"Azdrama"nın aktyorları prezidentə şikayət etdi - FOTO

"Azdrama"nın aktyorları prezidentə şikayət etdi - FOTO"Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz"

Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru prezident İlham Əliyeva müraciət ünvanlayıb. BiG.AZ xəbər verir ki, teatrdan Lent.az-a verilən məlumata görə, müraciət müəllifləri Akademik Milli Dram Teatrında yaranan vəziyyətlə əlaqədar ölkə başçısından kömək istəyiblər:

"Sizin etimadınızı doğrultmaq üçün var-gücüylə çalışan kollektivimizin bütün problemləri 2010 - cu ildən, Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun direktor təyin olunmasından sonra yaranıb. Onun kollektivlə ilk görüşü yaradıcı heyəti aşağılamaqla və bu vaxta qədər görülən işlərin heç nəyə yaramadığını, səviyyəsiz və mənasız işlər olduğunu söyləməklə başlayıb.

Yeni təyin olunmuş direktorun kollektivimizin ünvanına söylədiyi bu haqsız fikirlərinə və aşağılayıcı münasibətinə baxmayaraq, biz işlərimizə davam etdik. Günlər, aylar, illər keçdikcə biz Böyük Sənət Ocağının necə çökməsini, kollektivin necə ümidsizliyə qapılmasını görsək də, dözür, susur və nəhayət bu dağıdıcı prosesə bir son veriləcəyini gözlədik. Amma yaxşılığa doğru heç nə dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə davam etdi və etməkdədir".

Müraciətdə qeyd edilib ki, daim zəngin repertuarı, uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə fəxr edilən, respublikamızda fəaliyyət göstərən digər teatrlara örnək olan, heç vaxt tamaşaçı problemi olmayan, bütün göstəricilər üzrə öndə olan, hətta bəzi tamaşalarına bilet tapılmayan teatr indi problemlər burulğanındadır:

"Demək olar ki, bütün uğur qazanan, tamaşaçı gətirən tamaşalar repertuardan çıxarıldı, Akademik Teatrın aktyor heyətinin tamaşalarda iştirakı minimuma endirildi, teatrın bütün rejissorları işdən çıxarıldı, kənardan dəvət olunan aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın bütün repertuarını zəbt etdilər. Nəticədə, tamaşaçı sayı, maliyyə göstəriciləri, uğurlu tamaşaları ilə fəxr edən Akademik Milli Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet satışı minimumun altına düşdü, teatr özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu. "Parçala, hökm sür" siyasətini ustalıqla həyata keçirən İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə qoydu. Zərərli daxili konfliktlər yarandı. Dünənki dostlar bir-birinin düşməninə çevrildi. Yaradıcılığa sərf olunacaq vaxt və enerji mənasız, daxili sözlü savaşlardan əsl fiziki güc tələb edən savaşlara keçdi.

Beləliklə, Azərbaycan Xalqının 143 illik tarixi olan sənət ocağı — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, bir nəfərin hikkəsi və iradəsi ilə bütün mənalarda dağıdılır və məhv edilir.

Dövlətin səlahiyyətli orqanları tərəfindən hər hansı bir vəzifəyə təyin edilmiş şəxs rəhbəri olduğu kollektivə dəyər verməli, hörmət etməlidir. Tam məsuliyyətlə deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək bir-birinə düşmən edib və daha böyük fəsadların baş verməməsi naminə bu prosesin dayandırılması lazımdır. Biz inanırıq və əminik ki, bu prosesi Siz, cənab Prezident, yalnız Siz dayandıra bilərsiniz.

Hörmətli cənab Prezident, biz aşağıda imza edənlər, Sizdən çox xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz. Siz kollektivimizin ən çətin zamanlarında, həmişə bizə dayaq olmusunuz, bütün problemlərimizi həll etmisiniz, əminik ki, həmişə olduğu kimi, bu dəfə də bizə dayaq olacaqsınız.

143 illik tarixi olan Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz".

"Azdrama"nın aktyorları prezidentə şikayət etdi - FOTO"Azdrama"nın aktyorları prezidentə şikayət etdi - FOTO"Azdrama"nın aktyorları prezidentə şikayət etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1694   Tarix: 31 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 468
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 3057
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 263
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 394
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 365
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 222
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 367
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 325
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 573