19 il Çingiz Mustafayevsiz - Siz onu necə xatırlayırsınız?

19 il Çingiz Mustafayevsiz - Siz onu necə xatırlayırsınız?İyunun 15-i Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevin ölümündən 19 il ötür. Azərbaycanın məşhur telejurnalisti 1992-ci ilin iyun ayının 15-də Dağlıq Qarabağın Naxçıvanik kəndində qızğın döyüşləri lentə alarkən aldığı mərmi qəlpəsindən həlak olub. O, son anınadək kameranı söndürmədi. Bu dəfə biz Çingiz Mustafayev haqqında danışmayacağıq.

"Siz onu necə xatırlayırsınız?" məhz bu sualla biz Azərbaycanın ictimai-siyasi, elm və mədəniyyət xadimlərinə, eləcə də sadə vətəndaşlara müraciət etdik.

Mais Məmmədov - Azərbaycanın əməkdar jurnalisti

-Onun valehedici gülüşü, bizim çoxumuzda çatışmayan Vətənə olan böyük məhəbbəti və şücaəti əbədiyyətə kimi mənim yaddaşıma həkk edilib. Çingiz Mustafayevin bu keyfiyyətləri onun hətta düşmənləri tərəfindən belə hörmət qazanmasına gətirib çıxarmışdı. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan keçmiş azərbaycanlı həmkarı Ayaz Mütəllimovla Moskvada görüşən zaman Çingiz Mustafayevin şəhid olması ilə əlaqədar ona başsağlığı verdiyini bəlkə də çoxları bilmirlər.

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə, həm də Çingiz Mustafayevin xatirəsinə, onun vətənpərvərliyinə, qorxmazlığına həsr edilib. Əgər Çingizin jurnalist bacarığı, lentə aldığı kadrlar olmasa idi, dünya ictimaiyyəti heç vaxt erməni qatillərinin törətdiyi vəhşiliklərdən xəbər tutmazdı.

Deyirlər ki, insan nə qədər xatırlanırsa, bir o qədər o bizim qəlbimizdə yaşayır. Əminəm ki, həm Çingiz Mustafayev, həm də Vətən uğrunda canından keçən hər kəsin xatirəsi əbədiyyən yaşayacaq. Allah ona rəhmət eləsin!

Rasim Musabəyov - Millət vəkili

Çingiz Mustafayev Günəşin bir işığı idi. O, vətənpərvər, cəsarətli və eyni zamanda çox bacarıqlı bir jurnalist idi. Mənim xatirəmdə Çingiz Mustafayev ilk növbədə vətənpərvər və Vətən uğrunda heç nəyini, hətta canını belə əsirgəməyən, hər şeyini qurban verməyə hazır bir insan kimi qalıb. Təəssüf ki, o, həyatdan belə tez köçdü. Allah ona rəhmət eləsin!

Anar - Xalq yazıçısı

-Çingiz Mustafayevi mən əsl peşəkar jurnalist və qeyrətli Azərbaycan oğlu kimi tanıyıram. Düzdür? onunla yaxından tanış olmasam da, onun fəaliyyətini, Qarabağ müharibəsində lentə aldığı kadrları görmüşdüm. O, qəhrəman kimi yaşadı, qəhrəman kimi də həlak oldu. Mən ona Allahdan rəhmət diləyirəm!

Çingiz Abdullayev - xalq yazıçısı

-Mən onu yaxşı tanıyırdım. Çünki o vaxt o, digər jurnalistlərdən cox fərqlənirdi. Birincisi, o, çox düşüncəli, peşəkar insan idi. Bir şeyi araşdıranda dərinə getməyi, yoxlamağı, gedib baxmağa çalışırdı. Hər adamın hünəri deyildi, Moskvaya gedib, bizi sevməyən adamlarla görüşürdü. Mən həmişə ona ehtiyatlı olmağı məsləhət görürdüm. Yaxşı mənada o çox qorxusuz adam idi. Onun vəfatından indi 19 il keçib. Milli qəhrəmandır. Tanınmış adam olanda hamı sənin dostun olur. Mən deyə bimərəm ki, biz yaxın dost idik. Ancaq biz çox yaxşı tanış idik, bir-birimizi anlayırdıq. Dəfələrlə məndən müsahibə götürüb.

Onun Xocalı faciəsini çəkməsi əsl qəhrəmanlıq, əsl jurnalist faktıdır. Mən hesab edirəm ki, əgər o, bundan başqa heç nə etməsəydi belə bu kadrlarla bizim qəhrəmanlıq tariximizdə qalacaqdı. Çingiz Mustafayev lentə aldığı üçün erməni canavarlarının vəhşilikləri tarixdə qalacaq.

