Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]

Superliqada 2010-2011-ci il mövsümünün qalibi son turda müəyyənləşib.
BiG.AZ-ın məlumatına görə, 34-cü turadək eyni xala malik "Fənərbaxça" ilə "Trabzonspor" mübarizə aparıblar.

Həlledici qarşılaşmalarda da hər iki komanda qələbə qazanıb. Lakin daha üstün göstəricilərə malik "Fənərbaxça" 3 ildən sonra çempionluğa nail olub. Bu, "sarı-lacivərdlilər"in son 10 ildə 5-ci, ümumilikdə isə 18-ci çempionluğudur. Beləliklə, "Fənər" çempionluq sayında "Qalatasaray"ı geridə qoyub. Aykut Kocamanın komandası birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Trabzonspor" isə gümüş medalla kifayətlənib. Çempionatın bombardiri adına da "Fənər"li futbolçu Aleks de Souza layiq görülüb. 28 qol vuran Aleks Superliqada ikinci dəfə ən məhsuldar hücumçu olub.

Ötən gün isə daha 4 görüş keçirilib. 2009-2010-cu il mövsümünün qalibi "Bursaspor" "Gənclərbirliyi" üzərində minimal hesablı qələbə sayəsində bürünc medala sahib olub. Sonrakı iki yeri "Qaziantepspor"la "Beşiktaş" tutub. Onların öz aralarındakı görüşdə hesab açılmayıb. Bununla da "Bursaspor", Qaziantepspor" və Türkiyə Kubokunun sahibi kimi "Beşiktaş" Avropa Liqasına vəsiqə qazanıb.

34-cü tura mayın 20-də 2 oyunla start verilib. Mövsümü son dərəcə uğursuz keçirmiş "Qalatasaray" klubu autsayder "Konyaspor"u qəbul edib. "Cim-Bom" cəzası üzündən "Türk Telekom Arena"dakı oyunu azarkeşsiz keçirib. Bununla belə, meydan sahibləri qələbəyə nail olublar. Oyunun əvvəllərində Kazım Kazım-Riçard və Xuan Emmanuel Kulionun vurduğu qollar yekun nəticəni müəyyənləşdirib - 2:0. Beləliklə, "Qalatasaray" 46 xalla 7-ci pilləyə yüksəlib. Lakin turnir cədvəlində sonrakı komandalar oyunlarını qarşıdakı günlərdə keçirəcəklərindən, "sarı-qırmızılar"ın mövqeyində dəyişiklik baş verə bilər.

Günün digər qarşılaşmasında "İstanbul BB" "Manisaspor"un müqavimətini qıra bilməyib. Oyun qolsuz başa çatıb.

Türkiyə çempionatı, 34-cü tur

20 may
22:00. "Qalatasaray" - "Konyaspor" - 2:0
Qollar: Kazım Kazım-Riçard, 11. Xuan Emmanuel Kulio, 15

22:00. "İstanbul BB" - "Manisaspor" - 0:0

21 may
18:00. "Ankaragücü" - "Antalyaspor" - 2:3
Qollar: Yan Raynox, 47. Roman Bednar, 56 - Tita, 3. Necati Atəş, 14; 44-pen.
Qırmızı vərəqə: Stanislav Şestak, 87 ("Ankaragücü")

18:00. "Bucaspor" - "Kayserispor" - 3:3
Qollar: Viktor Mendi, 15. Abdul Özgen, 50. Mehmet İncəbacak, 58 - Mehmet Ərən Boyraz, 8. Conatan Santana, 12. Andre Fransisko Morits, 80

22:00. "Qaziantepspor" - "Beşiktaş" - 0:0
Qırmızı vərəqə: Əkrəm Dağ, 90 ("Beşiktaş")

22:00. "Bursaspor" - "Gənclərbirliyi" - 1:0
Qol: Volkan Şən, 32

22 may
17:00. "Eskişehirspor" - "Kasımpaşa" - 4:0
Qollar: Sərdar Özbayraktar, 5; 80; 85. Angelo de Oliveyra Dieqo, 60

22:00. "Karabükspor" - "Trabzonspor" - 0:4
Qollar: Egemen Korkmaz, 18. Jaja, 57. Umut Bulut, 60; 73

22:00. "Sivasspor" - "Fənərbaxça" - 2:4
Qollar: Yakub Navratil, 20. Ərman Kılıç, 65; 90 - Andre Santos, 6. Səlçuk Şahin, 41. Aleks, 51. Yozef Yobo, 67

Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]Fənərbağça Türkiyə çempionu oldu ! [Foto+Video]


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4753   Tarix: 23 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542