İdmançılarımız ermənilərin dərsini verdi

İdmançılarımız ermənilərin dərsini verdiSon Azərbaycan çempionu erməni üzərində qələbə qazanıb.

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turniri davam edir.

Yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz ümidləri doğrultmayıb. O, ukraynalı Dmitri Zamotayevlə görüşdən məğlub ayrılıb – 1:2.

Milli komandamızın üzvü Elvin İsayev (60 kq) ikinci döyüşündə də qalib gəlib. Son Azərbaycan çempionu Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan üzərində qələbə qazanıb – 3:0. E.İsayev 1/4 finalda tailandlı Saylom Ardee ilə üz-üzə gələcək.

Yığmamızın Kuba əsilli üzvü Lorenzo Sotomayor da (64 kq) erməni boksçunu mübarizədən kənarlaşdırıb. O, Hovanes Baçkovu 2:1 hesabı ilə üstələyib. L.Sotomayorun 1/4 finaldakı rəqibi braziliyalı Joedison de Xesus olacaq.

69 kq çəki dərəcəsində çıxış edən Roman Zakirov "Baku Fires" klubundan yaxşı tanıdığımız Belarusu təmsil edən Məhəmməd Nuruddinova uduzub – 0:3.

Kamran Şahsuvarlı (75 kq) ilk görüşdə Qazaxıstan milli komandasının üzvü Rüstəm Svayevə məğlub olub – 0:3.

London olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) yarışa məğlubiyyətlə başlayıb. Həmyerlimiz İsveçrə təmsilçisi Uke Smajli ilə bacara bilməyib – 0:3.

Qadın boksçularımız da "Strandja" turnirində çıxışlarına başlayıblar. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə dueldən məğlub ayrılıb – 0:3.

Dünya çempionatının gümüş mükafatçısı Yana Alekseyeva ilk görüşdə bolqarıstanlı Svetlana Kamenova ilə qarşılaşıb. Bərabər döyüşdən sonra hakimlər qələbəni yerli idmançıya veriblər.

Milli komandamızın digər üzvü Anna Əlimərdanova isə (54 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Yunanıstan təmsilçisi Aikaterini Koutsoqeorqoponu mübarizədən kənarlaşdırıb – 2:1. A.Əlimərdanova növbəti mərhələdə amerikalı Kristina Kruzla qarşılaşacaq.

Yelena Vıstropova (69 kq) qazaxıstanlı Zarina Soloyevayla, Leyla Cavadova isə (75 kq) belaruslu Viktoriya Kebikava ilə görüşəcək.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1239   Tarix: 26 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053