Ayrılıq acısını unutduran qidalar

Ayrılıq acısını unutduran qidalarYediyiniz qidalar sınmış qəlbinizi yaxşılaşdırmağa kömək edə bilər!

Boşanma, ayrılıq insanın daha çox stressə yaşamasına, depressiyaya düşməsinə səbəb olur. Təəssüf ki, bu ağrını heç bir dərmanla sağaltmaq mümkün deyil. Ayrılıq və xəyanət ağrısı zamanla keçir... Lakin həyat tərzini dəyişmək, əyləncələrə çox yer vermək, dostlarla görüşmək, söhbətləşmək depressiyadan çıxmağa qismən kömək edir. Bundan başqa, seretonin hormonunun səviyyəsini artıraraq xoşbəxtlik gətirən qidalar da ayrılıq ağrısından yavaş-yavaş azad olmağa kömək edə bilir.

Stressli vaxtlarda adətən yüksək kalorili yeməklərə yönəlirik. Bu yeməklər isə kökəlməyə səbəb olduğu üçün bir müddət sonra bizi ikiqat stressə salır. Ayrılıq ağrısından əziyyət çəkənlərə daha yaxşı təsir edən, eyni zamanda daha az kalorili 5 qidanın faydalarını təqdim edirik:

1. Qızılbalıq: Ümumiyyətlə, qızılbalıq kimi yağlı balıqlar adrenalin səviyyəsini nəzarət altında saxlayaraq insanı sakitləşdirir. Omeqa-3 yağ turşuları da əhvalı yaxşılaşdırır. Bundan başqa, daha sağlam dəri və saçlara qovuşdurur. Beləcə, gözəl görünüşünüzlə yeni birinin diqqətini çəkmək sizə də zövq verəcək.

2. Badam: Ayrılmaq və ya boşanmaq stressə səbəb olur. Badam isə immun sistemini gücləndirir. Badamın tərkibinə E vitaminləri və sink ilə zəngin antioksidantlar daxildir. Bundan başqa, badamda doymamış və sağlam yağlar olur. 30 qramında 163 kalori və 12 qram yağ olduğu üçün həddini aşmaq olmaz. Qoz, fıstıq da eyni funksiyanı yerinə yetirir və əhvalı yüksəldir.

3. Qatıq: Stressli anlarda mədə şikayətləri çoxalır. Daha tez-tez qarın ağrısı yaşayırıq, ishal da ola bilər. Qatıqda olan aktiv maddələr mədə problemlərinin yaranmasını əngəlləyir. Eyni zamanda, ehtiva etdiyi probiotiklər həzm sistemini tənzimləyir, orqanizmi zülal və kalsiumla təmin edir. Kefir, donmuş qatıq da adi qatıq qədər faydalıdır.

4. Tünd şokolad: Tünd şokoladın stress səviyyəsini aşağı saldığı sübut olunmuş faktdır. Şokolad xoşbəxtlik hormonu olan serotinini artıran şəkərdən və kakaodan ibarətdir. 30 qramı 150 kalori və 9 qram da yağ daşıdığı üçün qədərindən artıq yemək olmaz.

5. Tam taxıllı səhər yeməkləri: İnsanların çoxu özünü yaxşı hiss etmədiyini düşündüyü üçün yüksək karbohidratlı yeməklərə yönəlir. Bunun səbəbi belə qidanı istehlak etdikdə beyinin özümüzü yaxşı hiss etməyimizi təmin edən serotonin ifraz etməsidir. Amma bir çox insan ifrata qaçır. Karbohidrat istehlak etmək əvəzinə, tam taxıllı qidalara üstünlük verin. Beləliklə, daha sağlam qidalanar və stressi azaltmış olarsınız. Özünüzü stressli hiss etdikdə bir kasa yağsız süd ilə tam taxıllı səhər yeməyi yeyin.

Bundan başqa, bu qidalar fiziki fəallığı da yüksəldir, bədəni gümrahlaşdırır. Özünüzü gün ərzində enerjili hiss edirsiniz.

Nə yediyinizdən ziyadə necə yediyiniz də əhəmiyyətlidir. Bunun üçün bir neçə taktika:

1. Birinci növbədə yemək istədiyinizdən əmin olun. Bunun üçün aclıq səviyyənizi 1-dən 10-a qədər ölçün. 10- ən çox yemək istədiyiniz vəziyyətdir. Son yediyiniz zamanı düşünün. Əgər həqiqətən acmısınızsa, yeməyə başlayın. Əgər sadəcə stressə bağlıdırsa, gəzintiyə çıxın, ilıq duş qəbul edin və ya stressdən başqa bir variantla xilas olun.

2. Özünüz üçün dinc, sakit və səssiz bir mühit yaradın. Yemək vaxtı bütün elektrik alətlərini söndürün. İnternet və s. 30 dəqiqə gözləyə bilər. Yemək kefini ailəniz və dostlarınız ilə birlikdə çıxarın, bol-bol söhbət edin.

3. Tez-tələsik yemək ən pis vərdişlərdən biridir, sadəcə stressli şərait yaradır. Gün ərzində çərəzlər üçün 5-10 dəqiqə, əsas yemək üçün isə 20-30 dəqiqə vaxt ayırın.

bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1695   Tarix: 17 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925