İlhamə Quliyevanın vəziyyəti ağırdı

İlhamə Quliyevanın vəziyyəti ağırdıÖtən gün gecə saatlarında xalq artisti İlhamə Quliyevanın vəziyyəti pisləşərək, Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib. Bu barədə Lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, səhhəti dünən gecə saatlarından ağırlaşıb: "Dünən gecə saatlarında başımda güclü ağrılar hiss etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verliib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında xüsusi diqqət göstərdilər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam".

Xalq artisti daha sonra həbsə olan keçmiş köməkçisi Mehriban Hüseynova barəsində açılmış cinayət işinin istintaqının davam etdiyi söyləyib: "Mehriban Hüseynovanın işinə obyektiv baxmırlar. Düşünürəm ki, bu məsələ kimlərə necə sərf edirsə, elə də baxırlar. Bir neçə adamın bu işdə əlinin olduğunu bilirəm. Onların başında bir xanım durur. Sizin sayt vasitəsi ilə Mehribanın arxasında duran şəxslərə mesaj göndərirəm. Elə bilməyin ki, mən təkəm. Mənim arxamda Allahım, ölkəm, xalqım və böyük insanlarım var. Mehriban Hüseynovanın qızı hər yerdə danışır ki, bir neçə gün sonra anasını azadlığa buraxacaqlar. Xeyir ola? Bir neçə cinayətlə ittiham olunan adam hansı qanunla azadlığa buraxıla bilər? Mənim kimi adamla oyun oynamaq istəyirlər. Ağıllı olsunlar. Onun işi araşdırılır, araşdırılacaq, layiqli cavabını alacaq".

Xalq artisti İ.Quliyeva onu da əlavə edib ki, köməkçisi M.Hüseynova apelyasiya şikayəti vermək niyyətindədir: "Biz tərəfdən kimisə məhkəməyə dəvət olunmayıb. Mənim nümayəndəm olmadan nə apelyasiya? İşə obyektiv baxmalarını tələb edirəm. Bu işə nəzarət edənlər bütün diqqətlərini Mehribanın əməllərini açan oğlumun dostu Vüqar Bəkirova yönəldiblər. Çünki bütün faktlar, səs yazmalar, videolar Vüqarın əlindədir".

İ.Quliyeva qeyd edib ki, oğlu Orxan Nadirovu da təqib edirlər: "Oğlum Orxanı da bu işə qatıblar. Xeyir ola? Kimsə maddi maraq güdür? Bu məsələdə maraqlı olmaq istəyən bir qadın var. O qadına demək istəyirəm ki, buynuzun gicişməsin. Özünü yığışdır. Elə faktlarım var ki, onu söyləsəm, bu ölkədən yox olarsan. Oğlumu və onun dostu Vüqarı daim güdürlər. Rahatlıqları yoxdur. Bu yaxınlarda oğlumun maşını da vurublar. Nömrəsiz maşın onu avtomobilini divara sıxıb. Oğlum evimə rahat gedib, gələ bilmir. Xahiş edirəm ki, bu məsləyə hüquqi qiymət verilsin. Çünki bu qadın təkcə mənə yox, neçə-neçə ailələrin başına bu oyunu açıb.

Xalq artisti bildirib ki, müraciət etməyi də lazım bildi: "Mən bir daha Daxili İşlər Nazirliyinə, Bakı şəhər Prokurorluğuna müraciət edirəm. İnanıram ki, onun bu məsələyə obyektiv baxılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11565   Tarix: 03 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

05.05.2024 531
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 6627
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 801
.

Nebahat Çehre əməliyyat olundu

Türkiyəli aktrisa Nebahat Çehre bir neçə gün əvvəl özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, aktrisanın ürəyinə stent qoyulub. Hazırda onun vəziyyətinin yaxşı olduğu və müalicəsinə ev şəraitində davam etdiyi bildirilib. Qeyd edək ki, Nebahat son olaraq "Menajerim

07.05.2024 516
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1214
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 711
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 422
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 3408
.

Gülşen Türkiyəni "Eurovision"da təmsil edəcək?

Gülşen Türkiyəni "Eurovision" mahnı yarışmasında təmsil etmək istədiyini deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Təklif gəlsə, qəbul edərəm. Ölkəm üçün edə bilməyəcəyim heç nə yoxdur" ,- deyə o qeyd edib

07.05.2024 373