Elnur keçmişindən danışdı: Saç ustası işləyirdim

Elnur keçmişindən danışdı: Saç ustası işləyirdimÖlkəmizi bu il "Eurovision 2015"də təmsil edən Elnur Hüseynov "Nargis" jurnalına müsahibə verib. İfaçı gizli bacarığından danışıb.

O, bir zamanlar saç ustası işlədiyini deyib:

"Bir çox sahələrdə özümü sınamışam. Diş düzəltmə texnikası ilə maraqlanmışam. Sonra başa düşdüm ki, bu mənlik deyil. Saç ustası, stilist kimi fəaliyyətə başladım. Bu işdə də uzun müddət davam edə bilmədim. Müştərilərlə yola getmirdim. Gəlib şəkil göstərirdilər ki, mənə bu cür saç düzümü et. Cavab verirdim ki, axı sənin başında bu qədər tük yoxdur, saç yapışdırım? Bəziləri də nəsə edirdin, bəyənmirdi. Stilistlik bacarığım öz işimə yarayır. Harasa gedəndə artıq nə cür görünəcəyim üzərində uzun müddət düşünmürəm. Saçlarımı özüm kəsməyi bacarıram. Bir də ki, nə vaxtsa, səsim batsa, ac qalmayacağıma əminəm".

Yeniliklərindən danışan müğənni İstanbula aşiq olduğunu bildirib:

"Türkiyədə İstanbula aşiq oldum. Həyat tərzini dəyişən, insana enerji verən möhtəşəm şəhərdi. Adətləri və dilləri bizimkinə yaxındır. Aktiv həyat tərzi keçirirsən, yeni insanlarla tanış olursan. Oradan aldığım enerji ilə yeniliklər etməyə hazırlaşıram. İsfar Sarabskinin yeni bir bəstəsini oxuyacam. Pop musiqisindən ibarət albom çıxaracam".

"O səs Türkiyə"nin birincisi olan müğənni münsif Ebru Gündeşi seçməsinin səbəbini açıqlayıb:

"Onu seçməyimin ilk səbəbi odur ki, görünüşü çox xoşuma gəlirdi. O, oxuyanda türk musiqisini başa düşür, təsəvvür edirəm. Sonra gördüm ki, Ebru real həyatda da gözəl insandır. Sənət aləminə çox ifaçılar gəlir. Onların heç biri daim gündəmdə olmur. Amma Ebru Gündeş ömrünün sonuna kimi elə məşhur qalacaq. Mən xoşbəxt olmaq istəyirəm. Çoxlu planlarım var. Bunları reallaşdırmaq üçün on il lazımdır. Harasa getmək arzusundayam. Bu Hindistan da ola bilər. Təbiət qoynunda qalım. Həyatda neqativ hadisələr günü-gündən artır. Mən sakitlik istəyirəm".

axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1896   Tarix: 26 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882