Ürək xəstəliyi

Ürək xəstəliyiÜrək xəstəliyi dövrün ən geniş yayılmış bəlalarından biridir. Bu xəstəlik xüsusilə gənclər arasında tez-tez rast gəlinir. Tədqiqatlar göstərir ki, gənc qadınların yarıdan çoxunda ürək xəstəliklərinin ilkin göstəricilərindən olan aterosklerotik toxuma zədələnməsi var. Amma ürək xəstəliklərinin qarşısını almaq o qədər də çətin dəyil.

Bayırda nəfəs alın.
Kiçik çirkli hissəciklər ürəyinizi riskə ataraq arteriyaları sıxlaşdıra bilər. Havanın daha təmiz olduğu vaxtlar – sübh tezdən və ya axşam vaxtı məşqlər ürək üçün çox faydalıdır.

Qida
Çoxlu tərəvəz və balıq yeyin. Brokkoli və ispanaq kimi ərzaqlarda olan foliy turşusu yüksək qan təzyiqi riskini azalda bilər. Qızılbalıq və tunesdə (ton balığında) olan omeqa 3 yağlı turşusu tac damarları qoruyur.

Diş sapları.
Son tədqiqatlar göstərir ki, dişəti iltihabı olan insanlar sağlam dişətinə sahib insanlara nisbətən daha çox arteriyaların qalınlaşması təhlükəsi ilə üz-üzədirlər. Bununla belə, həkimlərin hansı prosesin daha öncə başladığı barədə bir fikri yoxdur, onların bir tək məsləhəti var: hər gün diş saplarından istifadə edin.

Az bilinən fakt:
Cinsi yolla keçən xəstəliklər (zöhrəvi xəstəliklər) ürəyinizə mənfi təsir göstərə bilər. Məsələn, herpes xolesterini artıraraq təhlükəli qan laxtalanmalarının əmələ gəlməsinə və arteriya divarlarında kimyəvi dəyişikliklərə səbəb ola bilər. Ona görə daimi partnyorunuz olana qədər prezervativdən istifadə etməyiniz mütləqdir.

Əlavə yeməkdən qaçın.
Əgər çəkiniz normadan çoxdursa, ürək xəstəliyinə tutulma riskiniz ikiqat artır. Amma bir il ərzində həftənin heç olmasa, bir günü restorana və ya kafeyə getməsəniz, min kaloriya qənaət edib 500 qram arıqlaya bilərsiniz.

Fasiləsiz məşq edin.
Hər gün 1,5 km gəzin… Bu təxminən 15 dəqiqə vaxtınızı alacaq, ürəktutma riskini isə yarıya endirəcək. Həftədə üç saata yaxın gündəlik piyada gəzən qadınlar ürəktutma riskini 30-40 faiz, 5 saatdan artıq gəzənlər isə 50 faizədək azaldırlar.

Gülün.
Mark Uotersin «Köhnə sevgililərimin ruhları» filminə baxın və ya sizə maksimum gülüş gətirə biləcək bir məşğuliyyət tapın. Mütəxəssislərin dediyinə görə, gülüş ürəkdə qanın hərəkətini gücləndirə bilər. Gülüşün köməyilə qan damarları genişlənir və qan daha yaxşı dövr edir. 10 dəqiqə gülmək qan təzyiqini aşağı salır və xolesterinin əmələgəlmə riskini azaldır. Gülmək ürək tutması keçirən insanlara da kömək edir, həkimlər belə hesab edirlər ki, yaxşı əhval-ruhiyyə ikinci ürək tutması ehtimalını azaldır.

İnanmayın.
Heç zaman "bu, kişi xəstəliyidir" yalanına inanmayın. Kolumbiyanın Yeni York-Presbayterian xəstəxanasının profilaktik kardioloqu Lori Moska deyir: "Qadınlar və bəzi həkimlər hələ də ürək xəstəliklərinin kişi problemi olduğunu düşünürlər". Ancaq gənc qadınların ürək tutmasından ölmə riski gənc kişilərə nisbətən iki dəfə böyükdür. Niyə? Ola bilər ki, qadınlar xəstəliyin əlamətlərini tanıya bilməsinlər və dərhal müdaxilə etməsinlər. Unutmayın ki, kişilərdə klassik sinə ağrıları daha çox müşahidə edilirsə, qadınlarda bu özünü başqa formada – ürək tutmasından bir ay qabaq bel ağrıları, sinədə yanğılar, ürəkbulanması və yorğunluq kimi göstərə bilər.

Xolesterinin miqdarını artırın.
Əgər çəkiniz il ərzində 500 qramadək tərəddüd etməyə meyillidirsə, ildən-ilə ürəyiniz əziyyət çəkə bilər. Tədqiqatçılar əmindirlər ki, lipidlərin yüksək sıxlığı zamanı (qanın tərkibinin dəyişməsi) xolesterinin miqdarı aşağı düşür. Bunun qarşısını almaq üçün yemək çubuqlarını sınaqdan keçirin.

İçməyin.
Hər gün dietik olmayan bir içki belə ikinci tip diabetə tutulma riskini 80%-dək artırır. Onun yerinə su için. Hər gün 5 və daha artıq stəkan su qanı qatılaşmadan qoruyur və ürəktutma riskini yarıyadək azaldır.

Çəki
Kiloqramlara diqqət edin. Heç bir qida ürəyiniz üçün yetərli deyil. Dietoloqlar məsləhət görürlər ki, əvvəlcə boşqabınızı tərəvəz, sonra isə zülal və karbonatla doldurun.

