqla qəbul eləmişdim. Sizə qarşı aqressiv idim. Amma indi izah etdiniz ki, əslində iradınız veriliş rejissoruna idi, Röyaya yox.[b]

- Vallah mən də Röyanı sevirəm və çox bəyənirəm. İnanın ki, bizimkilərdən başqa heç kim belə bir şeyi qəbul etməz. İnanın ki, burada heç bir xaricdən gələn qonağı verilişin sonunda dəvət etmirlər.

[b]-Bəs niyə Röyanı elə dəvət ediblər?[b]

- Vallah mən də bilmirəm. Biz ailəlikcə evdə idik. Röyanı görəndə sevindim. Yoldaşıma da dedim ki, bu müğənni Azərbaycanın çox sevilən müğənnisidir. Amma bir mahnı oxuduğunu görəndə çox pis oldum. Mən iradımı verilişin koordinatorunun köməkçisinə dedim ki, niyə bizim sənətçimizi bu şərtlə qəbul etdiniz? Yəni iradımı bildirdim. O da haqlısınız dedi.

[b]- Səbəb demədilərmi sizə ?[b]

- Dedilər ki, Röya son anda telefonla birinin tapşırığı ilə gəlib. Fərq etməz kim tapşırıb, amma yaxşı reklam edə bilərdilər. Mən Röyanı bəyənməsəydim mənim vecimə olmazdı. Ümumiyyətlə, mən də başa düşmürəm ki, mənim verilişə tutduğun iradı niyə Röyaya aid edirlər?!

[b]-Ümumiyyətlə bizim ifaçılar Türkiyədə tanınmaq üçün çox pul xərcəyirlər. Buna dəyərmi?[b]

- Dəyməz. Gəlsinlər, əlbəttə ki, qatılsınlar verilişlərə. Sənətlərini göstərsinlər. Amma Türkiyədəki şou dünyası başqadır. Əsla Azərbaycandan gələn birini öz aralarına almazlar. Hətta məni belə qəbul etmirlər. Qonaq kimi qəbul edərlər amma onlara rəqib olduğumu görsələr, əsla qəbul etməzlər, həmin an buynuzlarını çıxararlar.

[b]- Bəs siz özünüz orada məşhurlaşmaq üçün bu günə kimi heçmi pul xərcləməmisiniz?[b]

- Allahın şansı deyə bilərəm. Mən Türkiyəyə gələndə demək olar ki, burada azərbaycanlı heç kim yox idi. O vaxtlar da Azərbaycanda Azərbaycan Akademik Milli Dram Teatrında (AZDRAMA) işləyirdim. Və o vaxt teatrımızın direktoru qadın idi. Yoldaşımla onun yanına getdim. Məni Bakıdan tanıyırdı. Mənə dedi ki, siz bizim Azərbaycanlı bacımızsınız. Mən gəlməmişdən əvvəl onlar Azərbaycana qastrola gəlmişdilər. Və Həsən Turabov onları AZDRAMA-ya dəvət etmişdi. Qonaqlıq vermişdi. Mən də ordaydım və orada tanış olmuşduq. Elə oldu ki, iki ay sonra mən Türkiyəyə getdim. Və məni görən kimi tanıdılar. Sonra məni teatrda qəbul etdilər. Mən buna şans deyirəm. Burda teatr çox ciddi qurumdur. Burada pul keçməz.

[b]-Son olaraq bizim müğənnilərə məsləhətiniz nə olardı?

- Tək müğənnilərə deyil, bütün sənət insanlarına demək istəyirəm ki, bizim sənət, məktəblərimiz o qədər güclü, təməli sağlamdı ki, və biz o qədər şairanə xalqıq ki, bunu hara gediriksə, gedək qoruyuruq. İnşallah da şansını başqa ölkələrdə sınamaq istəyən müğənnilərimizin, sənət insanlarımızın şansı həmişə açıq olsun, ürəkdən deyirəm. Bununla mən və burda yaşayan azərbaycanlılar qürur duyar.

-Çox təşəkkür edirəm sizlə danışmaq xoş oldu.

- Mənə də. Çox minnətsaram. Mənim öz millətimin dəyərli sənət insanları ilə heç bir problemim olmaz. Mən sadəcə bir şey deyirəmsə, bildiyim bir şey var ona görə deyirəm. Yoxsa mən teatr xadimiyəm mənim müğənnilərlə nə işim ola bilər ki? Amma yenə özləri bilər. İnşallah burada daha yaxşı işlərə imza atsınlar, mən də qürur duyum. Mən şou-biznes insanı olmadığım üçün o duyğunu bilmirəm. Bəlkə də mən işimə ciddi yanaşdığım və verilişlərə qatılmadığım üçün belə düşünürəm. Tolik deyir ki, ( indi yenə oxudum və güldüm) Məlahət xanım Bəyazın verilişinə çıxmır. Mənim Bəyazın verilişinə ehtiyacım var ki? Mən seriallarda, filmlərdə oynayanda illərlə hər həftə televiziyada görünürəm. Bəyazın verilişi məni məşhur etməz və mən Türkiyədə Bəyazla tanınmadım. Burada gördüyüm işlər, oynadığım ən balaca rollar, teatrda qazandığım əsərlər, qoyduğum tamaşalar, aldığım mükafatlar bir sənət insanı kimi yetərincə məni Türkiyədə tanıtdı. Bir də mənim heç bir zaman tanınım, məşhur olum kimi dərdim olmayıb. Ona görə Tolikin açıqlaması mənə yaxşı niyyətli gəlmədi. Tolik şou, şou biznes qoxan, reklam qoxan, intriqa yaratmağa çalışan biri kimi gəldi mənə. Belə xəbərlərdə adımın hallandığı üçün də utandım.

Əfruzə

"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması"Tolik kimdir onu belə tanımıram" - Məlahət Abbasovadan Tolik və Röya açıqlaması


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 10850   Tarix: 17 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21229
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2658
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6738
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4341
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7260
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6372
.

"Mən bu gün də səhnəyə çıxanda həyəcan keçirirəm" - Cavidan Novruzla MÜSAHİBƏ

"Məşhur olmaq üçün atamın adından heç vaxt istifadə etməmişəm". Bu sözləri -a müsahibəsində məşhur aktyor, müğənni Cavidan Novruz deyib. Gənc aktyor izləyicilərimizə sənət yolundan, məşhurluğun müsbət və mənfi tərəflərindən, sosial şəbəkələrdə yazılan rəylərdən və şəxsi həyatından danışıb

16.06.2022 6008
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1218