Biz soğan çörək də yemişik - FOTO

"Bizə təzyiq edirlər".

BiG.AZ-ın əfsanəvi "Parni iz Baku" KVN (Şən və hazırcavablar klubu – red) komandasının keçmiş iştirakçısı, "Planeta Parni iz Baku" teatrının rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanovla müsahibəsi:

- Komediya janrının Azərbaycanda bugünkü vəziyyəti necədir?

- Bizim televiziyada baş verənləri bəyənmirəm. Amma əgər bunu desəm, hamı "Tahir İmanov özünü və öz aktyorlarından başqa heç kimi bəyənmir" deyərək məni qınayacaq. Tamaşaçı kimi məni bu sahədə işləyənlər qane etmir, onları həmkar adlandırmaq da çətindir. Tamamilə primitiv və mənim üçün qəbuledilməz yumordur.

Biz soğan çörək də yemişik - FOTOMəni ümumiyyətlə, tamaşaçı kimi Azərbaycan televiziya məkanındakı vəziyyət qane etmir. Bu, bizim TV-də son mövsümümüzdür və biz hələlik televiziyaya qayıtmağa hazırlaşmırıq. Bu, mənim üçün artıq maraqlı deyil.

- Bu, auditoriyanın səviyyəsi ilə əlaqədardır, yoxsa...?

- Birincisi, auditoriya artıq həminki deyil. Bugünkü tamaşaçıları nəinki intellektual yumorlu, ümumiyyətlə, intellektual sətiraltı verilişlər maraqlandırmır. Maarifləndirici verilişlər azlıq təşkil edir, bu, faktdır. Təəssüf ki, daha çox şou-biznes təbliğ edilir. Bu hələ dərdin yarısıdır. Əsas problem şou-biznesdə lazım olanların təbliğ edilməməsidir. Kim necə geyinir, kim kiminlə dalaşdı, kim kimin toyuna getmədi və s. kimi xəbərlər çoxluq təşkil edir.

Bizə məmurlarla yanaşı, bəzən şou-biznes nümayəndələri də təzyiq göstərir. Sonuncularla bacarmaq asandır, belə ki, onların bəzilərindən fərqli olaraq biz savadlıyıq. Hamını nəzərdə tutmuram, belə ki, onların arasında həqiqətən ürəkdən söhbət edə biləcəklərimiz var – bunlar bizim dostlarımız, məsələn, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayevadır.

Biz soğan çörək də yemişik - FOTOQalanları isə tənqidə dözməyərək məhkəməyə verirlər. Məmurlarımıza qaldıqda isə onlar sadəcə təzyiq göstərməyə başlayırlar. Biz bu yaxınlarda bir telekanaldan digərinə getdik. Bilirsiz niyə? Çünki telekanalın rəhbərliyi bizə polis mövzusunda zarafat etməyi qadağan etdi. Deyirdilər ki, istənilən mövzuda zarafat edin, amma polisə toxunmayın, onları ələ salmaq olmaz... Siz polisin imicinə xələl gətirirsiz.

Mən onlara başa sala bilmədim ki, bu, yumordur, satiradır, ümum qəbul edilmiş janrdır, bütün dünya ölkələrində mövcuddur. Bəs yadplanetlilərlə mübarizə aparan jandarmın obrazını yaratmış yazıq Lui de Fünes nə etsin? Polis Akademiyası haqqında böyük əhvalat yaradan Hollivud nə etsin? Bu, sadəcə yumor və satiradır. Və biz sadəcə cəmiyyətimizin bu və ya digər təbəqələrinin neqativ xüsusiyyətlərinə gülürük.

Biz soğan çörək də yemişik - FOTOƏgər biz polis mövzusunda zarafat ediriksə, bu o demək deyil ki, polislərin hamısı elədir. Onların arasında fəxr etdiyimiz, təhlükəsizliyimiz, sakitliyimiz üçün minnətdar olduğumuz şücaətli zabitlər var, onların sayəsində gecə saat 2-3-də şəhərə çıxıb rahat gəzmək mümkündür. Bilirik ki, 90-cı illərin əvvəllərində olduğu kimi heç kim bizi saxlamayacaq, heç kim hücum etməyəcək.