Qırmızı geyinin.
Fevralın 3-ü dünyada Qırmızı Geyinmə Günü kimi qeyd olunur. Qırmızı papaq, şərf və ya sviter geyinməklə siz də bu günə qoşula və demək olar ki, dəqiqədə bir qadının ölümünə səbəb olan bu xəstəlik haqqında məlumat yaymağa kömək edə bilərsiniz.

Lipidləri sıxlaşdırın.
Həkimlər düşünürdülər ki, ürək sağlamlığını geriyə qaytarmaq mümkün deyil, ancaq indi deyirlər ki, sağlamlığın keçmiş günahlarını silmək olar. Məsələn, tədqiqatçılar hesab edirlər ki, qanda lipidlərin yüksək sıxlığı zamanı xolesterol hər hansı zərərli aşağı sıxlıqlı lipidi təmizləyə bilər. Yüksək sıxlıqlı lipidi inkişaf etdirməyin ən yaxşı yolu idman etməkdir.

Mikrobları öldürün.
Tədqiqatçılar belə düşünürlər ki, bronxit və pnevmoniyaya səbəb olan havadakı bəzi bakteriyalar da toxuma zədələnmələrinə gətirib çıxara bilər. Ən yaxşı müdafiə: Tez-tez əllərinizi yuyun.

Naləac qalmayın.
Gün ərzində 500 mq-dan artıq ağrıkəsici qəbul etmək yüksək qan təzyiqi riskini ikiqat artırır. Əgər xroniki ağrılardan əziyyət çəkirsinizsə, həkimə müraciət edin.

Omba və belinizi ölçün.
Daha sonra belinizin ölçüsünü ombanızın ölçüsünə bölün. Əgər nəticə 0,8-dən artıqdırsa, piylənmə sizin ürəyinizi riskə ata bilər.

Özünüzü depressiyadan qoruyun.
Depressiyaya düşmüş qadının ürəktutma keçirməsi ehtimalı 4 dəfə çoxdur. Niyə? Sakitləşdirici dərmanlar iltihaba və qanın laxtalanmasına səbəb ola bilər.

Pis vərdişlərdən imtina edin.
Ağ çörək və ağ düyü kimi təmizlənmiş (rafinə edilmiş) məhsullardan həddən artıq istifadə ikinci tip diabetə tutulma riskini ikiqat artırır, bu da öz növbəsində ürək tutmasının başvermə riskini ikiqat artırır.

Rahatlaşın!
Gərginlik qan damarlarının elastikliyini itirərək qan axınını məhdudlaşdırır və ürək xəstəliyinə tutulma riskini artırır. Özünüzü dəli kimi hiss etməmək üçün qan damarlarını genişləndirən meditasiyanı sınayın.

Siqaret çəkməyin.
Təhlükəsiz «sosial siqaret çəkmə» anlayışı yoxdur. Gün ərzində siqaretin dörddəbirini çəkmək belə ürək xəstəliyindən ölmə riskini üçqat artırır.

Şirə için.
Fransız alimlərin araşdırmalarına görə, üzüm şirəsinin ürəyə böyük xeyri var. Üzüm şirəsinin bəzi növlərində ürək-damar xəstəliklərinin əsas səbəblərindən olan zülalın istehsalını məhdudlaşdıran çoxlu miqdarda polifenol var. Polifenolun miqdarı istifadə olunmuş üzümün sortundan asılıdır.

Tez-tez həkiminizə sual verin.
Qan təzyiqinizi, qanınızda xolesterinin və şəkərin miqdarını öyrənin. Bu məlumatlar sizə ürəyinizin indi və 5, 10 hətta 30 il sonra nə qədər sağlam olacağını deyə bilər.

Unudun qəmi, kədəri.
Ürək-damar xəstəliklərindən uzaq olmaq üçün psixo-emosional gərginliyi aradan götürmək və bir qədər nikbin olmaq lazımdır. Həyatın çətinliklərini yüksək yumor hissi ilə qəbul edin, problemlərə bir qədər fəlsəfi yanaşın.

Ürəyinizi verin.
Kardioloqlar bir fikirdə ümumi razılığa gəlirlər: "Sevdiyiniz biri barədə düşünəndə belə stress hormonlarının zəhərlənmə dərəcəsi azalır və ürək fəaliyyətiniz yaxşılaşır". Odur ki sağlam olmaq üçün sevin.

Vay halımıza.
İnsan xörək düzündan nə qədər çox istifadə edərsə, infarktdan ölmə riski bir o qədər artar. Mütəxəssislərin araşdırmalarına görə, gün ərzində duzdan istifadəni 5 qramadək azaltma infarkt riskini 23%, ürək-damar xəstəliklərinin yaranma ehtimalını isə 17%-dək azaldır.

Yardım edin.
Kiçik xeyriyyə işləri ürək xəstəliklərinin əsas səbəblərindən olan narahatlıq və depressiyanı azaltmaqda kömək edə bilər. Kornella Universitetinin (Nyu-York) 30 illik təcrübəsi göstərir ki, könüllü işləyən qadında ürək çatışmazlığı digər işçilərə nisbətən daha zəif idi. Nəticə: Başqalarına yardım sizin ürəyinizə xeyirdir.

Yuxu
Yuxuya qənaət ürək xəstəlikləri riskini ikiqat artıra bilər. Sağlamlığınızı qorumaq üçün gününüzün yeddi-səkkiz saatını yatmağa ayırın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 8369   Tarix: 21 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318