Sənəd qəbulu başladı

Sənəd qəbulu başladıRezidenturada təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu başlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2015 - ci ilin fevralın 16-dan 23-dək aşağıdakı qaydada aparılacaq:

Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və "TQDK-nın virtual ödəmə kartı"nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Ətraflı məlumat eservices.tqdk.gov.az/erizerez/erize səhifəsindəki aktual keçidlərdə verilib.

- Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirir.

- Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.

Namizədlər "Namizədin elektron ərizəsi" formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh, Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da doldurur və təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan Respublikasının vətəndaşları "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da təsdiq etdirirlər.

Rezudenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da təsdiq etdirirlər.

Namizədlər ərizələrini təsdiq etdirmək üçün 2015-ci il fevralın 16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 900-dan 1700-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi 2015-ci il martın 15-də, ikinci mərhələsi 2015-ci il iyulun 7-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir. Naxçıvan şəhərində Naxçıvan MR-da yaşayan namizədlər imtahan verirlər.

İmtahanda iştirak etmək üçün namizəd 2015- ci il martın 12-dən 14-dək olan müddətdə imtahanın birinci mərhələsi üçün, iyulun 4-dən 6-dək olan müddətdə isə imtahanın ikinci mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni eservices.tqdk.gov.az/brxvrez internet səhifəsindən çap edib götürür.

Namizədlər imtahana gələrkən "Namizədin imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər. İmtahanın vaxtı və yeri "Namizədin imtahana buraxılış vərəqəsi"ndə göstərilir.

azvision.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1593   Tarix: 13 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Günahkaram ki, kimsə 300 manat alır?" deyən deputatın nəvəsinin BAHALI MAŞINI - FOTO

Milli Məclisin deputatı Səyyad Aranın nəvəsinin sürdüyü avtomobilin fotosu yayılıb. Qeyd edək ki, həmin avtomobilin 2024-2025-ci il təxmini başlanğıc qiyməti 30-35 min dollardan başlayır. Xatırladaq ki, Səyyad Aran bir neçə gün öncə müsahibədə öz maaşı ilə 300-400 manat alan şəxslərin əməkhaqlarını qarşılaşdırara

31.03.2026 641
.

Təmiz hava, çox su, az konservant - allergiyadan qorunmanın sirri

"Qışdan yaza keçid dövründə allergik xəstəliklərin artması müşahidə olunur. Bu, əsasən süni qidaların və müxtəlif qida əlavələrinin həddindən artıq qəbul edilməsindən qaynaqlanır". Bunu BİG.AZ-a açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib. O, qeyd edib ki, bədəndə yığılmış toksik maddələrdə

31.03.2026 266
.

Coninin səsi batdı, konsertləri ləğv olundu

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) aprelin ortalarına qədər bütün konsertlərini təxirə salıb. Axşam.az xəbər verir ki, buna səbəb ifaçının Minskdəki konserti zamanı səsinin batması olub. Həkimlər ona səs tellərinin iltihabı diaqnozunu qoyub. Ona danışmaq belə qadağan edilib

31.03.2026 415
.

Ayaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş

Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində

31.03.2026 428
.

Bu seriallar axşam yayımlanmayacaq

Bu gün "Kıskanmak" və "A.B.İ" serialları yayımlanmayacaq. Axşam.az xəbər verir ki, buna səbəb eyni saatlarda Türkiyə-Kosova matçının yayımlanması olacaq. Buna görə də "NOW" və Türtkiyənin "ATV" kanalı seriallarının yeni bölümünü yayımlamamaq qərarı alıb

31.03.2026 554
.

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir. "Report" xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bununla bağlı "Hüquqi şəxsləri

31.03.2026 292
.

"Konsert məni qocaldır"

"Konsert məni qocaldır. Bunu başa düşdüm. Ona görə də Kənana (prodüseri Kənan Bayramov - red.) dedim ki, bir gün oxumaq istəyirəm. Bu il doğrudan yoruldum. Enerjim gedir, tükənir. Bu il ağır oldu mənə". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Qonaqcanlı" verilişin

31.03.2026 396
.

Aynur Dadaşovanın evində toy olacaq

Müğənni Aynur Dadaşovanın evində toy olacaq. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O bildirib ki, bacısı qızının xeyir işinə hazırlaşırlar:. "Bacımın bir övladı var, ona analıq edirəm. Allah hamının balasını xoşbəxt etsin. Biz qudamızla bacıyıq. Ə

31.03.2026 558
.

Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var

Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.00 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.00 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir. Məlumata görə

31.03.2026 505
.

TOP MP3