Yol polisi strukturunda da böyük islahatlar aparılır, sürücülərlə nəzakətli danışan gənc perspektivli uşaqlar yığılır. Təəssüf ki, əldə beş barmaq var və hamısı eyni deyil, dünyada hər şeyin ideal olduğu ölkə yoxdur. Və biz bu neqativ halları tənqid edirik.

Amma bizə təzyiq etməyə başladılar. Mən isə təzyiqə dözmürəm. Biz 7 il ərzində ölkə rəhbərliyi qarşısında çıxış etmişik. Biz tamaşalarına ümummilli lider Heydər Əliyevin gəldiyi azsaylı kollektivlərdən biri olduğumuz ilə fəxr edirik.

Biz soğan çörək də yemişik - FOTOMən bu barədə demişəm və yenə də təkrar etmək istəyirəm. Heç kim bizi Heydər Əliyevin tamaşaya gəlişindən öncə, hətta 1999-cu ildə "N saylı polis bölməsi" səhnəciyini qurduqda, xəstəxana səhnəciyi və ya 1996-cı ildə "Telepuzik" və ya Milli Məclis səhnəciklərini qurduqda belə yoxlamırdı. Biz heç bir bədii şuralardan və i.a. keçmirdik. Biz həqiqətən hiss edirdik ki, demokratiya və söz azadlığı mövcuddur. Biz bunu indi də hiss edirik.

Biz pəncərəni açıb qürurla Azərbaycanın üçrəngli bayrağının dalğalandığı küçəyə baxmağı təklif edirik. Biz əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu demokratiya və söz azadlığı şəraitində yaşayırıq. Bu işin davamçısı isə prezidentimiz İlham Əliyevdir, bunun üçün ona minnətdarıq.

Biz soğan çörək də yemişik - FOTOBunu edirəm, çünki Vətənimi, elə həmin polisləri, həmin vergi inspektorlarını və gömrükçüləri sevirəm. Çünki bu, mənim millətim, mənim xalqımdır. Axı bu mənim işimdir. Onda gəlin "kim nə deyər bizdə olan qeyrətə, qeyrətimiz bəlli bütün millətə" deyən Mirzə Ələkbər Sabirin bütün kitablarını yandıraq. Gəlin, böyük Cəlil Məmmədquluzadənin kitablarını yandıraq – mənim üçün o, Azərbaycan satirasının banisidir. Gəlin, "Danabaş kəndinin əhvalatları"nı, "Ölülər"i yandıraq... Axı bu cəfəngiyatdır...

- O zaman intellektual tamaşaçının televiziyadan uzaqlaşaraq elektron KİV, "Facebook"a yönləndiyini deyə bilərikmi?

- Birmənalı şəkildə. Bilirsiz, bunun iki üzü var. Təəssüf ki, bu gün bizim televiziyada çox şey sponsorlardan asılıdır. Sponsorlar intellektual verilişlərə sərmayə yatırmırlar, onlara yüksək reytinqli verilişlər lazımdır. Reytinqli verilişlər isə neqativ sətiraltısı olan verilişlərdir. Kimsə kimisə axtarır, efirdə daima kimsə ağlayır və s. – elə təəssürat yaranır ki, bizim ölkədə başqa problem yoxdur, hamı kimi isə axtarır, qadınlar ağlayır və dərd çəkirlər...

Biz soğan çörək də yemişik - FOTOBir də toylarla bağlı verilişlər çox populyardır... Tarix, mədəniyyət haqqında verilişlər çox azdır, heç olmasa həftədə bir dəfə böyük azərbaycanlılara həsr edilmiş buraxılış hazırlamaq olar. Xalqımızın görkəmli nümayəndələri – Qara Qarayev, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə və s. haqqında danışmaq olar. Axı bu xalq dünyaya dahilər bəxş edib, bu, sonsuz mövzudur.

Düşünürəm ki, televiziya formatını tamamən dəyişmək lazımdır, nəsili tamamən başqa istiqamətdə tərbiyə etmək lazımdır.

- Bəs cəmiyyəti bu qəbildən olan əyləncəli verilişlərə meyilli olmaqda ittiham etmək olarmı? Axı reytinq yüksəkdirsə, deməli insanlar baxır? Bu nə ilə əlaqədardır – cəmiyyət daha az kitab oxuyur, yoxsa günah təhsil səviyyəsinin aşağı olmasındadır?

