Elmdə inqilab oldu: Cavan qala bilərik

Elmdə inqilab oldu: Cavan qala bilərik"Hirslənmə, əsəb hüceyrələri bərpa olunmur". Bu sözləri hamımız eşidirik. Amma sən demə, bu günədək aksiom saydığımız ifadə yanlış imiş.

insan beynində ildə 100 min neyronun ölməsi barədə indiyədək "daşlaşmış" sayılan təsəvvürlər doğru deyil. Həmin təsəvvürlərə görə, hüşsuzluq və sklerozun da başlıca səbəbi əsəb hüceyrələrinin bərpa olunmamasıdır.

ABŞ Neyroloqlar Assosiasiyasının son hesabatında bildirilir ki, amerikalı alimlər müasir texnologiyalar vasitəsilə insan beynindəki əsəb hüceyrələrini sayıblar. Məlum olub ki, neyronlar ölmür və onların bərpa olunmaması barədə deyilənlər doğru deyil.

İş ondadır ki, insan beynindəki bəzi əsəb hüceyrələri işsizlik olanda "yuxu"ya gedir. Lakin yuxulu hüceyrələr bu zaman topladıqları bilik və təcrübəni qoruyurlar. Həmin yuxulu hüceyrələr nə qədər çox yatırsa, sonradan onları oyatmaq o qədər çətindir.

Hələ 1970-ci ildə, ABŞ-da mərkəzi əsəb sisteminin regenerasiyası məsələlərinə həsr edilmiş I konqresdə alimlər ehtimal etmişdilər ki, əsəb hüceyrələrinin regenerasiyası mümkündür. Hətta həmin bərpa alimlərin düşündüyü miqyasdan da geniş ola bilər.

Merilend Universitetində aparılmış son tədqiqatların nəticələri də buna dəlalət edir.

Alimlər bildirirlər ki, kəllə və onurğa beyinlərindəki neyronlar zədələnəndən sonra onların regenerasiyası zədə yerində yaranmış xüsusi qatı hüceyrə toplusu vasitəsilə baş verir.

Onurğa beyninin zədələnmiş yerlərinə periferiya əsəb hüceyrələrinin bir qismi transplantasiya ediləndə, sonra isə sinir toxumasının bir qismi beyinə köçürüləndə ümidverici nəticələr əldə olunub.

Bu yaxınlarda məlum olub ki, quşlar, habelə məməlilərin beyinlərindəki hüceyrələr bölünmə xüsusiyyətlərinə malikdir.

Amma bu da son deyil

1998-ci ildən bəri amerikalı və alman alimlərin apardıqları tədqiqatlar uğurla başa çatıb.

Onlar bəyan edirlər ki, insanın həyatı boyu onun beyni yenilənmə və özünübərpa potensialına malik olur.

Beyində bir çox funksiyaları, o cümlədən yaddaşı idarə edən hippokampda insan sağ olduqca fasiləsiz və aktiv şəkildə bölünən hüceyrələr aşkarlanıb.

Bü bölünmə yaşdan asılı deyil.

Nyu-Yorkdakı Rokfeller Universitetinin laboratoriya rəhbəri və professoru Fernando Nottebom hesab edir ki, beynimizdəki bütün hüceyrələr, yəni neyronlar insanın dünyaya gəlişinədək formalaşır. Nadir hallarda isə neyronlar insanın 1-3 yaşlarında tam və bitkin şəkildə formatını tapır, proses də bununla başa çatır.

Alimlərin də total əksəriyyəti indiyədək hesab edirdilər ki, beyindəki bölmələrdə hissələr ya sinapslar, ya da mövcud hüceyrələr arasındakı əlaqələr vasitəsilə dəyişir.

İnsan beynində formalaşan və anatomiya baxımından "yol"larla "cığır"ları təşkil edən hüceyrələrin tam yığımı beynin "dəmir karkas"üını təşkil edir. Təbiətin yaratdığı əsəb hüceyrələri, yəni neyronlar arasındakı dəyişikliklərə məruz sinapslar isə belə halda "proqram təminatı" sayıla bilər.

Əslində, yeni neyronların insan orqanizmində həyatın ilk dövründən sonra da yarana bilmələri, hətta insanın ahıl yaşlarında formalaşmaq və "doğulmaq" xassələrinə malik olmaları hələ 1960-cı illərdə güman edilmişdi. Həmin ehtimallar 1980-ci ildə, bülbüllərlə tutuquşular üzərində aparılmış təcrübələrin nəticələri cəmlənəndən sonra təsdiqləndi. İnsan səsi, zümzümə və fiti təkralaya bilən quşların beyinlərindəki neyronların fasiləsiz bölünərək inkişaf etməsi, hətta yaşayıb çoxalmaları sübut olundu.

