Yanan bina evlərin qiymətini saldı

Yanan bina evlərin qiymətini saldıBakıda evlərin qiyməti ilin sonuna kimi 24-25 faizə qədər düşəcək. Bu ilin martında Bakıda ilkin əmlak bazarında qiymətlər yeddi faiz, təkrar bazarda isə altı faiz, apreldə isə müvafiq olaraq dörd-beş olub. Mayın ilk yarısında isə ucuzlaşma eyni səviyyədə qalıb. İndi qiymətdən düşən mənzillər arasında hündürmərtəbəli binalar ilk sırada yer alır.

Hazırda ölkənin daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə olunsa da alqı-satqı statistikası da azalıb. İndi mənzil bazarında alqı-satqıda dirçəliş müşahidə olunmur. Gələcək proqnozlara görə, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək asan deyil. Amma 2015-ci ilin ortalarında əmlak bazarında bazarın həcmində həm daralmalar, həm də qiymətlərin durğunluğu gözlənilir. Həmin dövrədək bahalaşmanın qeydə alınacağı real görünmür.

ANS PRESS-in apardığı araşdırmaya görə, son vaxtlar evləri qiymətdən salan bir çox səbəblər var. Bu fikri həm mənzil almaq istəyənlər, həm də ev-alqı satqısı ilə məşğul olanlar bildirirlər. İlk növbədə, paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli binada mayın 19-da baş vermiş yanğın da üzlənmiş köhnə binalara marağı daha da azaldıb və ciddi təsirini göstərib.

Mənzil sahibi olmaq istəyənlərin əsaslandırmalarına görə, bu hadisədən sonra belə binalarda yaşamaq çox təhlükəlidir. Paytaxtda hündürmərtəbəli binalar çox tikilir və müxtəlif materiallarla üzlənir. Odadavamlı olmayan materialdan üzlənən binaların sayı təqribən 263-ə çatır. Onların çoxu hündürmərtəbəli olmaqla yanaşı, fasadları alışmağa meyillidir. Binəqədi rayonunda binanın məhz bu üzlüklərə görə yanması alıcılarda, sadə vətəndaşlarda qorxulu vəziyyət yaradır.

Bundan əlavə, binaların üzlənməsi zamanı təhlükəsizlik qaydaları, binada yaşayan insanların fikirləri belə nəzərə alınmır, sadəcə, görünüşünə fikir verilir. Köhnə tikilililərdə lift problemi var, tüstü bacaları yenilənmir. Fövqəladə vəziyyət zamanı təxliyyə olunma sistemləri nəzərə alınmır. Bütün bunlar indi belə binalarda evlərin qiymətdən düşməsinin ciddi səbəbləridir.

Maklerlər də bu hadisədən sonra belə binalarda mənzillərin qiymətlərinin düşdüyünü söyləyib, bu cür binalarda mənzillərin alınmamasını təbii qarşılayırlar. Onların bir neçəsi ilə söhbətimizdə məlum oldur ki, son üç gündə alıcılar tərəfindən belə binalarda ev almaq təklifi yoxdur. Hər kəs faciənin şahidi oldu. Ona görə də belə binalara maraq həddindən çox azalıb. İndi insanların həyət evləri, eləcə də torpaq sahələri almağa marağı daha çox artıb. Bu, həm də bina evlərinə nisbətən uzuc başa gəlir.

Paytaxtın mənzil bazarında qiymətə və təlabata gəlincə, Bakıda ilkin mənzil bazarında bir kvadratmetrin orta qiyməti aprel ayında 1 066 dollar (1117 manat) təşkil edib. Bu da mart ayının analoji göstəricilərindən 7,22 faiz (manatla qiymətlər 7,38 faiz aşağı düşüb) azdır.

Statistikaya görə, satışa çıxarılan ilkin mənzillərin 44 faizi Bakının Yasamal, 15 faizi Nəsimi, 14 faizi Xətai, 6 faizi Nərimanov və Nizami, 5 faizi Abşeron, 3 faizi Sabunçu, Suraxanı və Binəqədi, 2 faizi Səbail rayonunun payına düşüb.

Ekspertlərin fikrincə, paytaxtdakı mənzillərin qiyməti yüksək həddinə çatması əhalinin alıcılıq qabiliyyətinin azalmasına əsas səbəbdir. Onların sözlərinə görə, Bakının əmlak bazarında qiymət azalması prosesi hələ ötən ilin sonunda başlayıb, sonra isə 33 faizlik devalvasiya bu prosesi bir az da sürətləndirib. Devalvasiya səbəbi ilə artmış 14 faizdən əlavə, qiymətlər real olaraq 10 faiz düşəcək. Yəni, ilin sonuna qədər bu ilin martındakı qiymətlərin 24 faiz azalması müşahidə olunacaq.

Bir sözlə, indi alıcılar bazardan küsüblər. Onlar bu məsələdə çox haqlıdırlar, çünki, mövcud qiymətlər əhalinin alıcılıq qabiliyyətini çox üstələyir. Ucuzlaşma olan halda mənzil bazarında canlanma yaranar, insanlar yeni yaşayış sahələrində yaşamaq sevincini yaşayarlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3898   Tarix: 22 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 280
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815