- Dünyada hər şeyin hərəkətverici qüvvəsi təhsildir. Özü də "təhsil" sözü altında yalnız məktəb nəzərdə tutulmur. Təhsil – bu, valideyn tərbiyəsidir, o cümlədən də tətil zamanı kitab oxuyaraq maariflənməyə davam etməkdir.

Biz soğan çörək də yemişik - FOTOBizim uşaqlığımız Şuşada keçib. Mənim üçün o, dünyada gedə bilmədiyim ən gözəl şəhərdir... Orada mənim çoxlu dostum var idi, amma biz yalnız dərslərimizi etdikdən, kitab oxuduqdan sonra oynaya bilərdik, sonradan bu adət halını aldı və bundan zövq almağa başladıq.

- Bu gün bizdə yerli komediya filmləri çəkirlər. Bir tərəfdən buna sevinirik, digər tərəfdən isə bunun irəli deyil, geriyə atılan bir addım olması barədə fikir mövcuddur...

- Mən bununla razı deyiləm. Əsas odur ki, nədənsə başlayaq. Qoy az tənqid edib, bir az susmaları ilə yardım etsinlər.

Dahilərdən kim isə deyib ki, tənqid etmək asandır, özünüz cəhd edin. Mən bu uşaqları dəstəkləyərdim. Əsas odur ki, proses getdi, yaxşı ya pis, amma getdi. Bir gün bu proses öz yüksək nöqtəsinə çatacaq və biz bugünkü kino istehsalçılarından keyfiyyətli filmlər ala biləcəyik.

Problem filmin intellektual və ya qeyri-intellektual, peşəkar və ya qeyri-peşəkar olmasında deyil. Problem ondadır ki, bizim kinoteatrlarda ana dilində film yoxdur. Xoşbəxtlikdən kinoteatra gələnlərin əksəriyyəti ana dilini bilir.

Utandırıcı haldır ki, 20 il bundan öncə belə deyildi. O zaman şəhər sakinlərinin ana dilini mükəmməl bilməsi ilə qürrələnə bilməzdi.

Problem ondadır ki, Azərbaycan dilində istehsal edilən məmulatlar azdır. Yeri gəlmişkən, kinoteatrda bunu ilk dəfə biz etdik, 3 il bundan öncə "Planeta Parni iz Baku" ŞHK komandasının konsertlərini göstərməyə başladılar. Düzünü desəm bu, piratlarla mübarizə üsulu idi, çünki biz bununla mübarizə apara bilmirdik. Biz disklərin istehsalını dayandırdıq və kinoteatrlara keçdik. Eksperiment uğurlu alındı. Daha sonra kinoteatrların rəhbərləri bir çox studiyalara müraciət edərək kino çəkməyi təklif etdi.

Biz soğan çörək də yemişik - FOTOMənə bir vətəndaş kimi bu fakt çox xoşdur. Bəli, tamaşaçı kimi hansısa filmi bəyəndiyimi və ya bəyənmədiyimi deyə bilərəm, bu, mənim haqqımdır. Amma bir vətənpərvər kimi ölkəmizdə bu prosesin başladığına sevinirəm.

- Məlum olduğu kimi siz demək olar ki, ölkədə ilk dəfə gəncləri "Parni iz Baku" teatrına cəlb etməyə başladız. Sizin sahədə kadrlarla vəziyyət nə yerdədir?

- Bizdə kadr çatışmır. Çünki hamı tez bir zamanda məşhur olmaq və böyük məbləğdə pul qazanmaq istəyir. Heç kim qara zəhmətlə məşğul olmaq istəmir. Bizim zamanımızda hər şey başqa cür idi. Biz soğan-çörək də yemişik, keçidlərdə, avtobuslarda yatmışıq ki, təki Vətənimizi təmsil edək, bayrağımızı yüksəldək. Bizim üçün prioritet informasiya blokadasını yarmaq, Azərbaycanı başqa tərəfdən göstərmək idi.

Biz soğan çörək də yemişik - FOTOKomandamızda heç kim fəaliyyətimizin populyarlıq gətirəcəyini və pul qazanmağa başlayacağımızı düşünmürdü. Biz bununla bir qədər gec, 10 il keçdikdən sonra başladıq.

Ona görə də bugünkü gənclərlə işləmək bir qədər çətindir. Demirəm ki, onların hamısı belədir, amma təəssüf ki, əksəriyyəti tez bir zamanda məşhur olmaq, hansısa televiziya verilişlərində, qalmaqallarda və s. iştirak etmək istəyirlər.

