Hamı savaşa hazır olacaq - VİDEO

Hamı savaşa hazır olacaq - VİDEOTəhsil Nazirliyi daha bir yenilik tətbiq edib. Döyüş şəraitində yaşayan ölkənin yeniyetmələri silahlarla bundan sonra elə məktəbdə tanış olacaqlar.

Uzun zamandır ki, orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisi yox səviyyəsində idi. Buna səbəb isə 10 il əvvəl Sumqayıt və Gəncədəki orta məktəblərdə hərbi hazırlıq dərsləri üçün döyüş bölgəsindən gətirilən qumbaranın partlaması idi. Həmin hadisələr nəticəsində 3 şagird həlak olmuş, 10-dan çoxu isə yaralanmışdı. O zamandan sonra orta məktəblərdə hərbi hazırlıq dərsləri demək olar ki, ləğv edildi.

Bu fənnin tədrisi üçün məktəblərdə lazımı vəsaitlərin ürəkaçan səviyyədə olmaması isə gənclərin çağrışadək hazırlığını xeyli geriyə salırdı. 20 ildən çoxdur müharibə şəraitində yaşamağımız gənclərin hərbi hazırlığını həmişə labüd edib. Bunun üçün öncə məktəblərə veriləcək hərbi vəsaitlərə diqqət edilməli idi. Ona görə də Təhsil Nazirliyi orta məktəbləri silahlandırmaqla yeni layihəyə start verdi.

Əgər əvvəllər hərbi hazırlıq dərslərindəki vəsaitlər yalnız maket idisə, indi bu dəyişdirilib. Çünki, məktəblilərin hərbi hazırlığı daha yaxşı mənimsənilməsi üçün məktəblərə həqiqi silahlar paylanılıb.

Azərbaycan müstəqillik əldə ediləndən sonra ilk dəfədir ki, məktəblər həqiqi hərbi avadanlıqlarla təchiz olunur. Diqqət çəkən məqam isə bu silahlar həqiqi olsa da, şagirdlərə ziyan verməyəcək tərzdə hazırlanıb. İndiyə qədər silahlarla necə davranmağı yalnız kitabdan oxuyan şagirdlər bu nəzəriyyəni böyük həvəslə təcrübədən keçirməyə çalışırlır.

Yeni layihəyə əsasən hərbi hazırlıq dərslərini tədris etmək üçün məktəblərə ehtiyatda olan zabitlər cəlb edilib.

Silahlı Qüvvələrə Nəzarət İctimai Birliyin sədri Emin Həsənlinin sözlərinə görə, ehtiyatda olan zabitlərimiz var ki, artıq onlar məktəblərdə hərbi müəllim ki, fəaliyyətə başlayıblar: "Onların bu sahədə böyük təcrübəsi var. Onların illər ərzində topladığı təcrübə hesabına şagirdlərin hazırlanması daha məqsədə uyğun olardı".

Layihə hələlik paytaxtın 50 məktəbində sınaqdan keçirilir.

Təhsil Nazirliyinin şöbə müdiri Samir Məmmədov bildirib ki, pilot layihə kimi seçilən məktəblərin hərbi kabinetdə üç ədəd "AK" tipli avtomat, əl qumbaraları, piyada və tank əleyhinə minalar, sökülüb-yığılan avtomat və s. tipli hərbi avadanlıqlar quraşdırılıb.

Yaxın vaxtlarda isə respublikanın bütün orta ümümtəhsil məktəbləri silah sursatla təmin ediləcək.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3365   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672