Son 5 ildə hansı dəhşətli hadisələr baş verib?

Son 5 ildə hansı dəhşətli hadisələr baş verib?"XXI əsr heç də sülh dövrü olmadı".

XX əsrdə 2 qanlı dünya müharibəsinə və çoxsaylı lokal konfliktlərə şahidlik edən bəşəriyyət XXI əsrin sülh və inkişaf dövrü olduğunu düşünürdü. Lakin baş verənlər bunun heç də belə olmadığını göstərdi.

2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin partladılması və 3 min insanın ölümü ilə nəticələnən qanlı terror aktı yeni əsrin terrorla müharibə əsri olduğunu ortaya qoydu. Sonradan Əfqanıstan və İraqda NATO qoşunlarının müdaxiləsi, Madrid, London kimi Avropa şəhərlərində baş verən qanlı terror aktları, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi, 2005-ci ilin dekabrında Hind okeanında 300 mindən artıq insanın həyatına son qoyan dəhşətli sunami və s. dünyada hökm sürən qeyri-stabil şəraitin göstəricisi idi. Bu qeyri-stabillik sonrakı illərdə də davam edib.

2010

12 yanvar

Karib dənizində yerləşən Haiti adasında baş verən 7 ballıq zəlzələ və onun ardınca gələn sunami 225 min insanın həyatına son qoydu. Ada ölkəsini viran qoyan həmin dəhşətli təbiət faciəsi hələ də "üçüncü dünya ölkəsi" olan Haitidə iqtisadi-siyasi gərginliyə yol açır.

10 aprel

Rusiyanın Smolensk şəhəri yaxınlığında içərisində prezident Lex Kaçinski və həyat yoldaşı Mariya daxil olmaqla, Polşanın bir sıra dövlət xadimlərinin olduğu təyyarə qəzaya uğradı. Hadisə nəticəsində 96 nəfər həlak oldu.

12 may

Liviyanın Tripoli şəhərində göyərtəsində 104 nəfərin olduğu təyyarə qəzaya uğrayır. Sərnişinlərinin əksəriyyəti Hollandiya vətəndaşı olan qəzada 8 yaşlı uşaq istisna olmaqla 103 nəfər həlak olur.

31 may

Blokada vəziyyətində olan Qəzza sektoruna humanitar yardım aparan "Mavi Mərmərə" İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalır. Gəminin göyərtəsindəki toqquşma 9 nəfər Türkiyə vətəndaşının ölümünə, 10-u israilli əsgər olmaqla 30-dan artıq insanın yaralanmasına səbəb olur.

10 iyun

Qırğızıstanın cənubunda qırğızlarla etnik özbəklər arasında milli zəmində toqquşmalar baş verir. İğtişaşlar zamanı rəsmi məlumatlara görə, 420-dən artıq insan həlak olub.

11 dekabr

Moskva sakini Yeqor Sviridovun küçə mübahisəsi zamanı Şimali Qafqaz əsilli vətəndaşlar tərəfindən öldürülməsindən sonra mərkəzi Moskva olmaqla, bütün ölkə boyu kütləvi iğtişaşlar və toqquşmalar baş verir.

24 dekabr

Tunisdə Sidi-Buzid şəhərində küçə ticarəti ilə məşğul olan 26 yaşlı Mənzəl Buazeyn sosial ədalətsizliyə etiraz olaraq özünü yandırır. Həmin gün Yaxın Şərq və Şimali Afrikada böyük ictimai-siyasi dəyişikliyə yol açacaq "ərəb baharı"nın başlanğıcı olur.

2011-ci il

14 yanvar

Tunisdəki etirazlar prezident Zin əl-Abidin Ben Əlinin istefa verməsi ilə nəticələnir.

15 yanvar

Cənubi Sudan referendum yolu ilə Sudan Ərəb Respublikasından ayrılaraq müstəqil dövlətə çevrilir.

24 yanvar

Moskvanın "Domodedovo" hava limanında kamikadzenin törətdiyi partlayış 40 nəfərin ölümünə, 180 nəfərin yaralanmasına səbəb olur.

11 fevral

1981-ci ildən Misir prezidenti olan Hüsnü Mübarək etirazlar fonunda ölkə rəhbərliyindən istefa verir.

15 fevral

Liviyada Müəmmər Qəddafiyə qarşı kütləvi etirazlar başlayır.

11 mart

Yaponiya sahillərində 9 bal gücündə baş verən zəlzələ və onun doğurduğu sunami "gündoğan" ölkədə insan tələfatına və dağıntılara səbəb olur. Təbii fəlakət 25 min insanın ölümünə və 50 mindən artıq insanın yaralanmasına yol açır.

15 mart "Ərəb baharı"nın inqilab dalğası Suriyanı da bürüyür. Ölkənin Dəməşq, Hama və Dəraa şəhərlərində iğtişaşlar baş verir.

19 mart

NATO qoşunları Liviyanın bombalamağa başlayır.