Birinin "Tahir İmanov çətin adamdır, onunla işləmək mümkün deyil" deməsi kifayətdir ki, hamı onunla maraqlansın, onun kim olduğunu, Tahir İmanovun ona nə etdiyini öyrənməyə çalışsın. Bu personaj artıq öz yaradıcılığı sayəsində deyil, mənim ünvanıma söylədiyi böhtan ilə məşhurlaşır.

Tahir İmanov tamamilə normal insandır, sadəcə tələbkardır. Mən öz yaxın dostlarım və yadlar arasında fərq qoymuram. Bizim teatrda əsas truppa beş aktyordan ibarətdir – onlar ŞHK-nin XX əsr çempionlarıdır. Bu, Cabir İmanov, Bəhram Bağırzadə, Emil Abbasov, Azər Məmmədzadə və mənəm. Amma repitisiyalarda mən, hətta öz qardaşıma belə güzəşt etmirəm, bu isə teatrda qanunun hamı üçün eyni olduğunu göstərir. Bu qanuna həm XX əsr çempionu Bəhram Bağırzadə, həm mənim qardaşım, digər XX əsr çempionu Cabir İmanov və teatrımıza yeni gələn gənc də riayət edir.

Biz soğan çörək də yemişik - FOTO- Bu gün mentalitetin inkişafımıza mane olduğunu deyə bilərikmi?

- Mən bunu mentalitet adlandırmazdım, bu, daha çox ənənələrdir. Sən yol hərəkəti qaydasını pozduqda, o dəqiqə DAM-da (Dövlət Avtomobil Müfəttişliyi) əlaqəsi olan tanışına zəng edirsən, və telefonu polis əməkdaşına verirsən. Təhsildə də vəziyyət elədir - əgər imtahanı qohumun qəbul edirsə, oxumaya bilərsən. Bu, mentalitet deyil, ənənələrdir. Pis ənənə yaxşı bir şeyə aparıb çıxara bilməz.

Məsələn, o burada həkim işləməlidir, çünki mənim qohumumdur? Xeyr. O, Vətəndə və ya xaricdə yaxşı təhsil aldığı üçün həkim işləməlidir. Bax hər şey bu prinsiplə olmalıdır, daha bu mənim qohumumdur vəssalam, burada işləməlidir – bu, düzgün deyil. Biz bununla mübarizə aparmalıyıq.

Bunun nəticələrini hamınız görürsünüz – baş verən qəzalar, həkimlərin yanlış diaqnozları, kadr çatışmazlığı və s..

- Belə çıxır ki, insanlarımızın bir çoxu öz yerində deyil, onlar həkim və ya müəllim vəzifəsində valideynləri istədiyi üçün oturub...?

- Məsələn, mən öz yerimdəyəm (gülür). Valideynlərim mənim iqtisadçı olmağımı istəyirdilər. Diplomun indi haradasa toz basıb, ondan bir dəfə də olsun istifadə etməmişəm. Mən öz yerimdəyəm və sevdiyim işlə məşğul olduğum üçün xoşbəxtəm. Amma hərdən bəzi məmurların təzyiqi ilə rastlaşmalı oluruq.

Biz soğan çörək də yemişik - FOTOLakin düşünürəm ki, bu, uzun müddət davam etməyəcək. Əgər görsək ki, bununla mübarizə apara bilmirik ölkə rəhbərliyinə müraciət edəcəyik. Ölkə rəhbərliyi isə ən çətin anlarda belə ŞHK-ni dəstəkləyib. Digər tərəfdən, prezidentimiz İlham Əliyev olmasaydı, Azərbaycanda ümumiyyətlə, ŞHK haqqında danışmaq olmazdı.

90-cı illərin ortalarında ŞHK hərəkatının mövcudluğu sual altında idi. Bu məsələni komandanın mərhum kapitanı Anar Məmmədxanov, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, indiki prezident İlham Əliyevə müraciət etməklə həll etdi.

Şahidi olduğunuz bütün qələbələr İlham Əliyevin, eləcə də ümummilli lider Heydər Əliyevin dəstəyi nəticəsində qazanılıb. Böyük ŞHK-nin digər komandaları, elə həmin ermənilər, ruslar, ukraynalılar prezident və Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti tərəfindən dəstəklənən yeganə komanda olduğumuz üçün bizə qibtə edirdilər, biz isə bununla fəxr edirdik.