Bəs yaxşı, neyronun müəyyən vaxtda doğulub, inkişaf etməsini necə sübut etmək olar?

İnsan orqanizmində bütün hüceyrələrdə olduğu kimi, neyronlarda da onun normal yaşamı üçün gərəkli olan proteinlərin ifraz edilməsinə "məsuliyyət" daşıyan DNT var. Bütün hüceyrələrdə DNT eyni xassəlidir və yalnız DNT vasitəsilə kodlaşdırılmış hüceyrə tipində fərqlər olur.

Bədənimizdə dəri, mədə və ya beyin hüceyrələri arasındakı fərqlər də məhz bununla bağlıdır.

Hüceyrələr parçalanma astanasında olanda, yəni toxumalar inkişaf edəndə "ana" hüceyrədəki DNT ikiləşir, yeni DNT sintez olunur.

Beyin hüceyrələrinin də məhv olmadığı, onların bölünməsi məhz bu proses əsnasında sübut olunub. Belə ki, sınaqlar zamanı hüceyrələrdən birinə yeni DNT-nin inşaat bloku qoyulub, sonra da həmin bloka kiçik radioaktiv nişan vurulub. Beynin skanlaşması aparılıb və radiokativ nişanlı hüceyrənin sonradan iki yeni hüceyrəyə parçalanaraq artımı qeydə alınıb.

Yaddaşın ikiləşməsi xatirələr burulğanı yaradır

İndi bir anlıq diqqətinizi yazıdan ayırın və xatırlamağa çalışın: olubmu ki, harasa yollanasınız, orada həmin vaxta qədər heç vaxt olmayasınız, amma xatirələriniz sizə deyir ki, xeyir, bu yerləri nə zamansa görübsünüz?!

Sualın cavabı bəllidir: hər kəs belə halla qarşılaşıb, yaşayıb və nəticəsini də anlamağa çalışıb.
Belə sindroma «deja vyu» deyilir və insanların istisnasız olaraq hamısı onunla qarşılaşır.

Psixoloqların dediklərinə görə, deja vyu insanın nə zamansa hansısa situasiyada olması ilə bağlı hisslər burulğanında «çırpınması»dır. Fəqət, bu hisslər ötənlərin konkret zamanı ilə yox, ümumiyyətlə, bütün xatirələrlə bağlıdır.

Emil Buarak «Gələcəyin psixologiyası» (L’Avenir des sciences psychiques) adlı kitabında «deja vyu» ifadəsini ilk dəfə işlədib və o vaxtdan bəri alimlər o hissin səbəblərini anlamağa çalışırlar.

Son tədqiqatlar isə deja vyunun əslində beyindəki əsəb hüceyrələrinin çoxalması, paylanması, bölünməsi və yeni məkanlarda yerbəyer olması prosesi ilə bağlı olduğunu ehtimal etməyə imkan verir.

Əgər yeni yollandığınız və indiyədək əsla olmadığınız yerdə özünüzü köhnə, nə zamansa ayaq basdığınız məkandakı təki hiss edirsinizsə, deməli, orqanizminizdəki qocalma prosesi bir qədər ləngiyir.

Çünki beyninizdə əsəb hüceyrələri bölünür və məhz bu bölünmə səbəbindən xatirələriniz «ikiləşir», yaddaşınız yenidən təşkilatlanmağa başladığından «hisslər çulğalaşması» baş verir və olmadığınız yeri olduğunuz məkan sanırsınız.

Narahat olmayın, tam əksinə, sevinin. Çünki beyin özünü bərpa edir, əsəb hüceyrələrinin sayı normada qalır və siz, faktiki olaraq, ömrünüzdə yeni günü yaşayırsınız. O günü ki, əvvəlki hesabda yox idi.

Amerika Neyrologiya Assosiasyası hesab edir ki, insanlar cavab qalmaq şansı əldə ediblər. Sadəcə, əsəb hüceyrələrinin bölünmə və yenidən yerləşmə funksiyası sonadək tədqiq edilməli, prosesin incəliklərinin idarə edilməsi üçün təsir vasitələri əldə olunmalıdır.

Əgər deyilənlər edilərsə, cavan qala bilərik…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6001   Tarix: 20 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018