Mən istərdim ki, indiki cavan jurnalistlər ona oxşasınlar. İndi onun adına çox gözəl mükafat var. Ancaq ondan əlavə mən istərdim ki, gənc jurnalistlərimiz onun haqqında daha çox bilsinlər, onun necə işlədiyini, güllə altında necə çəkilişlər etdiyini öyrənsinlər. O, əsl peşəkar jurnalist idi. Mən istərdim ki, onun kimi qəhrəmanlarımız, jurnalistlərimiz çox olsun. Mən onun belə cavan yaşda həlak olmasına təssüflənirəm. Allah ona rəhmət eləsin!

Fəxriyyə Xələfova - Modelyer

-Mən həmişə təəssüf etmişəm ki, Çingiz Mustafayevi yaxından tanımamışam. Onun gördüyü işlər misilsizdir. Hamımız gözəl bilirik ki, bu cəsur insan Vətən uğrunda şəhid olub. O bizim Milli qəhrəmanımızdır, çox istedadlı, cəsur, fədakar, qəhrəman bir insan olub. Ümumiyyətlə belə keyfiyyətlərin bir insanda toplanması nadir haldır. İnsan istedadlı, vətənpərvər ola bilər. Ancaq çox keyfiyyətin bir yerdə cəmlənməsi həmin şəxsin parlaq olmasından xəbər verir. Əfsuslar olsun ki, onunla şəxsən tanış olmamışam. Ancaq həmişə onun haqqında material, film və ya verilişləri diqqət və maraqla izləyirəm. Çünki o bizim ölkəmizin Milli qəhrəmanıdır, fədakar insan, parlaq simasıdır.

Çingiz Mustafayev həmişə Azərbaycan vətəndaşının qəlbində olacaq. Heç kim onun gördüyü işləri unutmayacaq. Artıq neçə nəsil yetişib və hamı xatırlayır və xatırlayacaq. Ümumiyyətlə belə insanlar ölməzdirlər, əbədidirlər. Onlar hafizələrdə, ürəklərdə beyinlərdə yaşamağa davam edirlər. O, gənclərimiz üçün bir örnəkdir, nümunədir. Mən inanıram ki, minlərlə gənc ona bənzəmək istəyir, hər kəs onun həyat yolunu səhifələyəndə özü üçün ibratəmiz bir fakt tapır. Məncə, Çingiz Mustafayev hamının qəlbində əbədi qalacaq.

Fərid Mansurov – Olimpiya çempionu

-Çingiz Mustafayev bizim Milli qəhrəmanımızdır. Onun Qarabağ müharibəsindən, döyüşlərdən lentə aldığı kadrlar erməni vəhşiliyinin nəinki Azərbaycan xalqına, bütün dünyaya çatdırılmasında böyük rol oynayıb. Onlar dünya miqyasında erməni vəhşiliyinin, onların törətdiyi qırğınların sübutudur. Çingiz Mustafayev bu acı həqiqəti bütün dünyaya çatdıran insan olub.

Damarında təmiz qan axan hər bir azərbaycanlı, o cümlədən mən onun ruhu qarşısında baş əyməliyik. O, hər kəsin qəlbində yaşayacaq. Allah ona rəhmət eləsin!

Polad Qasımov - Sadə vətəndaş

-Çingiz Mustafayev Azərbaycanın Milli qəhrəmanı, peşəkar jurnalisti, istedadlı musiqiçisi, igid oğullarından biridir. Mən onunla şəxsən tanış deyildim. Bu gün buna çox təəssüflənirəm. Onun Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə çəkdiklərinə həyəcansız baxmaq mümkün deyil. Çingiz Mustafayevin lentə aldığı kadrlar sayəsində dünya ictimaiyyəti erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən xəbər tuta bilirlər. O, vətən, torpaq millət uğrunda hər şeyini, hətta canını belə fəda verməyə hazır idi və bu yolda da həlak oldu. Çox təəssüf olsun ki, bu gün hər bir Azərbaycan gənci üçün örnək ola biləcək belə istedadlı, vətənpərvər insanı biz çox tez itirdik. Allah ona rəhmət eləsin!

P.S.: ALLAH Rəhmət Eləsin!!!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5855   Tarix: 14 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Johnson & Johnson şirkəti müştərilərinə 40 milyon dollar təzminat ödəməli olacaq

Kaliforniya məhkəməsi Johnson & Johnson-un talk əsaslı məhsullarının təhlükəli olduğunu bildiyini, lakin istehlakçıları xəbərdar etmədiyini müəyyən etdi. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi Johnson & Johnson brendinin körpə pudrasının yumurtalıq xərçənginə səbə

13.12.2025 335
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

Azərbaycanda məşğul əhalinin sayı açıqlandı

2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib. rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.

13.12.2025 105
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

00:25 127
.

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 82,688 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. Təkcə noyabrda Türkiyə Azərbaycana 6,8

13.12.2025 131
.

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl

13.12.2025 158
.

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ

13.12.2025 155
.

Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub

Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd

13.12.2025 163
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

00:09 128
.

TOP MP3