Boşanmanın əsl səbəbi nədir?

Boşanmanın əsl səbəbi nədir?Ailədə sağlam mühitin olması çox əhəmiyyətlidir. Qarşılıqlı hörmət, nəzakət övladların tərbiyəsində böyük rol oynayır. Əgər belə bir ailəyə sahibsinizsə, xırda anlaşılmazlıqlara güzəşt edərək onu qoruyun. Amma çox vaxt bu mühafizə də yetərli olmur. Boşanmaya gətirib çıxaran əsas amillərin bir neçəsini nəzərinizə çatdırmaq istərdik:

1. Başqalarının müdaxiləsi.

Boşananların böyük əksəriyyəti "uyğunlaşa bilmədik" faktorunu əsas gətirsə də, əsas səbəb başqalarının müdaxiləsi olur. Qohumların, tanışların, xüsusilə valideynlərin gənc ailəyə yerli-yersiz müdaxiləsi həqiqətən də onları bir gün boşanma kürsüsünə qədər çəkib gətirə bilər. Bir anlıq valideynlərlə birgə həyatı təsəvvür edin. Əgər təhlükəli anlarda balıq kimi sıyrılıb çıxış yolu tapa bilməsəniz, bu gec, ya tez özünün təsirini göstərəcəkdir. Xüsusilə əgər valideynlərdən hansı birisə əvvəldən bu evliliyin əleyhinə olubsa. Ailənizi qorumağa Allah köməyiniz olsun.

2. İqtisadi və maddi məsələlər.

Ailə həyatında ər və arvad hər bir şeydə şərik olmalıdır. "Mənim malım", "mənim cehizim" ibarələri münasibətlərdə soyuqluq və ayrılıq yarada bilər. Gənc ər-arvad belə sözlərin üzərindən qara xətt çəkib , "bizim malımız", "bizim problemimiz" və "bizim çətinliyimiz" kimi sözlər işlətməlidirlər. Düzgün nizamlanma olmadıqda, sərvətin çoxluğu çətinlik yaradar. Atalar yaxşı deyib: "Duz-çörək yeyəsən, amma günün xoş keçsin". Bu kəlam onu demək istəyir ki, insanın maddi ehtiyacları orta həddə təmin olsa, kifayət edər, lakin mənəvi ehtiyaclar ali səviyyədə təmin olunmalıdır. Maddi çətinlikləri həll etmək olur. Evlilər qənaətə riayət edib yersiz xərclərdən çəkinərək büdcələrini tənzimləyə bilərlər. Bu onların uzlaşmamalarına heç də əsl səbəb deyildir.

3. Mədəni və sosial təbəqə mənsubluğu amilləri.

Ailə sağlamlığına mane ola biləcək səbəblərdən biri də ər-arvadın dünya görüşündəki (kəndli-şəhərli), yaxud təbəqati (varlı-kasıb) uyğunsuzluğudur. Təəssüf ki, belə şəxslər sevgi və əxlaqı əsas tutmur, həyatlarını daha da gözəlləşdirməyə çalışmır, boş iftixarlar, yersiz "mənəm, mənəm"lərlə qarşı tərəfi təhqir edirlər. Alçaldılma olan bir evdə isə ailə davam tapa bilməz.

4. Anlaşılmazlıq və mənfi münasibət.

Ailələri yıxan səbəblərdən biri dikbaşlıq, sərtlik, şübhələr və s. bu kimi pis əxlaqlardır. Ər və arvadın hər biri bu kimi mənfiliklərin qarşısını almalı və ilk fürsətdə onun həllinə çalışmalıdır. Çünki şübhə kiçik bir qar dənəsinə oxşayır ki, dağdan aşağı diyirləndikcə özüylə çoxlu qar toplayıb böyük bir uçquna səbəb olur.

5. İntiqam almaq və bəhanə axtarmaq (xırdaçılıq).

İntiqam almaq, bəhanə və eyb axtarmaq evləri yıxan ən pis xüsusiyyətlərdir. Təkrarlanan incikliklər, bir-birinin ən xırda eyblərini axtarmaq və s. ər-arvad münasibətlərini dağıdıb qırır. Fikir ayrılığı və səhvlər zamanı bağışlamaq ən gözəl işdir. Onun müsbət xüsusiyyətlərini axtarın, "dəfn olunmuş ötüb-keçənləri" unudun. Həqiqətən işi bir-birinə əziyyət etməkdən başqa bir şey olmayan ər-arvadın ailəsi nə vəziyyətdə olar?

6. Diktatorluq.

Ailə məhəbbət azadlıq, anlaşma və məsləhət ocağıdır. Əgər ər-arvaddan hər hansı yalnız özünün "sözünün keçərli" olması iddiasına qalxarsa, ev mühiti zindan fəzasına çevrilər. Biri göstəriş verir, əməl edilmədikdə təhdid edir və başqalarına nəfəs belə çəkməyə imkan vermir. Belə şəraitdə fərdlər özlərini təhqir olunmuş hiss edir və qaçıb uzaqlaşmaq istəyirlər. Belə ailədə məsləhətləşmənin mənası qalmır, çünki qərar qəbul edən bir nəfərdir. Hər halda diktatorluq ailə təməlini dağıdan amillərdən biri sayılır.
Təbii ki, bu siyahını hələ çox uzatmaq olar. Hər halda ailə qurmusuzsa, ondan muğayat olun, çünki Allah təlağı sevmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4934   Tarix: 02 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489