Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTO

Mirvari təkcə gözəl görünüşünə görə deyil, mistik xüsusiyyətInə görə də insanların, xüsusilə qadınların diqqətini cəlb edir.

Ta qədim zamanlardan mirvari xoşbəxtlik daşı sayılır. İnci sahibinə arzu və istəklərini həyata keçirmək imkanı verir. Keçmiş inanclara görə, mirvari sevinc, var‐dövlət gətirir, bir sözlə xoşbəxtlik talismanı sayılır. Elə buna görə də subay qızlara mirvaridən hazırlanmış zinət əşyaları istifadə etmək məsləhət görülür. Mirvari qaşlı üzük insanı əliəyrilikdən, düşünülməmiş, düzgün olmayan addımlar atmaqdan çəkindirir, sevgidə sadiqliyi qoruyur.

Qədim dövrlərdən başlayaraq Azərbaycanda mirvari ilə işlənmiş müxtəlif zərgərlik məmulatları və mirvari boyunbağılardan istifadə edilib. Mirvarinin bir sıra xüsusiyyətləri onu digər daş-qaşlardan fərqləndirir. Mirvari odun istisindən sıradan çıxır və saralır. Rütubət mirvarinin suyunu qaçırır. O, bəzək əşyası olmaqla yanaşı, insanın ürəyinə qüvvət verir, ürək tutulmasına və sıxıntılarına son qoyur, boğazdan gələn qanı kəsir.

Bu qiymətli daşın özəlliklərinə, onunla bağlı maraqlı hadisələrə toxunmazdan öncə, yaranmasından, növlərindən, hansı məkanlarda daha çox tapılmasından, yetişdirilməsindən bəhs etmək yerinə düşər.

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTOİnci yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. Məhz bu keyfiyyətinə əsasən, əsrlər boyu təbii mirvarilər baha qiymətə təklif olunub. Düzdür, süni mirvarilər peyda olandan sonra ucuzlaşma müşahidə edilsə də, təbii mirvari hələ də öz yerini və qiymətini qoruyur.

Təbii mirvari, adətən, dəniz midyalarının, şirin su molyusklarının, bəzən də ilbizlərin qabıqlarının daxilində əmələ gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adıçəkilən heyvanları qıcıqlandıraraq şirə buraxmasına səbəb olur. Şirə isə müəyyən zaman müddətində kənar hissəciyi əhatə edərək mirvari əmələ gətirir. Təbii mirvarilərin özü də iki yerə bölünür: dənizdə və şirin suda, çayda yaşayan canlılardan əmələ gələnlər.

Onu da qeyd edək ki, təbii mirvarilər arasında ən diqqətçəkəni, bahalısı gümüşü və gümüşü‐yaşıl çalarlı mirvarilərdir. Bu mirvarilərə az rast gəlinir. Təbii mirvarilərin ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcuddur. Yetişdirilmiş mirvarilərin parıltısı isə bir az sönük olur.

Nəsirəddin Tusi «Cəvahirnamə» əsərində mirvarinin növünü təsvir etmiş, rənginə və başqa xüsusiyyətlərinə görə, on bir adı göstərilmişdir. O yazır: «Mirvarinin soğan kimi qabığı vardır. Onun yaxşı və ya pis olmasını üç əlaməti ilə bilmək olar:

1. Rəngindən;
2. Görünüşündən;
3.Kiçiklik və ya böyüklüyündən».

Müasir dövrdə isə mirvarini qiymətləndirmək məqsədilə əsasən, yeddi şərt müəyyənləşdirilib:

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTORəng, parıltı, sədəf qatının qalınlığı, forma, təmizlik, ölçü, çeşid.

Qəm-qüsssəni unutduran inci

Nəsrəddin Tusi yazır: «Mirvari sevdadan doğan qorxunu və ürək döyüntülərini ortadan qaldırır. İnsanın əhvali‐ruhiyyəsini yüksəldir. Qəm və qüssəni unutdurur. Boğazdan gələn qanı saxlayır. Göz xəstəliklərinin müalicəsində də ondan istifadə edilir...»

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTOӘsrlər boyu sadə insanlardan tutmuş imperatorlara, krallara qədər hamının diqqətini cəlb edən mirvari, litoterapiyanın da metodları sırasında özünə layiqli yer tutub. Hələ qədim dövrlərdən litoterapiyaya mirvarinin ürək xəstəliklərinin dərmanı olması məlum idi.

Litoterapevtlər kəskin ürək ağrıları zamanı kiçikölçülü mirvarini dilin altında saxlamağı məsləhət görürdülər. Mirvari ağrıları götürür, ürək döyüntülərini, aritmiyanı sakitləşdirir, itirilmiş gücü bərpa edirdi.

Bəzi iddialara görə, mirvari insanı cavan saxlayır, seksual həssaslığı artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan başqa, onun beyin xəstəliklərində, zəhərlənmələrdə kömək etdiyi də məlumdur.

İncidən göz sinirlərinin və başqa göz xəstəliklərinin müalicəsində, həmçinin «toyuq korluğu»nda da istifadə olunur. Litoterapevtlər bildirirlər ki, mirvari görmə itiliyini artırır. Əksər göz xəstəliklərinin müalicəsində mirvari tozundan və ya suda həll olunmuşundan istifadə edilir. O gözün işığını artırır, görmə qabiliyyətini yaxşılaşdırır.

