GMO ilə bağlı yeni qərar verildi

GMO ilə bağlı yeni qərar verildiStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) genetik modifikasiya olunmuş (GMO) bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar qanunvericiliyin və standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarəti gücləndirib.

SMPDK-dən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

Yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadəsinin qadağan edilməsi ilə bağlı tələblər əks olunacaq. Hazırda yeyinti məhsullarının istehsalı zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama üzrə tələbləri müəyyən edən standartlar hazırlanır və mövcüd sənədlərə dəyişikliklər edilir.

Həmçinin MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın qəbul etdiyi, Azərbaycan Respublikasında standartlaşdırma üzrə normativ sənəd kimi qüvvədə olan, lakin qanunvericiliyə zidd olan dövlətlərarası standartların hüquqi qüvvəsinin ləğv edilməsi məqsədilə Komitədə işlər görülməkdədir.

Əmrə əsasən Komitə yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları və sınaq laboratoriyaları üzərində nəzarət tədbirlərini gücləndirib. Belə ki, bundan sonra yeyinti məhsullarını sertifikatlaşdıran orqanlar məhsulların tərkibində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının olmadığını sübut edən sınaq nəticələri əsasında sertifikatlaşdırma işlərini apara bilər. Əks təqdirdə qanunvericiliyin tələblərini pozmaqla uyğunluq sertifikatı verən qurumların akkreditasiya attestatı ləğv ediləcək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görüləcək.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə yeyinti məhsulları ilə əlaqədar yoxlamaların aparılması zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar qanunvericiliyin və standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmək və pozuntularla əlaqədar cinayət əlamətləri aşkar edildiyi halda toplanmış materialların hüquq mühafizə orqanlarına göndərilməsi tapşırılıb.
Məlumat üçün bildirək ki, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1967   Tarix: 30 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 264
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 264
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 371
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 0
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 222
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 266
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1714
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 229
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 12