Daha 3 idmançımız avarçəkmə yarışlarında finala yuksəldi

Daha 3 idmançımız avarçəkmə yarışlarında finala yuksəldiİyunun 14-də Mingəçevir şəhərində "Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində avarçəkmə üzrə yarışlar başlayıb.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ilk günündə atletlər kayak və kanoe qayıqlarında mübarizə aparıblar. Kür çayında yarış zamanı 9 atlet eyni zamanda qüvvəsini sınaya bilir. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçirilib. Yarış sahəsinin uzunluğu 1000, dərinliyi isə 10 metrdən çoxdur. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edirlər. Yarışlarda 37 ölkədən 300 kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçılarıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu mötəbər yarışda Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunur. Kayak və kanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Aleksey Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomska mükafatlar uğrunda mübarizə aparırlar.

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 metr məsafəyə ilkin yürüşləri ilə başlayıb. Əvvəlcə 14 idmançı iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk yeddilikdə start xəttinə çıxıb. O, 1000 metr məsafəni 4 dəqiqə 4.220 saniyəyə qət edib. Finiş xəttini dördüncü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz növbəti mərhələdə 3.48.1505 göstərici ilə ilk üçlüyə düşə bilmədiyindən mübarizəni dayandırıb.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində isə 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə dörd yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev birinci yürüşdə səkkizinci zolaqda mübarizə aparıb. O, həmin məsafəni 3 dəqiqə 58.144 saniyəyə qət edib. Təmsilçimiz yürüşü 8 idmançı arasında 8-ci başa vuraraq yarımfinala yüksələ bilməyib.

Kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin ikinci yürüşdə 7-ci zolaqda mübarizə aparıblar. Məsafəni 3 dəqiqə 46.744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksələ biliblər. Sergey Bezuqlıy və Aleksey Kupin bu mərhələdə də uğurla çıxış edib. Onlar həmin məsafəni 3.29.4892 göstərici ilə başa vuraraq finala vəsiqə qazanıblar. Kanoeçilərimiz sabah saat 10:50-də keçiriləcək həlledici yürüşdə çıxış edəcəklər. Təmsilçilərimiz 9 cütlüyün yarışında 1-ci zolaqda mübarizə aparacaqlar.

Yığma komandamızın daha bir üzvü İnna Osipenko-Radomska qadınların kayak yarışında uğurla çıxış edib. O, birinci mərhələdə 500 metr məsafəni 1 dəqiqə 51.224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Osipenko-Radomska yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparıb. O, yarışın yarımfinalında 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək finala vəsiqə qazanıb. İdmançımız iyunun 15-də finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.

İyunun 15-də kişilər kayak qayıqlarında 1000, kanoe üzrə 1000, qadınlar isə kayak üzrə 500 metr məsafələri qət etmək uğrunda yarışacaqlar.

azərtac


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2088   Tarix: 14 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709