Ana olmağa hazırlaşanlara 10 mühüm məsləhət

Ana olmağa hazırlaşanlara 10 mühüm məsləhətAna olmağa hazırlaşan xanımlar 9 ay ərzində öyrəşdikləri həyat tərzini istər-istəməz dəyişməli olurlar.

hamilə qadınlar qidalanmadan tutmuş, geyimə kimi aşağıdakı 10 mühüm məsləhətə qulaq asmalıdırlar:

Təbii qidalar qəbul edin – C vitamini və kalsiumla zəngin olan qidalar qəbul edin. Süd, xama, pendir, ərik qurusu, qoz, fındıq, badam, yaşıl tərəvəzlər və s. bu vitaminlərlə zəngindir. Hətta bəzən əlavə kalsium həbləri də qəbul oluna bilər. Həftədə 2 dəfə balıq yeyilməli, gündə 2-3 stəkan süd içilməlidir.

Rahat geyinin – Bədəni sıxan geyimlərdən imtina edin. Hündürdaban ayaqqabılar yıxılma riski yaratdığına görə, düz və rahat ayaqqıbılara üstünlük verin.

İdman edin – Bu, hamiləlik zamanı çox önəmlidir. Lakin sizi yoran və fiziki güc tələb edən hərəkətlərə yol verməyin. Bu, erkən doğuş riskini artıra bilər. Hər gün təmiz havada gəzin. Ağır şeylər qaldırmayın.

Xüsusi rejimlə qidalanın – Az, amma tez-tez yeyin. Yeməyi asta yeməli, tikələri yaxşı çeynəməlisiniz. Qızardılmış təamlar yerinə, suda qaynadılmış, buxarda bişirilmiş xörəklərə üstünlük verin. Hər gün mütləq süd, qatıq və ya pendir yeyin.

Çəkinizi nəzarətdə saxlayın – Hamiləlik müddətində 10-12 kiloqram kökəlmək normaldır. Çəkinizin həddindən çox artmaması üçün şirin və yağlı məhsulları az qəbul edin, gündə 2 litr su için.

Dişlərinizin qayğısına qalın – Hamiləliyin əvvəlində müalicəyə ehtiyacı olan dişlərinizi həkimə göstərin. Yeməkdən sonra dişlərinizi fırçalayın. Hamiləliyin 4-cü ayından sonra hormonal dəyişikliklər səbəbindən diş ətində şişkinlik və həssasiyyət meydana gələ bilər. Belə hal bəzi qadınlarda diş əti iltihabına da çevrilir.

Müntəzəm olaraq təzyiqinizi ölçün – Yüksək təzyiq hamiləliyin əsas problemlərindən biridir. Turşulardan və duzlu yeməklərdən uzaq dayanın. Çay, qəhvə, kola kimi içkilərdən az istifadə edin.

Uzun yola çıxmayın – Daha çox yaxın məsafəli səyahətlərə çıxın. Uzun yola çıxan zaman isə hər 2 saatdan bir piyada gəzin. 32-ci həftəyədək təyyarəyə minmək olar.

Duş qəbul edərkən suyun temperaturunu düzgün tənzimləyin – Su həddindən çox isti və ya soyuq olmamlıdır. Hamiləliyin ilk aylarında vanna otağında sürüşmə və yıxılma ehtimalları nəzərə alınmalıdır. Üzgüçülüyün hər hansı bir fəsadı yoxdur. Sauna isə hamilə qadınlara qadağandır.

Spazmaları (damarların daralması) aradan qaldırmaq üçün əzələ masajı edin – 20-ci həftədən sonra bədənin müxtəlif hissələrində, daha çox isə ayaqlarda spazmalar meydana gəlir. Belə hal yaşanan zaman ağrı olmayan digər ayaqdakı eyni hissəni əlinizlə ovuşdurun. Bu zaman spazmalar sürətlə azalacaq. Daha sonra ayağınızı rahat şəkildə uzadaraq masaj edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2063   Tarix: 19 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086