2 may

Dünyanın bir nömrəli terrorçusu Üsama ben Laden ABŞ xüsusi xidmət orqanları tərəfindən Pakistanda məhv edilir.

22 iyul

Norveçin paytaxtı Osloda və Uteyya adasında 34 yaşlı millətçi Anders Breyviq tərəfindən törədilən kütləvi qətliam nəticəsində 77 nəfər həlak olur, onlarla insan xəsarət alır.

7 sentyabr

Rusiyanın Yaroslavl şəhərində göyərtəsində "Lokomotiv" hokkey klubunun heyəti olan təyyarənin qəzaya uğraması nəticəsində 44 nəfər həlak olub, 1 nəfər sağ qalıb.

31 oktyabr

Yer kürəsinin 7 milyardıncı sakini dünyaya gəlib.

2012-ci il

1 fevral

Misirin Port-Səid stadionunda baş verən qarışıqlıq zamanı 74 nəfər həlak olur, 300 nəfər xəsarət alır.

22 fevral

Argentinada qatar qəzası baş verir. 49 nəfər həlak olub, 600 nəfər xəsarət alıb.

6 aprel

Malidə dövlət çevrilişi baş verir. Prezidenti devirən tuareq tayfası müstəqil Azavad dövləti yaratdıqlarını elan edir.

4 dekabr Filippində "Pablo" qasırğası 1844 insanın ölümünə səbəb olur.

14 dekabr ABŞ-ın Send-Huk şəhərindəki ibtidai məktəblərdən birinə hücum edən 20 yaşlı gənc 28 nəfərin həyatına son qoyur.

2013-cü il

16 yanvar

Əlcəzairdə neft mədəninə hücum edən terrorçular 20-dən artıq əcnəbi işçini qətlə yetirirlər.

27 yanvar

Braziliyanın "Kiss" gecə klubunda baş verən yanğın 236 nəfərin həyatına son qoyur.

15 fevral

Rusiyanın Çelyabinsk vilayətinə meteorit düşür.

5 mart

Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişir.

15 aprel

ABŞ-ın Boston şəhərindəki illik marafonda 2 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verir. Sonradan hadisəni çeçen əsilli Tamerlan və Cövhər Çarnayev qardaşlarının törətdiyi aydınlaşır.

24 aprel

Banqladeşin Savar şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində 1124 nəfər həlak olur.

3 iyul

Misir ordusu prezident Məhəmməd Mursini devirir.

24 iyul

İspaniyada 80 nəfərin ölümü, 170 nəfərin xəsarət alması ilə nəticələnən qatar qəzası baş verir.

21 sentyabr

Keniyanın pasytaxtı Nayrobidə ticarət mərkəzinə baş verən hücum nəticəsində arasında avropalılar da olmaqla 67 nəfər həlak olur.

3 oktyabr

İtaliyanın Lampeduza adasında baş verən gəmi faciəsi nəticəsində 350 nəfər dünyasını dəyişir.

9 noyabr

"Yolanda" qasırğası Fillipində 6500 nəfərin həyatına son qoyur.

21 noyabr

Ukraynada Viktor Yanukoviç hakimiyyətinə qarşı kütləvi etirazlar başlayır.

29-30 dekabr

Rusiyanın Volqoqrad şəhərində baş verən ikili teror aktları nəticəsində 46 nəfər həlak olur, 250 nəfər xəsarət alır.

2014-cü il

21 fevral

Viktor Yanukoviç hakimiyyətinə qarşı Kiyevdə başlayan etirazlar onun devrilməsin əsəbəb olur. Etirazçıların snayper atəşinə mərzu qalması nəticəsində 108 nəfər həlak olur.

8 mart

Malayziyaya məxsus "Boing 77" təyyarəsi Hind okeanı üzərində yoxa çıxır. 227 sərnişin və 12 heyət üzvünün taleyi bu günə qədər müəyyən olunmayıb.

16 mart

Krımda müstəqillik haqda referendum keçirilir.

18 mart

Krımın Rusiyanın tərkibinə keçməsi ilə bağlı razılşama imzalanır.

7 aprel

"Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" elan olunur.

16 aprel

Cənubi Koreyada "Sevol" gəmisinin qəzaya uğraması nəticəsində 300-dən artıq insan həlak oldu.

13 may

Türkiyənin Soma kömür mədənində baş verən qəza nəticəsində 301 nəfər şaxtaçı həlak oldu.

17 iyul

Donetsk vilayətində Amsterdam (Hollandiya) – Kuala-Lumpur (Malaziya) reysi ilə hərəkət edən təyyarə raketlə vurulur. Nəticədə təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olur.

9 avqust

Qaradərili Maykl Braunun Sent-Lüis şəhərində ağdərili polis tərəfindən güllələnməsi kütləvi iğtişaşlara rəvac verir.

4 dekabr

Çeçensitanın mərkəzi Qroznıda 28 nəfərin ölümü ilə nəticələnən silahlı toqquşmalar baş verir.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1386   Tarix: 22 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589