"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO

"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Bunun baş verdiyi üçün çox utanıram".

Bakı şəhər Yasamal rayonu 117 saylı uşaq bağçasında dəhşətli hadisə baş verib.

Dünən iki yaşlı Səadət İsmayılova tərbiyəçi Püstə Babayeva və dayə Fira Əliyevanın məsuliyyətsizliyi ucbatından zərər çəkib.

BiG.AZ xəbər verir ki, bu barədə Vesti.Az-a uşağın anası Şəfiqə Əfəndiyeva bildirib.

"Dünən axşam ərim uşağı bağçadan götürdükdə, uşağı görərkən dəhşətə gəlib. Səadətin bədənində əzik və dişlək yerləri olub".

Tərbiyəçinin sözlərinə görə, Səadəti Murad adlı qrup yoldaşı dişləyib. Biz tərbiyəçinin bu vaxt hara baxdığını soruşanda, onun yerində olmadığını, dayənin isə sıyıq gətirmək üçün çıxdığını dedilər.

"Mən başa düşmürəm, uşaqları tək necə qoymaq olar və onun ağlamağını necə eşitməmək olar. Ən qorxulusu isə onların həkim çağırmamaları və bizə xəbər verməmələridir. Bağçanın pulunu ödəmək vaxtı gələndə dayanmadan zəng edirlər, amma uşağım zədələnəndə mənə zəng etmək üçün əziyyət çəkməyiblər.

Uşaq hələ günorta xəsarət alıb və axşam saat beşə qədər bizə bu barədə xəbər verməyiblər. Mən bizə niyə indiyə qədər xəbər vermədiklərini soruşduqda onlar günahkar olduqlarını etiraf etdilər. Onların həkimi günortaya qədər işləyir, tibb bacısı isə uşağa "spasatel" mazı vurub.

Mən bu məsuliyyətsizliyə, həkim çağırmamaları və bizə xəbər verməmələri üçün məhkəməyə müraciət etməyə hazırlaşıram. Biz uşağı dərhal kliniki tibbi mərkəzə apardıq. Həkim uşağın bədəninin müxtəlif hissələrində göyərmələri gördükdə dəhşətə gəldi. Həkimin sözlərinə görə, uşağın üzündəki zədə ciddi problem yarada bilər. Sonra biz nevropotoloqun yanına yollandıq, o uşağa sakitləşdirici preparatlar yazdı. Uşaq böyük stress keçirib.

Qeyd edək ki, Murad hələ keçən həftə mənim uşağımı dişləyib. Mən tərbiyəçiyə xəbərdarlıq etdim və diqqətli olmağı xahiş etdim. O qeyd etdi ki, uşaq hələ təzədir, hamını dişləyir, xüsusilə də mənim qızımı. Direktor indi mənə deyir ki, hələ onda səs-küy yaratmalı idim. Mən indi onlar üçün səs-küy yaradacam. Mən tərbiyəçini cəzalandırmağı tələb edirəm və dayənin məsuliyyətsizliyi üçün işdən çıxarılmasını tələb edirəm", - uşağın anası Şəfiqə Əfəndiyeva deyib.

Bağçanın direktoru Solmaz Hacıyeva isə öz növbəsində bildirib ki, hadisə yuxu saatından sonra baş verib.

"Tərbiyəçi özünə o zaman "paltar dəyişdirmə yerinə çıxdığını, dayə isə sıyıq üçün" söyləməklə özünə bəraət qazandırdı. Amma fakt odur ki, bu baş verən zaman onların heç biri orda yox idi.

Mən bu bağçada işləməyə layiq olmayan bu əclafları müdafiə etmirəm.

Bizim otaqda servant var, onu çoxdan götürməli idilər. Səadət ora çıxmağı çox sevir, o çıxan zaman Murad onu itələyib. O, yıxılaraq əzilib. Tərbiyəçi uşağı götürüb, əzik yerinə yaş dəsmal qoyub. Mən bütün bunları bilməmişəm, belə ki, tədbirdə idim.

Uşağı gördükdə izahat istədim. Onlar mənə baş verənləri danışdılar. Onlara inanmadım, bağçada quraşdırılmış müşahidə kamerasına baxdım. Kadrlarda Muradın Səadəti dişləməsi və Səadəti itələməyi görünür.

Mən baş verənlər üçün xəcalət çəkirəm. Mən neçə ildir ki, bağçada işləyirəm, belə hadisə bizdə ilk dəfədir ki, baş verir. Uşaqlar günahkar deyil, günahkar tərbiyəçi və dayədir. Onları və belə işçiləri saxladığım üçün məni də bağışlamaq olmaz. Onları işdən azad edəcəm. Biz təzminat ödəməyə hazırıq", - S.Hacıyeva bildirib.

Qeyd edək ki, Ş.Əfəndiyeva "İctimai" telekanalın artıq o ildən artıqdır ki, simasıdır. O, "Yeni Dalğa" radioverilişində işləyib. İndi isə o, "Qadın dünyası" verilişini aparır.

"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO"Səadətin bədənində əzik və dişlək yerləri var"- FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10745   Tarix: 08 may 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

TOP MP3