"Sevgilim arxamca 3 dəfə atəş açdı, ölmədim" - prodüsser nələr danışdı, nələr

"Sevgilim arxamca 3 dəfə atəş açdı, ölmədim" - prodüsser nələr danışdı, nələrTanınmış prodüsser Təranə Səmədova ilə söhbətimiz gözlədiymizdən də səmimi alındı. Atəşli suallara atəşli cavablar verən prodüsser, sandığı açdı, pampığı tökdü. BiG.AZ həmin müsahibəni sizə təqdim edir.

- Təranə xanım, uzun müddət prodüsser kimi tanındınız. Daha sonra efirdə reytinqli verilişlərdən birinin aparıcısı oldunuz. Nə vaxtsa bu barədə düşünürdünüz, yoxsa təsadüf nəticəsində oldu?

- Əslində, yatsam yuxuma da girməzdi ki, mən haçansa aparıcı olaram. Bu da bir qismət idi. Təklif gəldi, mən də dəyərləndirdim.

- Sizcə, teleməkanda hansı aparıcıları efirdən uzaqlaşdırmaq lazımdır?[/b]

- Qadınsimalı kişi aparıcıların efirdə yeri yoxdur.

- Belə aparıcılar çoxdur?

- Kifayət qədər var.

- Erkən yaşda gəlin köçüb, qısa müddət evlilik həyatı yaşadınız. Niyə belə oldu?

- Nə bilim, görünür ki, mənim yolum belə yazılıbmış. Alınmadı.

- Ortada xəyanət də var idi?

- Bəli, var idi. Birinci dəfə göz yumdum. İkinci xəyanəti bağışlaya bilmədim.

- İkinci dəfə sevə bildiniz?

- Bəli, həyatımda bir nəfər oldu. Ondan dünyaya bir övlad gətirdim. Amma bu münasibət uzun çəkmədi.

- Daha sonra nə baş verdi?

- Ondan sonra başqa bir nəfərlə münasibət qurdum. Lakin bəzi səbəblərə görə, ayrılmaq qərarına gəldik. Sözün düzü, həmin insan məndə ayrılmaq istəmirdi. Məni ölümlə hədələyirdi. Hətta son görüşümüzdə gözləmədiyim halda, sevgilim arxamca 3 dəfə atəş açdı. Şükürlər olsun ki, güllələr hədəfdən yayındı və mən sağ qaldım.

- Kimdən bərk-bərk yapışmısınız?

- Anamdan. Ondan ikiəlli tutmuşam. Çünki o, mənim üçün ən dəyərli varlıqdır. Allah qorusun, onu itirmək mənim üçün çox ağır olar.

- Sizə "gözün üstündə qaşın var" deyənlər çoxdur?

- İndi yoxdur. Sizi inandırım ki, bir zamanlar məndən uzaqlaşan, məni "itirib-axtarmayan" insanlar indi mənə yaxın olmağa çalışırlar.

- Həmin insanları yaxın buraxırsınız?

- Ümumiyyətlə, mən çox ünsiyyətcil bir insanam. Hətta ilk dəfə gördüyüm bir insanla dil tapmağı bacaran biriyəm. Amma təbii ki, məsafə saxlamaq şərti ilə. Hər insanı da çox yaxınıma buraxmıram.

- Bunu, yəqin ki, sonradan peşman olmamaq üçün edirsiniz...

- Bəli, belə desək, daha doğru olar. Çox olub ki, kiməsə yaxşılıq etmişəm, halına yanmışam, ancaq həmin insanlar bundan sui-istifadə ediblər.

- Həmin sui-istifadə edən insanları bir növ sizə pislik etmiş insanlar kimi də qələmə vermək olar. Maraqlıdır, sizə pislik edən insanların üzərindən birdəfəlik "xətt" çəkirsiniz, yoxsa onları bağışlamağı bacarırsınız?

- Bağışlamağı bacarıram. Mənə qarşı qatılan hər hansı bir səhv addımı, pisliyi yadda saxlamıram heç vaxt. Tez unuduram.

- Bu nədən irəli gəlir?

- Bu mənim qəlbimin yumşaqlığından irəli gələn bir amildir. Amma onu da deyim ki, xətimə dəyən insanların ikinci dəfə ürəyimdə yeri əvvəlki kimi olmur. Əhv etməyinə edirəm, amma münasibətim istər-istəməz soyuqlaşır.

- Uşaqlıq dövründən çıxıb, artıq böyüdüyünüzü haçan dərk etdiniz?

- Atamı itirdiyim gün. Onda dərk etdim ki, atasız bu həyatın yükünü çəkmək çox ağırdır.

- Kifayət qədər kövrək insansınız, deyəsən...

- Elədir ki, var. Çox kövrəyəm. Hətta qəmli notlar üstündə yazılmış adı bir mahnı da mənim göz yaşımın axmağına səbəb ola bilər.

Cavidan Abdullayev


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3606   Tarix: 13 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 814
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1420
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1032
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1238
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 808
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 807
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 703
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1402
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 548