Ukraynada Azərbaycan diaspor liderlərini ermənilər öldürübmüş

Ukraynada Azərbaycan diaspor liderlərini ermənilər öldürübmüşUkraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevi, bir müddət əvvəl itkin düşmüş, sonradan isə öldürüldüyü məlum olan digər diaspor fəalı Təbriz Ələkbərovun ermənilər tərəfindən qətlə yetirildiyi məlum olub.

Həmin şəxslər milis tərəfindən saxlanılıb. Saxlanılanlar digər azərbaycanlı iş adamı Vüqar Nuruşovun da işgəncə ilə öldürülməsində şübhəli bilinirlər.

V. Nuruşovun qardaşı, vilayət Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov bildirib ki, Xerson milisi tərəfindən saxlanılan ermənilər Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Sergey Razmikoviç, digəri isə Ukrayna vətəndaşı Montiyan Xaçik Stepanoviçdir.

V. Nuruşovun sözlərinə görə, Xerson milisindən hadisə ilə bağlı erməni millətindən olan daha bir neçə şəxsin axtarışının davam etidiyni bildiriblər:

"Milisdən dedilər ki, tutulan ermənilər İlham Tağıyevi sifarişlə öldürdüklərini etiraf etsələr də, sifarişçinin adını hələlik istintaqa açıqlamayıblar. Qardaşımı öldürdüklərini isə boyunlarına alıblar. Guya qətl mübahisə zəminində baş verib. Amma yalan deyirlər, izi azdırmaq istəyirlər. Çünki Xersonda hamıya məlumdur ki, qardaşımla istefada olan general, erməni iş adamı Luqasyan arasında etnik zəmində ədavət olub və həmin şəxs qardaşımı hədələyib. Tutulan bu ermənilər də həmin erməni iş adamına bağlıdırlar. Bu bağlılığı istintaq zamanı özləri də gizlətməyiblər".

İ. Nuruşov onu da əlavə edib ki, tutulan ermənilərin Ukraynada erməni diasporunun fəallarından olduqları bildirilir.

Qeyd edək ki, bu ilin avqust 17-də Xerson vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək öldürülüb, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb.

Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu isə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda yoxa çıxmışdı. Az sonra onun da meyiti tapılıb.

apa\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1182   Tarix: 08 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 229
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 316
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 157
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 355
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 205
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 276
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 256
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 207
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 178