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTOBundan başqa, bu qiymətli daş qanı təmizləyir, onun al‐qırmızı rəng almasına səbəb olur. Mirvari insanı qorxudan, stressdən qorumaqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxusuzluğu, miqreni, babasili müalicə edir. Ondan böyrək, qaraciyər, öd xəstəliklərində də istifadə olunur. Dişlərə parıltı verir, ağızdan pis qoxunu uzaqlaşdırır.

Mirvari hamilə qadınlar üçün də çox faydalıdır, ana bətnində dölü qoruyur.

Yüksək temperatur zamanı effektli vasitədir. Şəkərli diabet xəstələrinə, astma tutmaları zamanı da çox köməyi olur. Allergik reaksiyalarda müsbət təsiri var.

Orta əsrlərdə anemiyası olan uşaqlara mirvari tozu qatılmış süd içirdirdilər. Mirvarini əzib toz halına salıb isti suda həll edirlər, ondan şərbətə, müxtəlif məcunlara qatırlar. Ondan gündə 3-4 dəfə və hər dəfə də 15-20 qram qəbul edirlər ki, bu da ürək tutmalarına və sıxıntılarına kömək edir, habelə ürəyi qüvvətləndirir. Onun qəbul edilməsi adamın əhval-ruhiyyəsini qaldırır.

Qədim hind təbabəti isə möhkəmləndirici vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıldığı suyu içməyi məsləhət görür. Bunun üçün xırda mirvarilər gecədən suya qoyulmalıdır. Belə hesab olunur ki, bu su orqanizmdə maddələr mübadiləsini tənzimləyir, kəskin göz xəstəliklərində, soyuqdəymədə, endokrin, qadın xəstəliklərinin müalicəsində yararlı sayılır.

Yaponiyada apteklərdə toz halında mirvari satılır və buna tələbat böyükdür.

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTOYetişdirilmiş mirvarilərin zərgərləri qane etməyən hissələri Cənub‐Şərqi və Cənub‐ Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi istifadə olunur. Müasir dövrdə hazırlanan dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.

Başqa bir inama görə, mirvarinin rənginin tutqunlaşması onun sahibinin ağır xəstəliyə düçar olmasına, yaxud da tezliklə öləcəyinə dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki, xəstə insanların istifadə etdiyi mirvari sürətlə sıradan çıxır, parıltısını daha tez itirir. Әgər mirvari qəfildən xarab olmağa başlayırsa, dərhal sağlamlığınızın qeydinə qalın.

Qara mirvari qadına bədbəxtlik gətirir

Bəzi inanclara görə, mirvari ailəli adamlara yaxşı təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkələrdə gəlin bəzəyi kimi mirvaridən istifadə olunur. Qədim Romada təzə evlənənləri mirvari boyunbağı ilə sarıyırdılar. Bu, ər‐arvad sadiqliyinin simvolu sayılırdı.

Çində gəlinin baş geyimindən sapa düzülmüş mirvari asırlar ki, gəlinin üzü görünməz olur. Bundan başqa, üzərində mirvari gəzdirən insanlar lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara qoyur, səhvini düzəltməyə çalışır. Bununla belə, qara mirvari depressiya, hüzn, darıxdırıcılıq gətirir. Gənc qadınlara onu taxmaq məsləhət deyil. Deyilənlərə görə, qara mirvari gəzdirən qadınlar tez dul qalırlar.

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTOQiymətli daş‐qaşlar arasında mükafat şəklində təqdim olunanı da mirvaridir. Hələ qədimdən Romada kvadriqlərin (iki təkər üzərində dörd ata qoşulu antik araba) yarışında qalib üçqat mirvari boyunbağı ilə mükafatlandırılırdı. Çingiz xan dönəmində mirvari var‐dövlət, hökmdarlıq, əzəmət, qüvvət simvolu idi.

Qeyd etdiyimiz kimi, digər zinət əşyalarından fərqli olaraq, mirvari 100–150 il olduğu kimi qalır, sonra sıradan çıxır. Әslində, inci, mərcan, sədəf, çanaq üzvi maddədir. Odda yana, insan bədəninin hərarətindən, tər və çirkdən vaxt ötdükcə sıradan çıxa bilər. Sirkə və naşatır kimi kəskin qoxulu maddələr mirvarini yeyir, tərkibində kalsium karbonat – 91%, üzvi maddə – 4%, su – 4% və müxtəlif maddələr 1%‐dir.

Tədqiqatçılar, zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki, mirvarinin tez «qocalmaması» üçün ondan daim istifadə etmək lazımdır.

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər - FOTOMirvarini günəş altında tutmaq məsləhət deyil. Çünki isti onu sıradan çıxarır. İnsan bədəninin hərarəti də onu xarab edir. Kosmetika, saç lakı, tər, çirk, buxar, yağ, müşkün kəskin qoxusu mirvariyə ziyandır. Mirvarinin korlanmaması üçün onu səliqəli taxmaq, ara‐sıra təmizləmək lazımdır. Duzlu su və sabunla yumaq məsləhət görülür. Bundan başqa, mirvarini paltarın üstünə taxanda rəngi solmağa başlayır.

Deyilənlərə görə, yuxuda mirvari görmək gələcək uğurlardan xəbər verir. Yuxuda mirvaridən düzəldilmiş hədiyyə almaq isə var‐dövlətə işarədir.

publika.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5702   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

TOP MP3