Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge satışına başlanıldı

Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge satışına başlanıldıSamsung Galaxy S6 və Samsung Galaxy S6 Edge satışına başlanıldı17 aprel tarixindən etibarən yeni və çoxdan gözlənilən Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge - yeni flaqman smartfonlarının Azərbaycanda satışı başladı.

Mobil cihazlarının yaranmasına ilkin yanaşmaları köklü şəkildə nəzərdən keçirərək, Samsung şirkəti bu dəfə qeyri-adi, dəb-dəbəli yüksək texnologiya və statuslu Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge-i istehsal etmişdir. Bundan əlavə, xatırlatmaq lazımdır ki, Samsung Galaxy S6 Edge dünyada ilk iki tərəfdən qövsvari ekrana malik olan mobil qurğu - həqiqi inqilab edən smartfondur.

Qabaqcıl texnologiyaları və qeyri-adi dizayn həllərinin tətbiqi yeni cihazın insanların müasir həyat tərzinin vacib hissəsinə çevriləcəyindən, eləcə də sahibinin yüksək statusu və qüsursuz tərzini təsdiq edəcəyindən xəbər verir. Gələcəkdə bu yeni smartfonların istifadəçiləri ağ mirvari, qara sapfir, gözqamaşdırıcı platin, nəcib zümrüd (yalnız Samsung Galaxy S6 edge üçün) rəngləri ilə öz fərdiliklərini tam mənada vurğulaya biləcəklər. Metal və yüksək dözümlülüyə malik şüşədən hazırlanmış korpusun incə cizgiləri üzərinə düşən işıq əks olunduqca daha da aydın nəzərə çarpır.

Yeni Galaxy özündə eyni zamanda bir neçə çox güclü xüsusiyyəti birləşdirir. Belə ki, prosessorun heyranedici məhsuldarlığı, kristal dəqiqliyə malik 5.1 düym ölçülü möhtəşəm Quad HD Super AMOLED ekranı, əvvəlki modelinə nəzərən 1.5 dəfə daha sürətli enerji yığan akkumlyatoru, simsiz enerji yığma texnologiyası və nəhayət mükəmməl işıq alma gücü olan F1.9 ön və arxa kameralar bunlardan ən önəmliləridir.

İlkin olaraq bu yeni, əvvəlkilərə heç də bənzəməyən cihaza sahib olmaq istəyənlər onunla Samsung S6 səhifəsində ( link to samsung.tma.az ) "Samsung Store"-larda və digər pərakəndə satış nöqtələrində ətraflı tanış ola bilərlər.

Smartfonları əldə edən Bakcell müştəriləri 4-cü sür@ 12 GB İnternet* və eksklüziv** Ulduzum üzvlüyü hədiyyə alacaqlar. Təklif haqqında daha ətraflı məlumatı www.bakcell.com/galaxys6??? Ünvanından və Bakcell diller mağazalarından öyrənə bilərsiniz.

* Hər ay balansı 2 AZN artırmaq şərti ilə. 6 ay ərzində 2 GB traffik. 2 GB tükəndikdə internetin sürəti 64 kbps enir.

** Yalnız 31 may 2015-ə qədər alınarsa, eksklüziv Ulduzum üzvlüyü 6 aylıq verilir. Eksklüziv Ulduzum, Bakcellin Ulduzum Sadiqlik proqramı çərçivəsində təqdim etdiyi premium müştərilər üçün nəzərdə tutulmuş xüsusi təklifdir.

bizimyol.info


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2004   Tarix: 28 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mert Hakan Yandaş azadlığa buraxıldı

"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş "futbol mərcləri" istintaqının bir hissəsi olaraq ilk dəfə hakim qarşısına çıxıb. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, məhkəmə Yandaşın azadlığa buraxılmasına qərar verib. Ötən həftə həbsdən çıxan "Qalatasaray"ın futbolçus

03.04.2026 319
.

Minatəmizləmə zamanı ölənlərin övladları pulsuz oxuyacaq

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, minatəmizləmə fəaliyyəti həyat

03.04.2026 331
.

Röya Ayxandan yeni sürpriz!

Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib. xəbər verir ki, pop kraliça ilk dəfə konsert səhnəsində səsləndirdiyi "Yanındayam" mahnısının rəsmi klipini izləyicilərin ixtiyarına verib. Musiqisi və sözləri Miroya məxsus olan, aranjimanı SarkhanBeats tərəfindən hazırlana

03.04.2026 466
.

Rusiya qırıcısı Krımda qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyinə məxsus Su-30 qırıcısı Krım üzərində qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Təyyarə sursatsız uçub. Heyət katapult edib və təxliyə edilib. Pilotların həyatı üçün heç bir təhlükə yoxdur", - məlumatda qeyd olunub

03.04.2026 423
.

Restoranlarda etdiyimiz bu səhv ürəyi məhv edir

Restoranlarda bir çox insanın etdiyi sadə bir vərdiş sağlamlıq üçün ciddi risk yarada bilər. Mütəxəssislər bildirir ki, hazır yeməklərə əlavə duz qatmaq arterial təzyiqi artırır və infarkt, insult riskini yüksəldir. xarici mediaya istinadən xəbər verir ki, kardioloqların sözlərinə görə, restoran yeməklər

03.04.2026 497
.

Xəzər dənizində zəlzələ baş verdi

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə BİG.AZ-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 74 kilomet

10:18 147
.

Mirça Luçesku infarkt geçirdi

Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb. Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb. -ın xarici mediaya istinadən xəbərin

03.04.2026 335
.

İran: "Davamlı sülh üçün nüvə hüquqlarımıza hörmət olunmalıdır"

Tehran regionda sülhün əsas şərtlərindən biri kimi dinc nüvə enerjisindən istifadə hüququnu önə çəkir. xarici mediaya istinadən xəbər verir ki, İran müvəqqəti atəşkəsi deyil, uzunmüddətli və davamlı sülhü vacib hesab edir. Belə bir sülhün təmin olunması üçün konkret mexanizmlər olmalıdır. Bildirili

11:07 116
.

The New York Times yazır: İran ABŞ təyyarələrini S-400 ilə vurub - POLİTOLOQDAN AÇIQLAMA

Beynəlxalq mediada yayılan son məlumatlar qlobal təhlükəsizlik gündəmini yenidən gərginləşdirib. The New York Times qəzetinin yazdığına görə, İran ABŞ-ın Körfəz ölkələrində yerləşən hərbi təyyarələrini Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri vasitəsilə vurub. Bu hadisə regionda hərbi balans

03.04.2026 323
.

TOP MP3