Enerjimizi oğurlayan 7 şey

Enerjimizi oğurlayan 7 şeyYorğun hiss edirsiniz və nədən qaynaqlandığını bilmirsiniz? Aşağıdakı maddələrdən biri və ya bir neçəsi sualınızın cavabı ola bilər.

1. Stul və ya kresloda uzun müddət oturmaq

Uzun bir müddət eyni pozisiyada oturmaq enerjinizi azalda bilər. Tv izləyərkən və ya kompüter istifadə edərkən belə bu vəziyyət yarana bilər. Çünki bədəniniz, hərəkətsizliyi yatmaqla bir tutur.

2. Pis duruş, enerjini boş yerə xərcləyər.

Bədəni dik halda tutmağa çalışılarkən böyük miqdarda enerji xərclənir. Pis duruş ( önə əyilmə və ya sallanma) onurğanın düzlüyünü pozur. Onurğanın tarazlığı nə qədər pozularsa, əzələlər də bunu konpensasiya etmək üçün o qədər enerji xərcləyər.

3. Çox aşağı kalorili dietalar yorğunluğa səbəb olur.

Artıq kilolardan qurtulmaq enerjinizi artırar, amma bunu çox aşağı kalorili dietalar yolu ilə etmək sizə kömək etməz. Bu dietalar, xüsusilə günlük qəbulun 850 kaloridən az olduğu dietalar sizi daha da yorğun edəcək, hətta sağlamlığınıza başqa cür də təsir edəcək.

4. Davamlı olaraq qapalı mühitlərdə olmaq.

Evdən işə, işdən evə olan bir həyat tərzi, xüsusilə soyuq qış aylarında asanlıqla mənimsənə bilir. Amma təmiz havadan və günəş işığından kifayət qədər yararlanmamaq digər bir yorğunluq səbəbidir.

Həll yolu: Gündə ən az bir dəfə 10 dəqiqəlik piyada gəzintiyə çıxın. Hava buludlu olsa belə, daha çox günəş işığı alacaq və təmiz havadan faydalanacaqsınız.

5. Bulka kimi karbohidrat səviyyəsi çox olan yeməklərlə səhər yeməyi yemək.

Karbohidrat səviyyəsi çox olan yeməklər, qan şəkərinin bir anda yüksəlməsinə səbəb olur. Lakin 1-2 saat içində də qan şəkərində ani bir enmə yaşanır. Nəticə? Enerjiniz qalmadığı üçün bitkin hala gəlirsiniz.

Həll: Səhər yeməyi günün ən önəmli yeməyidir. Bu yeməyi keçirmədən, lif və protein baxımından zəngin olan qidalarla səhər yeməyinizi yeyin.

6. Davamlı narahatlıq, enerjinizi yox edər.

Əgər gün boyu bir şey haqqında qayğılansanız, ürək döyüntülərinizin sürəti və təzyiqiniz yüksələcəyi üçün, əzələləriniz daralacağından yorğunluq ortaya çıxacaqdır.

Həll: Narahatlıqlarınızı həll etmək üçün bir az zaman ayırın. Pozitiv çözümlər üzərində düşünməyə çalışın və sonra narahatlıqlarınızı zehninizdən qovun. Bir vəzifə və ya bir tapşırığı səhər ilk iş olaraq edin ki, bütün günü bunun haqqında narahatlıq keçirməyin.

7. Qış günləri bitkinliyi artırır.

Günün qısa olduğu qış vaxtı yuxu-oyanıqlıq dönməsi pozula bilər. Qışda daha az günəş işığı alınması səbəbiylə yuxuya getmə hormonu olan melatonin daha çox istehsal olunur. Bu da yuxulu bir hala səbəb olur.

Həll: Qış günlərində mümkün olduğu qədər bayıra çıxmağa çalışın, bol meyvə və tərəvəz yeməyə diqqət edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2555   Tarix: 02 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164