İŞİD son anda nüvə bombasından məhrum edildi

İŞİD son anda nüvə bombasından məhrum edildiMoldovada "çirkli bomba" üçün xammal olan nüvə materiallarının "qara bazar"da İŞİD-ə satışının qarşısı alınıb.

"Associated Press" agentliyinə istinadən xəbər verir ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşlarına ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yardım edib.

Nüvə materiallarının "qara bazar"da İŞİD-ə satışının qarşısı son beş ildə ümumilikdə 4 dəfə alınıb. Radioaktiv xammalın Rusiyadan daşındığı təxmin edilir.

"Bu cür hadisələrin davamını gözləyə bilərik. Qaçaqmalçılar bunu etməkdə davam edəcəklər", - moldovalı müstəntiq Konstantin Malik agentliyə bildirib.

Son əməliyyat 2015-ci ilin fevralında keçirilib. Qeyd edək ki, "çirkli bomba" partlayış dalğasının köməyi ilə əhəmiyyətli məsafələrə radioaktiv maddələri tozlandıran kütləvi qırğın silahıdır.

Xatırladaq ki, iyun ayında Avstraliya kəşfiyyatı İŞİD-in "çirkli bomba" yaratmaq planları barədə məlumat verib. Avstraliyanın xarici işlər naziri Culya Bişop İŞİD terror təşkilatının "çirkli bomba" yaratmaq üçün kifayət qədər radioaktiv maddə ələ keçirdiyini bildirib. Avstraliya Kəşfiyyat İdarəsinin məlumatına görə, İŞİD-in bioloji və ya radioaktiv silah yaratmaq şansı kifayət qədər çoxdur.

İŞİD döyüşçüləri arasında 10 gün keçirən almaniyalı jurnalist Jürgen Todenhöfer də analoji iddia ilə çıxış edib. Onun sözlərinə görə, İŞİD Qərbə qarşı nüvə hücumu planlaşdırır və bunun üçün potensialı var.

İŞİD-in kütləvi qırğın silahlarına sahib olması barədə iddialar hələ ötən ilin yayında irəli sürülüb. Məlumata görə, terror qruplaşması ötən ilin iyununda İraqın şimalındakı universitetlərin birində elmi araşdırmalar üçün istifadə edilən nüvə materiallarını ələ keçirib. İraq hakimiyyəti də bununla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi məktub yazıb.

İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim qurumun baş katibi Pan Gi Muna Mosul universitetində təxminən 40 kiloqram uran birləşməsinin saxlanıldığını bildirib. "Terror qruplaşmaları hakimiyyətin nəzarətindən çıxan obyektlərdə nüvə materiallarını ələ keçirib. Bu, kütləvi qırğın silahının istehsalında istifadə edilə bilər",– məktubda deyilirdi.

Məktubda Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu ifadə edilib.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 07 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 472
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 561
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 528
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

11:44 77
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 243
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

18:30 0
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 319
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 363
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 587