Köhnə KVN-çilərin "yeni nəfəsi" FOTO
Həftəsonu Heydər Əliyev Sarayında "Planet Parni iz Baku" KVN- teatrının konsertləri keçirildi. Düzü, onların məşqlərini izlədikdən sonra bu konsertdən nəsə ummaq olardı, amma gördüklərimin gözlədiklərimdən daha da gözəl olduğunu görmək mənim üçün xoş bir sürpriz oldu. Bəli, Teatrın bədii rahbəri Tahir İmanov hər zaman çalışır ki, onun komandasının tamaşaçılara bəxş etdıyi gülüş dəqiqələri ancaq gülüş xətrinə zarafatlar olmasın, bu zarafatlar insanları düşündürsün. Lakin təəsüf ki, onun istəyi hər zaman alınmırdı və uşaqlar onun fikrini tam realizə edə bilmirdilər. Amma bu dəfə... Bu dəfə, demək olar ki, hər şey alındı. Bir birindən gözəl səhnəciklər, onlara uyğun olan dekorasiyalar, səviyyəli aktyor oyunu... Səhnəciklər nəinki gülməli, hətta deyərdim ki, çox cəsarətli idi. Məsələn, "Yüksək rütbəli məmurun səxsi həyatı", "Azərbaycan Milli futbol komandası" və əlbəttə ki, hamının səbirsizliklə gözlədiyi "Milli Məclis" səhnəcikləri çox gözəl və peşəkar alınmışdı desək, yanılmarıq. Mən hələ parodiyaları demirəm - mügənnilər Elariz və Vasif Məhərrəmli, teleaparıcı İlqar Mikayıloğlu, müxtəlif dövlət məmurları və deputatlar. Lakin bütün bunları üstələyən bir parodiya da oldu - o da Azər Məmmədzadənin Cahangir Əskərova etdiyi parodiya. Mən tam əminliklə deyərdim ki, bu Azərin pik nöqtəsi idi. "AZAL"-ın prezidentini müxtəlif zamanlar, müxtəlif insanlar parodiya etsə də, bu qədər oxşarlıq və dəqiqlik indiyə qədər alınmamışdı. "Milli Məclis" səhnəciyi isə Bəhram Bağırzadənin benefisi idi. Onun "Siyavuş Novruzovu" zalı gülməkdən az qala ağlatdı. Anşlaq olan zalda bu personaj hamını güldürdü. Yeri gəlmişkən, tamaşaçılar arasında müxtəlif zövqlü və müxtəlif dünya görüşlü insanlar var idi. Murad Adıgözəlzadə və Cəmil Əmirovdan tutmuş, Dilarə Əliyeva və Elməddin Cəfərova qədər. Və onlara bir baxış kifayət idi görəsən ki, bu konsert heç kəsi biganə qoymadı...
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Xəzər"in aparıcısı ərə getdi
"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib
30.04.2024 1468 Hüsniyyə Azərbaycandan köçdü
Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir
29.04.2024 1139 Kərimin biznesi batdı
Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He
01.05.2024 825 Pərvin çəkilişlərdə xəstəlik tapdı
Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə
30.04.2024 1017 AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on
30.04.2024 3918 "Titanik"in aktyoru vəfat etdi
Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin
01.05.2024 318 15 illik fanatı Ayselin instaqramını tapdı
Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va
01.05.2024 880 Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib
Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel
10:54 382 "Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"
Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram
01.05.2024 1389