Kəlbəcərli girovlarla bağlı məsələ BMT də qaldırıldı

Kəlbəcərli girovlarla bağlı məsələ BMT də qaldırıldıİnsanların girov götürülməsi beynəlxalq humanitar hüququn ciddi pozuntularıdır".

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev yanvarın 30-da BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş 7374-cü iclasında çıxış edib.

Y.Əliyev çıxışında dinc vətəndaşların müdafiəsi məsələlərin müzakirə edilməsi üçün iclas çağırılmasına görə Çilinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Azərbaycan silahlı münaqişə qurbanları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün zəruri şərt olan beynəlxalq humanitar hüquqa uyğunluğun təmin edilməsi mövqeyini dəstəkləyir və münaqişə iştirakçılarının hərəkətlərinin beynəlxalq humanitar hüquqa uyğunluğunu möhkəmlətmək üçün İsveçrənin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə təşəbbüsünü yüksək qiymətləndirir:

"Azərbaycan məcburi köçkünlərin problemləri və onların öz evlərinə qayıtmaq hüquqları barədə məlumatın artırılmasına yönəlmiş səyləri dəstəkləyir". O qeyd edib ki, dinc vətəndaşların hərbi qulluqçu kateqoriyasına aid olmadıqlarını göstərən kifayət qədər fakt olmasına baxmayaraq, onların statusunun şübhə altına alınması faktı da mülki əhalinin hüquqlarının pozulmasında təşviş doğuran məqamdır.

Y.Əliyev vurğulayıb: "İnsanların girov götürülməsi, qanunsuz tutulub saxlanması və təqib edilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntularıdır". O, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən hərbi işğalının davam etməsi faktını vurğulayaraq bildirib ki, Azərbaycanın üç vətəndaşı – Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn normalarına uyğun olmayan rəftar beynəlxalq humanitar hüququn pozulmasına aid ən son nümunədir.

Azərbaycan Respublikasının daimi nümayəndəsi daha sonra iclas iştirakçılarına azərbaycanlı girovların işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən pozulması ilə bağlı faktlar təqdim edib. O vurğulayıb ki, Həsən Həsənov erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də öldürülüb, lakin onun cəsədi Azərbaycan tərəfinə yalnız 2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xalq Komitəsinin köməyi ilə təhvil verilib. Digər iki girov – Şahbaz Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb. Y.Əliyev iclas iştirakçılarına müraciətlə qeyd edib ki, bu mülki şəxslər öz ərazisində və Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində girov götürülüb və Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz.

O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə prosesi və çıxarılan hökm qanunsuzdur.

Sonda Y.Əliyev insan hüquqlarının müdafiəsi üzrə bütün müvafiq beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, nə qədər ki, gec deyil, nə qədər ki, bu dinc vətəndaşlar sağdır, onların həbsdən azad olunmasına kömək etməyə çağırıb. O, Azərbaycanın mülki əhalisinin nümayəndələrinin azad edilməsi üçün uzun müddət göstərilən səylərə görə, bu qanunsuz hökmü rədd etmiş ölkələrə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 01 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589