"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO

"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTOHər dəfə sadə geyimlərdə görünən, "Bakı-2015" İlk Avropa Oyunlarda ilk medalı qazanan xanım idmançı bu dəfə qlamur imici ilə hamını təəccübləndirəcək.

BiG.AZ xəbər verir ki, Axşam.az-a açıqlama verən İlahə Qasımova karate idman növü ilə məşğul olmasından, "Bakı-2015"dəki qalibiyyətindən danışıb:

"9 yaşımdan həvəskar kimi karateyə başlamışam. Daha sonra nailiyyətlər qazanırdım. 15 ildir, idmandayam. İdman zalı evimizin yaxınlığında idi, gedib məşqlərə baxırdım. Müəllimin təklifi ilə dərslərə qatıldım. İllər ötdü, "Bakı 2015"-in keçiriləcəyini eşitdik və çox sevindik. Nəhayət, mən də gücümü göstərə biləcəkdim. Mənimlə bərabər bir çox idmançımız sözünü dedi. 22 yaşım var, Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Bu yaşımda belə böyük uğur qazandığım üçün özümlə qürurlanıram. Küçədə gedərkən insanlar məni tanıyır, yaxınlaşıb şəkil çəkdirirlər".
İ.Qasımova gözəllik və baxımdan da söz açıb:

"Bütün günü məşqdə oluram. Özümə o qədər də çox vaxt ayıra bilmirəm. İndi yaydır, istirahətdəyəm. Bir az özümə vaxt ayıra bilirəm. Ən çox saçlarıma qulluq edirəm. Qadına gözəllik verən elə saçlarıdır. Bir də dırnaqlarıma qulluq edirəm. Bizdə uzun dırnaqla yarışa çıxmağa icazə verilmir. Rəqibinin gözünü çıxara, özünə xələl yetirə bilərsən. Ona görə də, dırnaq uzatmırıq. Yarış olmayanda dırnaq qaynağı etdirirəm. Məni hər imicdə görmək olar. İnsanlar elə düşünməsinlər ki, biz yalnız idman geyimlərində gəzirik. Toya, ziyafətə gedəndə mən də zərif libasdan istifadə edirəm".

Artıq çəkiləri olmayan karateçi "Pəhriz saxlamıram. Əksinə, çox yeyirəm. Məşqdə oğlanlar deyir ki, bizim qədər yeyirsən. Bütün günü məşqdə enerji itirirəm. Onu qaytarmaq üçün vitaminli qidalar qəbul etməliyəm. Xanımlara məsləhət görərdim ki, pəhrizdən çox, idmana üstünlük versinlər", - deyə, əlavə edib.
İ.Qasımova şəxsi həyatından da söz açıb:

"Şəxsi həyat idmanla uyğun gəlmir. Mənim bütün günüm idman zalında keçir. Kiməsə vaxt ayıra, görüşə, danışa bilmərəm. Ailə qurmaq haqda hələ düşünmürəm. Qarşıda idmanla bağlı planlarım var. 2017-ci ildə Azərbaycanda İslam Olimpiadası keçiriləcək. Ora qatılıb, bu dəfə qızıl medal qazanmağa iddialıyam. "Bakı 2015"dəki uğurum məni daha da həvəsləndirəcək".

Valideynlərinin ona qadağalar qoymadığını bildirən İlahə "22 yaşım var, öz qərarlarımı verə bilirəm. Nəsə etmək istəyəndə anamla məsləhətləşirəm. Mənə qadağa qoymurlar. Bircə onu deyirlər ki, gecə yarısına qədər küçədə gəzmək olmaz. Evə tez gəlmək lzımdır" deyib.

"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO"Bakı 2015"in ilk qalibini hələ belə görmədiniz - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 14130   Tarix: 04 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 302
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 326
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 607
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 348
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 231
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 290
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 969
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 455
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 265