Allergik xəstəliklər artmağa davam edəcək

Allergik xəstəliklər artmağa davam edəcək Yaz-yay mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Azərbaycan Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvü, Mərkəzi Klinikanın allerqoloqu Leyla İsmayılova allergik xəstəliklər, onların səbəbləri barədə ANS PRESS-in suallarını cavabalandırıb.

-Allergiya nədir və neçə növü var var?
-Allergiya - immun sistemin adətən orqanizm tərəfindən normal qəbul olunmalı maddələrə hiperergik, yəni artmiş həssaslıq reaksiyasıdır. Bu, orqanizmin toxumalarının zədələnməsi ilə nəticələnir.

Allergiyaya səbəb olan maddələrə allergen deyilir. Bu maddələr bədənə müxtalif yollarla daxil ola bilirlər: tənəffüslə, qidayla, dəri örtükləri və selikli qişalardan. Daxil olma üsulundan və bu reaksiyaya cavab verəcək orqandan asılı olaraq, allergenlər orqanizmdə müxtəlif simptomlara səbəb ola bilirlər. Belə ki, tənəffüs orqanlarında allergenlər burunun selikli qişasında ödem, burun tutulması, çoxsaylı asqırma, burundan şəffaf ifrazatın əmələ gəlməsi, burunda qıcıqlanma, qaşınma hissi, təngnəfəslik, tutmaşəkilli öskürək, xırıltılı tənəffüs, boğulma hissi; gözlərdə - qaşınma, göz konyuktivasının qızarması, gözlərdə yad cisim hissiyatı; qulaqlarda - qaşınma, dolğunluq hissi; dəridə müxtəlif tipli qaşınma ilə müşahidə olan səpkilər, mədə-bağırsaq sistemi orqanlarında - qarında ağrı, ishal, qusma və s. kimi çoxsaylı simptomlara səbəb olurlar. Allergenlərə gəldikdə, bunlardan ən çox yayılanlar ev tozu gənəsi, bitki tozcuqları, kif göbələkləri, ev heyvanları allergenləri, qida maddələri, dərmanlar, böcək sancması və s. sadalamaq olar. Allergik xəstəliklərdən ən çox rastlanan - allergik rinit, bronxial astma, allergik konyuktivit, atopik dermatit, allergik övrə və s. xəstəlikləri sadalamaq olar.

- Allergik xəstəliklər daha çox hansı mövsümdə müşahidə edilir?
- Allergik xəstəliklərdən pollinozu qeyd etmək lazımdır ki, fəsilə bağlı olaraq, həssas insanlarda yaz-yay mövsümündə bitkilərin tozlanma dövründə yuxarıda sadalanan simptomlar əmələ gəlir. Bu xəstəlik özünü qeyd etdiyim kimi, zədələnən orqandan asılı olaraq, allergik rinit, yəni zökəm, allergik konyuktivit, atopik dermatit və ya bronxial astma tutmaları şəklində özünü biruzə verə bilər. Səbəb olan bitkilərin tozlanma müddətindən asılı olaraq, simptomlar yazın əvvəlindən payızın ortalarına qədər davam edə bilər.

- Allergik xəstəliklər daha çox hansı yaş kateqoriyasında yayılıb?
- Allergik xəstəliklər hər bir yaş qrupunda rastlana bilər. Allergik xəstəliklərin genetik faktorlar altında əmələ gəldiyini nəzərə alsaq, insan həyatının artıq ilk illərində bu xəstəliklərin başlanması aydın başa düşülür. Qeyd etmək lazımdır ki, uşaqlarda ən çox rastlanan xroniki xəstəliklər də elə allergik xəstəkilərdir. Lakin bu demək deyil ki, allergik xəstəliklər yalnız uşaqlıq vaxtında başlamalıdır. Müxtəlif faktorlar səbəbindən, öncə heç bir allergik xəstəliyi olmayan orta yaş qrupundan və hətta yaşlı bir insanda belə xəstəlik yarana bilər.

