Kirayə evlərin qiyməti düşməyəcək

Kirayə evlərin qiyməti düşməyəcəkDaşınmaz əmlak bazarının böhranla üzləşdiyi, alqı-satqının azaldığı bir zamanda kirayə evlərin qiymətlərində artımlar müşahidə edilir. Orta təmirli, yaşamaq üçün nisbətən əlverişli olan evlərin kirayə haqqı 300 manatdan başlayır. Metro stansiyasına yaxın evlərin mənzil şəraiti isə ikinci plana keçir.

Ev sahibi ilə birlikdə yaşamaq daha ucuzdur

Hazırda ucuz kirayə haqqı ev sahibi ilə birlikdə təklif olunan mənzillərdir. "Belə evlərdə daha çox tələbələr qalır. Kirayənin bu növü üzrə qiymətlər 100 manatdan başlayır. Məsələn, mənzillər var ki, tələbə qızlara adambaşına 100 manatdan kirayə verilir. Təbii mənzildə onlarla birlikdə ev sahibi də yaşayır", - müraciət etdiyimiz alqı-satqı ofisinin əməkdaşı bildirdi.

Nisbətən ucuz kirayə mənzildə qalmaq müqavilənin müddətindən də asılıdır."Əgər evin kirayə haqqının ucuz başa gəlməsini istəyirsinizsə müqaviləni bir illik bağlayın. Bu halda kirayə haqqlarında kifayət qədər endirim olur".

İnvestisiya məqsədilə alınan mənzillər də kirayəyə təqdim edilir

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, yeni tikililərdə kirayə haqları daha yüksəkdir. 2 otaqlı mənzilin kirayəsi ən yaxşı halda 400 manatdan başlayır. Kommunal xərclər isə kirayə haqqına daxil edilmir.

Həmşöhbətimiz yeni tikililərin kirayəsi ilə bağlı maraqlı fakt açıqladı. Bildirdi ki, bir zamanlar investisiya məqsədilə alınan mənzillər də kirayəyə təklif olunur. Bununla belə bazarda təklifin tələbi üstələdiyini söyləmək olmaz.

"Qiymət düşməyəcək"

O ki qaldı zonalar üzrə qiymətlərə, ofis əməkdaşı Bakıxanov qəsəbəsi, "Həzi Aslanov", "Əhmədli" metrostansiyaları ərazisində evlərin daha ucuz olduğunu diqqətə çatdırdı: "Gənclik", "Nərimanov", "Nəsimi", "Azadlıq" metrostansiyaları ərazisinə kirayə haqları yüksəkdir. Qiymətlərin ucuzlaşması gözlənilmir. Düzdür, kirayə bumu avqustun sonu, oktyabrın əvvəlinə qədər davam edir. Bundan sonra qiymətlər bahalaşmır. Lakin ucuzlaşma da olmayacaq".

Kirayə mənzil bazarında artım var

"MBA Consulting Group" un ekspertlərin isə bildirir ki, tədris ilinin başlaması ilə əlaqədar kirayə bazarında aktivlik artıb. Onların sözlərinə görə, bazarda təklifin artmasına baxmayaraq, qiymətdə ümumi şəhər üzrə azalma baş verib. USD ilə ifadədə qiymət 634 USD/mənzil-dən -2.0% azalaraq 621 USD/mənzil təşkil edib. Bazarda əməliyyatların sayı isə 95-dən 33.7% artaraq 127 ədəd olub. Hər kv.m-ə görə isə kirayə haqqı -7.4% azalaraq 9.06 $/kv.m-dən 8.39 $/kv.m-ə düşüb.

Araşdırmalara əsasən aktivlik əmsalına görə ən cəlbеdici zona II zona olub. Bu zonanın ən vacib cəhəti mənzillərin əksəriyyətinin orta qiymətə olması və iş yerlərinin əksəriyyətinin bu zonada yerləşməsidir. Bu zonada olan kirayə mənzillər ümumi portfelin 66.4%-nə malikdir. Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. Otaqlar üzrə 2 və 3 otaqlı mənzillərin sayında artım qеydə alınıb. Təklif üzrə ən çoх artım 2 otaqlılarda qеydə alınıb. 1 və çoxotaqlı mənzillərin təklif üzrə payında isə nisbətən azalma müşahidə olunub".

Ucuz evlər 500 manatdan başlayır

Tələb portfelində ucuz evlərin payı aylıq kirayə haqqı 500 AZN-ə qədər 55.8% , orta qiyməti 500-1000 AZN manat aralığında olan evlərin payı isə (azalaraq )36.2% olub. Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı ümumi portfelin 8.0%-ni təşkil edib.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (621 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 70.0%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.11, orta sahə isə 68.86 kv.m təşkil еdib.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2925   Tarix: 09 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 672
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 254
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1289
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 150
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

20:15 103
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

17:27 329
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 468
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 144
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 34