"Bakı-2015"-də dopinq skandalı - FOTO

"Bakı-2015"-də dopinq skandalı - FOTOBoksçu Reksildo Zenelinin (ALB) oyundan kənarlaşdırılması barədə Avropa Olimpiya Komitələri bəyanat yayıb.

Bakı 2015 Avropa Oyunları çərçivəsində tətbiq olunan AOK-un Anti-dopinq qaydalarını pozduğuna görə alban idmançı Reksildo Zeneli yarışdan kənarlaşdırılıb.

Alban boksçu Zeneli Avropa Oyunlarında yarışlara qatılmaq üçün iyunun 13-ü verdiyi sidik nümunəsi Avstriyanın Zaybersdorf şəhərinə aparılaraq yoxlanılıb. Yoxlanma nəticəsində onun sidiyində "furosemide" tapılıb. Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında tətbiq olunan AOK-un anti-dopinq qaydalarına əsasən furosemide istifadəsi qadağan olunan maddələrin siyahısında S5 adı altında yer alır.

Buna görə də Zenelinin Anti-dopinq qaydalarını pozduğu aşkar edilib və AOK İcraiyyə Komitəsi tərəfindən , AOK-nin hüquqi, yaş məhdudiyyəti və dopinq məsələləri üzrə komitələrinin rəyi əsasında onun Avropa Oyunlarında iştirakına qadağa qoyulub. Zeneli Avropa Oyunlarında iştirak etməyəcək. Gələcəkdə isə onun anti-dopinq proseduru ilə müvafiq beynəlxalq təşkilatlar məşğul olacaq.

Bakı 2015 Avropa Oyunları Anti-dopinq proqramı hərtərəfli və güclü anti-dopinq proseduru olmaqla burada iştirak edəcək bütün idmançılara qarşı tətbiq olunur. Dünya Anti-dopinq Agentliyi tərəfindən qadağan olunan maddələr idmançılarda aşkar olunduğu təqdirdə həmin idmançılara Avropa Oyunlarında tətbiq olunan AOK-un Anti-dopinq qaydaları çərçivəsində sanksiyalar tətbiq olunacaq.

"Bakı-2015"-də dopinq skandalı - FOTO"Bakı-2015"-də dopinq skandalı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5424   Tarix: 19 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 622
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 458
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 243
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 360
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 567
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 347
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 465
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 360
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 982