Amma bu gün bizə təzyiq edənlər bizim sahibsiz qaldığımızı görürlər, ölkə rəhbərliyi konsertlərə gəlmir. Belə çıxır ki, konsertlərə ölkə rəhbərliyi gəldiyi zaman bizə heç kim təzyiq göstərmirdi və təhdid etmirdilər. Elə ki, konsertə prezident gəlmədi, təhdidlər və təzyiq başladı.

Biz soğan çörək də yemişik - FOTOOnlar bizim ölkə qarşısında nailiyyətlərimizi unudublar. Amma onlar unutmamalıdırlar ki, mənə Əməkdar Artist adını Prezident "Planeta parni iz Baku" ŞHK teatrı çərçivəsində cəmiyyətdə bu və ya digər neqativ anları yumor prizmasından tənqid etdiyim üçün verib.

Bizə təzyiq göstərən məmurların tarixlə tanış olub bunun xoş olmadığını anlamalarını istərdim. Əgər buna ümummilli lider Heydər Əliyev xeyir-dua veribsə, buna niyə toxunurlar?

- Bu gün Rusiya televiziyası demək olar ki, erməni diasporasının maraqlarına çalışır. Məsələn, TNT rusiyalıların ermənilər haqqında fikrini formalaşdırır. Nəyə görə orada azərbaycanlılar yoxdur, ora niyə yol tapa bilmirlər?

- Yenə də söhbət tez əldə edilən pul və populyarlıqdan gedir. Rusiya televiziyasında əksəriyyəti formalaşdıran elə həmin ermənilər, buna böyük əmək nəticəsində nail olublar. Gecə və gündüz, böyük əmək, illərlə yığılmış təcrübə, onlara Rusiya mediasına yol tapmağa yardım edib.

Mənə də Rusiya seriallarında ermənilərin "dolma" və "bozbaş" kimi xörəkləri, bu sözlərin heç mənasını bilmədikləri halda "öz yeməkləri" kimi təbliğ etməklərini gördükdə xoş gəlmir.

Nə deyə bilərəm... Bu, böyük dərddir. Mən Tahir İmanov kimi, təkbaşına nə isə etməkdə gücsüzəm. Əgər dəstəyim olsa, əlimdən gələn hər şeyi edərək ora yol tapar və onlara dolma və bozbaşın milli Azərbaycan yeməkləri olduğunu göstərərdim.

Biz soğan çörək də yemişik - FOTOYenə də dəstək lazımdır. Bu gün hamının dəstəyi var. 1997-ci ildən – İlham Əliyev MOK-a rəhbərlik etməyə başladığı dövrdən idmançılarımızın heç bir problemi yoxdur, onların hansı zirvələri fəth etdiklərinə baxın, hər il neçə medal qazanırıq. Çox hörmətli Aidə Mahmudova rəssamları dəstəkləyir, maraqlı sərgilər təşkil edilir.

KVN-çilərdən başqa hamının dəstəyi var. Murad Dadaşov demişkən, sponsor axtarmaq nə deməkdir? Bu, rəsmi dilənçilikdir. Təəssüf ki, bizim belə dəstəyimiz yoxdur, ona görə də biz bu və ya digər layihəni başlamazdan əvvəl milyon qapı döyürük, bu qapılardan yalnız biri açılır. "Maliyyə" meydana gəlir, və sən bilmirsən ki, maliyyə tapmaqla, məmurların təzyiqlərinə cavab verməklə və ya yaradıcılıqla məşğul olasan.

Bu, özünəməxsus üçbucaqdır – bəzi məmurlar tərəfindən təzyiq, maliyyə və yaradıcılıq. Bax, əgər yalnız yaradıcılıqla məşğul olsaydıq, bir qədər asan olardı.

- Deyirlər hər insanın əsl dostları var, elədirsə əsl dostlarınız kimlərdir və əsl düşməniniz kimdir?

- Hesab edirəm ki, əsl düşmən səni gəlib açıq-aşkar döyüşə, duelə çağırar. Daha altdan-altdan təzyiq etməz... Belələri ilə əlbəttə, mübarizə aparmaq daha çətindir. Mənim əsl dostum dövlətimdir, ən çətin anlarda yanımızda olan Prezidentimdir.