- Bu xəstəliklərin yaranma səbəbi nədir, hansı amillə bağlıdır?
- Allergik xəstəliklərin yaranma səbəblərinə gəldikdə, burada, əlbəttə ki, genetik faktorları qeyd etmək lazımdır. Allergik xəstəliklər onlara genetik meyilliyi olan insanlarda müxtəlif amillərin təsiri altında yaranır. Bu amillərdən allergenlə orqanizmin təması, müxtəlif mikrooorqanizm, parazitlər və onların toksinləri, ətraf mühitin təsiri, stress və s. kimiləri qeyd etmək olar.

- Son dövrlərdə allergik xəstəliklərlə bağlı müraciət edənlərin sayında artım müşahidə edilir?
- Allergik xəstəliklərə aid son illərin statistikasına nəzər salsaq, demək olar ki, müxtəlif mənbələrə əsasən, dünya əhalisinin 20 -50 % hər hansı bir allergik xəstəlikdən əziyyət çəkir. Dünya Allerqologiya Təşkilatının ( WAO) məlumatına əsasən, allergik xəstəliklər hər bir növbəti onillikdə artmağa davam edəcək. Bu artışın səbəbi iqlim dəyişikliyi, ətraf mühitdə yeni təbii və ən əsas, sintetik maddələrin əmələ gəlməsi, gigiyena standartlarının ciddiləşməsi və s. göstərilir.

- Allergik xəstəliklər vaxtında müalicə edilmədikdə və ya səhlənkar yanaşıldıqda sonradan ağır fəsadlara yol aça bilər? Və bu hansı formada özünü biruzə verə bilər?
- Allergik xəstəliklərin vaxtında diaqnostikası və müalicəsi olduqca vacibdir. Çünki allergik xəstəliklərdə allergenlə təmas müddəti nə qədər çox olarsa, simptomlar daha da şiddətli ola bilər. Buna allergik sensibilizasiya deyilir. Məsələn, hər hansı bir dərmana qarşı az saylı səpkilər formasında başlayan dərman allergiyası, həmin dərmanın təkrar olaraq dəfələrcə istifadəsi həyat üçün ciddi təhlükə yaradan və dərhal həkim müdaxiləsinə ehtiyacı olan vəziyyətə - anafilaktik şoka gətirib çıxara bilər. Və yaxud, hal hazırda allergik rinit və bronxial astma üçün "one airway, one desease", yəni "bir tənəffüs yolları, bir xəstəlik" şüarı daha çox səslənməkdədir. Buna sübut kimi, allergik rinit (zökəm) xəstələri vaxtında müalicə almadıqda, onların təxminən 30%-də gələcək illərdə artıq bronxial astma simptomlarının əmələ gəlməsi riski yüksəkdir.

- Daha çox hansı qida məhsulları allergiyaya yol aça bilər?
- Qida allergiyasına gəldikdə, burada iki tip allergik reaksiyanın olduğunu qeyd etmək lazımdır. Bunlardan birincisi sırf qida allergiyasıdır ki, əsasən süd, yumurta, balıq və dəniz məhsulları, fıstıq, fındıq, badam, qoz, buğda - FDA ( U.S. Food and Drug Administration) tərəfindən əsas qida allergenləri adlandırılan qida məhsullarıdır. İkinci qrup reaksiyalar qida dözümsüzlüyü reaksilalarıdır ki, hər hansı bir qida məhsulu və ən çox da tərkibində konservant və qatqı maddələri olan qida məhsulları səbəbindən yarana bilər.

- Allergiyaya meylli insanlara qidalanmada nə məsləhət görərdiniz?
- Allergiyaya meylliyi olan insanlara ümumiyyətlə tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida məhsullarından istifadə etmələrini tövsiyə edirəm. Hal hazırda mövsümi allergiyadan əziyyət çəkən insanlara evdən çıxarkən günəş eynəklərindən istifadələrini, evə gəldikdə üzlərinin, bədənin açıq hissələrinin dərhal yuyulmasını, xüsusən küləkli havada mümkün olduğu qədər ev şəraitində qalmaqlarını tövsiyə etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5820   Tarix: 14 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 842
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1073
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1121
.

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi il

05.05.2024 285
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 857
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 642
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1278
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 943
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 983