Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir

Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermirTwitterdə "Goldman Sachs Elevator" adlı hesab var. Hesabın sahibi Con Levefr deyir ki, o Vall-Stritdə-birjaların yerləşdiyi binada liftdə gedən söhbətləri tvitləyir.

Qeyd: Vall Strit — ABŞ-da, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçədir. İqtisadi inkişaf dövrlərində bu qurumlar iqtisadiyyatın maliyyələşməsində vacib rol oynayırlar.

Həmin Twitter hesabından seçilmiş maraqlı sitatlar:
Mən hər telefon söhbətinə belə başlayıram: "Qulaq as, telefonun enerjisi çox az qalır, hər an sönə bilər, nə deyəcəksənsə, tez de".

İnsana balıq tutmağı öyrət və o seçkidə balıq vəd edənlərə səs verəcək.

Əgər sizdə maddələr mübadiləsi yaxşı gedirsə, saçınız tökülməyibsə və yaxşı işiniz varsa, cavan evlənməyin – 10 ildən sonra seçim edərsiniz.

Mən səninlə razılaşardım, amma onda ikimiz də səhv olacağıq.

Musiqi o vaxt gözəl idi ki, çirkin adamlara oxumağa icazə verirdilər.

Əgər məni işdən çıxaracaqlarsa, o zaman mən arvadımın nə qədər sədaqətli olduğunu biləcəm, əgər vəzifəmi yüksəldəcəklərsə, onda mənim nə qədər sədaqətli olacağımı bəlli olacaq.

Digərlərindən üstün olmağın yeni əlaməti – dostlarınla görüşəndə əlini bircə dəfə də telefonuna doğru aparmamaq.

Tanınmışların çoxunun hətta ali təhsili yoxdur, bu halda niyə görə ciddi bir məsələ ilə bağlı onlarla məsləhətləşmək lazımdır?

"Bir dəqiqə sizi olar?" sözünü eşidəndə, bilirəm ki, heç vaxt geri qaytara bilməyəcəyim yarım saatımı itirəcəm.

"Özün kimi ol" – təxminən 5 faiz insan üçün əla məsləhətdir.

Kimsə mənə deyəndə ki, mütləq zəngləşib görüşək. Ona cavab verirəm ki, zəng edəcəm, görüşək. Bu yalana qarşı yalanla cavab verməkdir.

Bir rəfiqəm məndən soruşdu ki, 10 milyon dollarım olsa nə edərəm? Cavab verdim: "Soruşaram ki, mənim qalan pullarım hanı?"

Mənə "iPhone" üçün çexol lazım deyil, bəyəm mən bu qədər məsuliyyətsiz, yaxud kasıb adamam?

İnsanlar Suriya haqqında öz analizlərini verməmişdən qabaq, xəritədə bu ölkəni göstərməyi öyrənməlidirlər.

Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir.

İnsanların çoxu öz həyatları haqqında çəkilən filmdə belə ikinci dərəcəli rolda oynayardılar.

Əgər sən ancaq bir şeydə yaxşı ola bilərsənsə, yalan danışmaqda da yaxşı ol. Onda sən hər şeydə yaxşı olacaqsan.

Artıq uşaqlara öyrətmək lazımdır ki, Şaxta Baba varlı uşaqları sevir.

Bərbərxanalar — ən yaxşı iqtisadi indikatordur. Pis vaxtlarda insanlar saç kəsdirməyə 8 həftədə bir dəfə, yaxşı vaxtlarda isə 6 həftədə bir dəfə gedir. Mən 3 həftədən bir gedirəm.

Heç bir qız reallıqda Facebookdakı qədər xoşbəxt, İnstagramdakı qədər gözəl, Twitterdəki qədər ağıllı deyil.

Məndən necə dolandığımı soruşanda yalandan deyirəm ki, pis deyil. Əslində isə azı 2 dəfə yaxşı dolanıram.

Darvin hesablamalarında bir şeyi nəzər almırdı ki, ağıllı adamların daha az uşağı olur, nəinki axmaq adamların.

Əgər onun ilk telefonu "iPhone" olubsa, deməli o səninçün çox gəncdir.

İstedad – insanın arzusu ilə onun arasında dayanan yeganə şeydir.

"Sevdiyin işlə məşğul ol" – ayda 1000 dollar qazanmaq üçün əvəzedilməz məsləhətdir.

Həyatdakı ən gözəl anlardan biri odur ki, sən həmin anı heç kəslə bölüşə bilmirsən.

Ən uğurlu və ən uğursuz insanları bir şey birləşdirir – onlar fikirləşirlər ki, heç vaxt səhv etməzlər.

Bəzi insanlar elə bilirlər ki, mən utancaq, sakit və ya darıxdırıcı biriyəm, amma onlar bilmirlər ki, sadəcə mənim xoşuma gəlmirlər.

Sənin şir, yoxsa ceyran olmağının əhəmiyyəti yoxdur. Hər iki halda, sən ən asta qaçan ceyrandan bir az sürətli olmalısan.

Pulla xoşbəxtliyi almaq olmaz, amma xoşbəxtliyə mane olan problemlərin 95 faizini həll etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1187   Tarix: 21 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925