Bakı 2015 -in üçüncü qızıl medalını qazandıq - YENİLƏNİB

Bakı 2015 -in üçüncü qızıl medalını qazandıq - YENİLƏNİB1 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev final oyununda Macarıstandan olan idmançı Balint Korpası ilə qarşılaşıb.

Qarşılaşma 4:2 hesabıyla Çunayevin xeyrinə bitib. Bununla da Cunayev qızıl medala sahib olub.

Azərbaycanın karate yığması bu gün daha bir qızıl medal qazanıb.

BiG.AZ xəbər verir ki, ilk görüşdə ukraynalı İlya Nikulinə qalib gələn (3:) Rafael Ağayev daha sonra türkiyəli Erman Eltemura (3:5) uduzub. Lakin qrupda son döyüşündə Ruslan Sadıqova qalib gələn (3:1) Rafael növbəti mərhələyə yüksəlib.

Yarımfinalda alman Noa Bitşə qalib gələn (1:0) idmançımız finalda italiyalı Luici Busanı məğlub edib (1:0) və Bakı 2015 Birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.

19:03

Azərbaycan Prezidenti İlham Əliyev medal təqdim etmək üçün "Crystall Hall"a təşrif buyurub.

Dövlət başçısı 60 kq çəki dərəcəsində qızıl medal qazanan azərbaycanlı karateçi Firdovsi Fərzəliyevi təbrik edərək, qazandığı medalı ona təqdim edib.

18:21

Bu gün Avropa Oyunlarında karate üzrə keçirilən yarışlarda Azərbaycan ilk qızıl medalını qazanıb.

BiG.AZ apasport-a istinadən xəbər verir ki, bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub.

Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə qarşılaşıb və 4:0 hesablı qələbə sayəsində, Azərbaycan yığmasına ilk qızıl medal qazandırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3843   Tarix: 13 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 413
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 307
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 412
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 358
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 441
.

"Fənərbağça"nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

"Fənərbağça" klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür. Məlumata görə, Aleks De Souza "Antalyaspor" klubunun baş məşqçisi vəzifəsinə gətirilə bilər. Sergen Yalçının "Beşiktaş"a keçmə ehtimalını düşünən "Antalyaspor" rəsmiləri Aleks D

04.05.2024 219
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 357
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 263
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 295