Biz soğan çörək də yemişik - FOTO2009-cu ildə ŞHK "Planeta parni iz Baku" teatrının çox böyük problemləri var idi, bizim mövcudluğumuz sual altında idi. İş o yerə çatdı ki, qardaşım Cabir İmanov ilə ölkədən getmək istəyirdik. Amma işə dövlət başçısı qarışdıqdan sonra hər şey həll edildi və mən rahat nəfəs aldım. Mən bir daha əmin oldum ki, İlham Əliyev bizim əsl dostumuzdur. Dost, sənə bu və ya digər layihə üçün pul verən deyil, dost hər zaman yanında olandır. Prezidentimiz bizə həm mənəvi, həm də maddi yardım göstərirdi. Amma mən hesab edirəm ki, prezidentin mənəvi yardımı hər şeydən üstündür.

- Tahir İmanov asudə vaxtını necə keçirir?

- Qiraət edirəm.

- Sevimli müəllifiniz?

- Dostoyevski. Mənim üçün ədəbiyyat Dostoyevskidən başlayır. Mən "Cinlər" əsərini bəşəriyyətin ən gözəl əsəri hesab edirəm. Sən bir səhifə oxuduqdan sonra heç nə anlamadığını başa düşürsən, ikinci, üçüncü dəfə yenidən oxuyursan... "Cinlər" əsərini dəfələrlə oxumuşam.

Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, şairlərdən isə Cabir Novruz, qohumum olduğu üçün yox (gülür).

Biz soğan çörək də yemişik - FOTO- Belə bir fikir var ki, biz azərbaycanlılar xaricdə bir-birimizi dəstəkləmirik...

- Bəli, bu belədir. Mən diasporalarımızn işini çox zəif hesab edirəm. Demək olar ki, diasporaların işini Heydər Əliyev Fondu yerinə yetirir; Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun qızı Leyla Əliyeva böyük işlər görürlər. "Xocalıya ədalət" – bu aksiya necə ustalıqla hazırlandı! Bilirsiz bir vətəndaş kimi Heydər Əliyev Fondunun işində nəyi bəyənirəm? Onların heç bir zəif yeri olmadıqlarını, bunu bir yaradıcı insan kimi deyirəm. Etiraf edirəm, ŞHK-da zəif nömrələr, zəif çıxışlar var idi. Amma burada zəif anlar yoxdur, hər şey o qədər keyfiyyətlidir ki, görünür ki, peşəkarlar işləyir.

- Azərbaycanlı tamaşaçını konsertinizdə nə gözləyir?

- "Milli Məclis"in ikinci hissəsi gözlənilir, keçən konsertimizdə səs-küyə səbəb olan hissəsi bu dəfə tamamilə Avropa Oyunlarına həsr ediləcək. Mənə deputatların özlərinin "Milli Məclis" haqqında xoş sözlər deməsi sevindirdi. Məsələn, elə həmin Siyavuş Novruzov. Mən Fazil Mustafa, Zahid Orucun müsahibələrini də oxumuşam. Olmalı olan da elə bu idi. Mən ümumiyyətlə, fürsətdən istifadə edərək hamını konsertə dəvət edirəm. Təəssüf ki, onlara dəvətnamə göndərə bilməyəcəm, amma inanıram ki, onların bilet almaq üçün imkanları var (gülür).

Biz soğan çörək də yemişik - FOTOBütün nömrələr yeni və maraqlıdır. Əsas odur ki, bu il ərzində, iki konsertimiz arasında vaxt ərzində siyasətdə, sosial həyatda, şou-biznesdə bir çox hadisə baş verib. Və biz bu hadisələrdən yan keçə bilmədik (gülür). Bizim işimiz bütün bunlara yumor prizmasından baxmaqdır, düşünürəm ki, alınacaq.

- Tamaşaçılara müraciət edərək nə demək istərdiniz?

- Mən onlara sədaqətlərinə görə təşəkkür edirəm. Bizimlə olduqları bütün bu illər üçün təşəkkür edirəm. Bir böyük KVN-çi bir dəfə deyib ki, sizinlə keçirdiyimiz illər ən əziz illərdir və biz onları heç bir zaman unutmayacağıq.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4176   Tarix: 02 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571